15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Yəməndə Qadın İnqilabı

Ədən və Təizdə keçirilən bu etiraz aksiyalarına “Qadınların İnqilabı” adı verilib.

26 İyun 2025 08:55
Yəməndə Qadın İnqilabı

AzerVoice, Analitik Təhlil Mərkəzinin eksperti Hind Əl –Aryani, Yəmənli jurnalist və araşdırmaçı

Yəmən cəmiyyətində qadının qəzəbi və bunu açıq şəkildə ifadə etməsi dərin mənalar daşıyır. Ənənəvi qəbilə adətlərinə görə, bir qadın baş örtüyünü yandıraraq cəmiyyətin qarşısına çıxırsa, bu, sərt bir mesaj sayılır: “Siz məni müdafiə etmədiniz, məni qoruyacaq yerə rüsvay etdiniz, namusumu əlimdən aldınız.”

Bu ənənəni o zaman xatırladım ki, qadınlar Təiz və Ədən şəhərlərində qəzəbli şəkildə küçələrə axışdılar. Onlar qara paltarlara bürünmüş, havanın şiddətli istisinə baxmayaraq qalın geyimlər geyinmişdilər. Artıq bir neçə həftədir bu nümayişlər davam edir. Bir neçə gün əvvəl Təizdə bir qadın hicabını yandıraraq qışqırdı: “Qazımız yoxdur! Haradadır qubernator, haradadır Məsləhət Şurası? Paltarlarımızı yandırırıq ki, qubernator görsün. Nə qazımız var, nə də odun!”

Ədən və Təizdə keçirilən bu etiraz aksiyalarına “Qadınların İnqilabı” adı verilib. Qadınlar əsas insan haqlarını tələb edirlər – bu haqlar illərdir ki, legitim hökumət tərəfindən görməzdən gəlinir. Bu tələblərin başında isə dözülməz istidə xüsusilə Ədən kimi şəhərlərdə elektrik enerjisinin təmin olunması, qida çatışmazlığı şəraitində normal qidalanma hüququ və ümumilikdə ləyaqətli həyat hüququ gəlir.

Etirazlar tamamilə dinc formada keçdi. Əksər media orqanları qadınların haqlı olduğunu və dövlətin açıq şəkildə məsuliyyətsizlik nümayiş etdirdiyini vurğuladı. Məsələlərin dərinləşdiyini və təcili həll tələb etdiyini qeyd etdilər.

Başlanğıcda bu nümayişlərə susqunluqla yanaşıldı. Lakin bu sükutu Yəmən Prezidenti Rəşad əl-Aliminin Ədən şəhərində Yəmən Vəhdətinin 35-ci ildönümünə həsr olunmuş çıxışı pozdu. O, çıxışında qadınların etirazlarda iştirakına birbaşa toxunaraq bu etirazları “ilhamverici” adlandırdı. Prezident dedi:

“Sizin səslərinizə, xüsusilə də Ədən və digər vilayətlərdəki ilhamverici qadınların nümayişlərinə, işlərin sürətləndirilməsi və problemlərin azaldılması üçün səmimi bir motivasiya kimi baxdıq…”

Prezident Rəşad əl-Alimi etiraf etdi ki, qadınların bu etirazları bir daha elektrik, su və digər xidmət sahələrindəki problemləri gündəmə gətirdi. O, dövlətin elektrik, enerji və əsas xidmət sahələrində islahatların davam etdirilməsinə sadiq qalacağını bildirdi.

Doğrudur, “qanuni hökumət”in nəzarətində olan ərazilərdə xidmətlərin səviyyəsi kəskin şəkildə pisləşib və hələ də heç kim bu laqeydliyin nə vaxta qədər davam edəcəyini bilmir. Amma husilərin nəzarətində olan bölgələrdə qadınların vəziyyəti daha acınacaqlıdır. Bu ərazilərdə bir qadının etiraz etməyi düşünməsi belə onun azadlığına və təhlükəsizliyinə ciddi risk yarada bilər.

Məsələn, husilərin nifrət etdiyi 26 Sentyabr inqilabının ildönümündə bir neçə kişi bu münasibətlə küçəyə çıxaraq bayram etdiklərinə görə döyüldü və həbs olundu. Qadınlara isə husilərin qadınlardan ibarət silahlı qanadı olan “Zeynəbiyyatlar” tərəfindən hücum edildi.

“Zeynəbiyyatlar” təkcə bayram edən qadınları deyil, həmçinin həbsdə olan oğullarının azadlığa buraxılmasını tələb edən anaları döyür, Səna Universitetində geyimləri husilərin “əxlaqi tələblərinə” uyğun gəlməyən tələbə qızlara qarşı zor tətbiq edir, evlərə reydlər zamanı qadınları nəzarətdə saxlamaqla məşğul olurlar

Bütün bu təzyiqlərə rəğmən, yəmənli qadınlar böhranlara qarşı müstəsna bir cəsarət nümayiş etdirirlər. Onlar həm iş həyatına qatılaraq öz ailələrini dolandırmaq üçün kiçik bizneslər qururlar, həm də küçələrə çıxaraq etiraz səsini ucaldırlar. Bu aksiyalar Yəmən kişi cəmiyyətinə bir “sillə” kimi təsir edib. Bir qadın etiraz aksiyasında verdiyi açıqlamada demişdi:

“Kişilər bizi yarı yolda qoydular. Heç nə etmədilər. Bu vəziyyətlə barışdılar… Biz isə çıxıb öz haqqımızı tələb etməli olduq.”

Məqalədə: #Yəmən #Husilər #Hind Əl –Aryani #Yəməndə Husiilər 2025 #Yəməndə daxili münaqişələr #Yəmən münaqişəsi #Yəməndə insan haqları pozuntuları #Yəməndə terror təşkilatları #Husilərin ideologiyası #Yəməndə uşaq əsgərlər #Yəməndə mülki vətəndaşlara hücumlar #Yəməndə dini manipulyasiya #Yəməndə iqtisadi çöküş #Husilər kimlərdir və Yəməndə necə hakimiyyətə gəldilər? #Husilər Yəməndə hansı siyasəti yürüdürlər? #Yəməndə vətəndaş müharibəsinin səbəbləri nələrdir? #Husilər Yəmənin sabitliyini necə pozurlar? #Husilər Yəməndə insan haqlarını necə pozurlar? #Husilərin hücum cəhdi

Mövzu üzrə digər xəbərlər

"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
ArabAZ analitika: Geosiyasi təhlillər

"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?

11:30
Bab əl-Məndəb avantürası - alver kartına çevrilən silahlı dəstə
ArabAZ analitika: Geosiyasi təhlillər

Bab əl-Məndəb avantürası - alver kartına çevrilən silahlı dəstə

10:00
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
Rəy

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu

14 Sentyabr 15:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00

Son Xəbərlər

Livanlı məhbuslar amnistiya qərarına etiraz edir
Livanlı məhbuslar amnistiya qərarına etiraz edir
12:31
Səudiyyə Ərəbistanı süni intellekt üçün mədəni etik qaydalar müəyyənləşdirib
Səudiyyə Ərəbistanı süni intellekt üçün mədəni etik qaydalar müəyyənləşdirib
12:14
Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?
Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?
12:00
Səudiyyə Ərəbistanı və Cibuti diplomatik pasportlar üçün vizanı ləğv edib
Səudiyyə Ərəbistanı və Cibuti diplomatik pasportlar üçün vizanı ləğv edib
11:39
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
11:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.