12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

HƏMAS-ın Regional Münasibətləri və Geosiyasi Gələcəyi: Yeni İdarəetmə Axtarışında Qəzza

14 Aprel 2025 09:00
HƏMAS-ın Regional Münasibətləri və Geosiyasi Gələcəyi: Yeni İdarəetmə Axtarışında Qəzza

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

HƏMAS, 1987-ci ildə Fələstin İslam müqavimət hərəkatı olaraq ortaya çıxandan bu günə qədər Fələstin siyasi və hərbi həyatının əsas aktorlarından biri olaraq qalmağa davam edib. Təşkilat həm daxili xalq dəstəyi, həm də xarici tərəfdaşlarla qurduğu münasibətlər sayəsində uzun müddət Qəzza zolağında hakimiyyətini qoruyub. Lakin son illərdə, xüsusilə 7 oktyabr 2023 hadisələrindən sonra regionda yaranan yeni geosiyasi vəziyyət, HƏMAS-ın mövqeyini ciddi şəkildə dəyişməyə başlayıb.

Əvvəllər İran HƏMAS-ın əsas hərbi dayağı kimi çıxış edirdi. İranın hərbi dəstəyi, Qəzzadakı silahlı qanadın möhkəmlənməsinə və müqavimət xəttinin formalaşmasına böyük təsir göstərmişdi. Digər tərəfdən, Türkiyə isə daha çox HƏMAS-ın siyasi qanadı ilə əlaqə qurmuş, təşkilatın beynəlxalq siyasi səhnədə təmsil olunmasına imkan yaratmağa çalışmışdı. HƏMAS bu iki fərqli münasibət sayəsində həm hərbi, həm də siyasi cəhətdən mövcudluğunu tarazlı şəkildə davam etdirə bilmişdi.

Lakin bu gün yaranan yeni reallıq artıq fərqli bir mənzərəni ortaya qoyur. Böyük güclər, o cümlədən ABŞ və Avropa dövlətləri, həmçinin regionun əsas oyunçuları olan Misir, Səudiyyə Ərəbistanı və Türkiyə Qəzzada HƏMAS-ın tam dominant olduğu bir idarəetmənin davam etməsinin mümkün olmadığını düşünürlər. İndi əsas prioritet Qəzzada daha inklüziv və fərqli qrupların maraqlarına uyğun bir idarəçilik forması yaratmaqdır. Bu, ya birbaşa Fəth təşkilatına idarənin verilməsi, ya da Türkiyə, Misir və bəzi ərəb ölkələrinin razılaşacağı daha geniş əsaslı bir idarəetmə modeli vasitəsilə mümkün ola bilər.

Burada diqqət çəkən başqa bir məsələ də İranın mövqeyidir. İran uzun illər ərzində HƏMAS-ı öz “müqavimət oxu”nun bir hissəsi kimi görsə də, bu gün vəziyyət dəyişməkdədir. Əgər regionda gərginlik daha da artar, xüsusilə ABŞ-İran qarşıdurması daha açıq fazaya keçərsə, İranın prioriteti artıq öz ərazi bütövlüyünü qorumaq və daxili sabitliyini saxlamaq olacaq. Bu da HƏMAS-a əvvəlki səviyyədə dəstəyin davam etməsini sual altına ala bilər.

Mövcud mənzərə onu göstərir ki, HƏMAS-ın gələcəyi təkcə təşkilatın öz gücünə və daxili legitimliyinə deyil, həm də regional və qlobal güclərin maraqlar balansına bağlıdır. Qəzzada davamlı idarəçiliyin formalaşması üçün tək bir aktorun deyil, müxtəlif tərəflərin razılığı və maraqları nəzərə alınacaqdır. Bu mənada, HƏMAS-ın gələcəkdə hansı formada sistem daxilində iştirak edəcəyi – tam hakim güc kimi, yoxsa geniş koalisiyanın bir hissəsi olaraq – yaxın zamanların əsas siyasi suallarından biri olaraq qalır. Çox böyük ehtimal ABŞ, Türkiyə, Ərəb dünyası, qismən də hətta İran HƏMAS-dan yorula bilər. Və bəlkə də yorulub.

Bir də Suriyada təsir dairələrinin bölünməsi məsələsində razılıq əldə edilsə HƏMAS-ın ya tam, ya qismən ortadan qaldırılması ssenarisi işə düşəcəkdir.

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.