6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Qəzzada aclıq böhranı dərinləşir – Rəsmi aclıq elanına nə mane olur?

Qəzza zolağında milyonlarla insan aclıq və ərzaq çatışmazlığı ilə üzləşib. BMT və QHT-lər vəziyyətin fəlakət həddinə çatdığını desə də, rəsmi “aclıq” statusu hələ elan edilməyib. Səbəb – elmi sübutların toplanmasının mümkünsüzlüyüdür.

26 İyul 2025 20:47
Qəzzada aclıq böhranı dərinləşir – Rəsmi aclıq elanına nə mane olur?

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – BMT və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Qəzza zolağında genişmiqyaslı aclıq təhlükəsi barədə xəbərdarlıq etsələr də, bölgədə hələ də rəsmi şəkildə ACLIQ elan olunmayıb. Mütəxəssislər bildirirlər ki, bu addım yalnız ciddi elmi göstəricilər əsasında mümkündür, lakin hazırda bu göstəriciləri toplamaq qeyri-mümkündür.

ACLIQ anlayışı nəyi ehtiva edir?

2004-cü ildən bəri beynəlxalq aləmdə “aclıq” statusu “Qida Təhlükəsizliyinin İnteqrasiya Olunmuş Fəza Təsnifatı” (IPC) sisteminin beşinci səviyyəsi (IPC5) kimi müəyyən edilir. Rəsmi olaraq “aclıq” elan edilməsi üçün aşağıdakı üç şərt eyni anda yerinə yetirilməlidir:

Əhalinin azı 20%-i kəskin ərzaq çatışmazlığı yaşamalıdır;

Uşaqların azı 30%-i ağır qidalanma çatışmazlığı ilə üzləşməlidir;

Hər 10.000 nəfərə gündəlik 2 ölüm düşməlidir.

Bu göstəricilərin mövcudluğunu təsdiqləmək üçün isə bölgədə yerində tədqiqat aparılmalıdır. Lakin İsrailin tətbiq etdiyi blokada səbəbindən nə humanitar qrupların girişinə, nə də qiymətləndirmə işlərinə imkan verilir.

Real Vəziyyət

“Əhalini ölçmək, çəki-boy nisbətlərini müəyyən etmək mümkün deyil,” – deyə “Sərhədsiz Həkimlər” (Médecins sans frontières) təşkilatından Amand Baziröl bildirib. Onun sözlərinə görə, bu səbəbdən aclığın rəsmi olaraq elan edilməsi mümkün deyil.

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) rəsmiləri və “Action Against Hunger” təşkilatı da bildirib ki, köçkünlərin daimi yerdəyişməsi, təhlükəli şərait və məlumat çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.

Uşaq ölümləri və ərzaq böhranı

Qəzzadakı bir xəstəxana son 73 saatda 21 uşağın aclıqdan öldüyünü açıqlayıb.

BMT bildirir ki, əhalinin üçdə biri günlərlə heç bir qida qəbul etmir.

Unun 1 kiloqramı 100 dollara qədər bahalaşıb, kənd təsərrüfatı isə iflic haldadır.

QHT-lər yardımların az olduğunu və tez-tez talandığını bildirirlər.

Siyasi və texniki maneələr

İsrail yardımın qarşısını almaqda ittiham olunur, lakin hökumət bunu inkar edir və günahı HƏMAS-ın üzərinə atır. Yardımların paylanmasında ABŞ və İsrailin yaratdığı “Qəzza Humanitar Fondu” mexanizmi isə QHT-lər tərəfindən tənqid olunur.

BMT: "Aclıq elan olunanda artıq gec olur"

BMT-nin Ərzaq Proqramının rəsmisi Jan-Marten Bauer xəbərdarlıq edir:“Aclıq rəsmi şəkildə elan ediləndə artıq minlərlə insan ölmüş olur.”

2011-ci ildə Somalidə rəsmi aclıq elan ediləndə, fəlakətin qurbanlarının yarısı artıq həyatını itirmişdi.

Qəzzada aclıq artıq faktiki reallıqdır. Rəsmi statusun olmaması yardımları və qlobal müdaxiləni gecikdirsə də, beynəlxalq ictimaiyyətin təcili və kəskin tədbirlər görməsi həyati əhəmiyyət daşıyır.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür

Mövzu üzrə digər xəbərlər

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.