8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Misir HƏMAS-dan sonrakı Qəzzanı idarə etmək üçün qüvvə göndərməyi təklif edir

Bu addım Misirin müharibəni bitirəcək çıxış yollarının axtarışı üzrə təşəbbüslərin və diplomatik fəaliyyətin mərkəzində qalmaq istəyini göstərir. Eləcə də, hər hansı razılaşmanın Misirdən kənar əldə olunmasının və ya onu kənarda qoymaq cəhdlərinin mümkünsüzlüyünü vurğulayır.

19 Avqust 2025 15:00
Misir HƏMAS-dan sonrakı Qəzzanı idarə etmək üçün qüvvə göndərməyi təklif edir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Misir bazar ertəsi günü HƏMAS-dan sonrakı dövrdə Qəzzada yerləşdirilə biləcək beynəlxalq birgə qüvvədə iştirak etməyə hazır olduğunu bildirdi. Bu qüvvənin yerləşdirilməsi BMT Təhlükəsizlik Şurasının qərarı əsasında həyata keçirilə bilər və bunun “siyasi üfüqlə” müşayiət olunması vacibdir. Bu addım Misirin müharibəni bitirəcək çıxış yollarının axtarışı üzrə təşəbbüslərin və diplomatik fəaliyyətin mərkəzində qalmaq istəyini göstərir. Eləcə də, hər hansı razılaşmanın Misirdən kənar əldə olunmasının və ya onu kənarda qoymaq cəhdlərinin mümkünsüzlüyünü vurğulayır.

Misirin xarici işlər naziri Badr Əbdülati və Fələstin hökumətinin baş naziri Məhəmməd Mustafa mühasirədə olan zolaqla həmsərhəd Rafah sərhəd-keçid məntəqəsinin Misir tərəfində görüş keçirdilər.

Əbdülati sərhəd-keçid məntəqəsində keçirdiyi mətbuat konfransında çıxışında :
“Biz təbii ki, kömək etməyə və Qəzzada yerləşdiriləcək istənilən beynəlxalq birgə qüvvəyə qoşulmağa hazırıq, lakin bu, müəyyən meyarlarla həyata keçirilməlidir.”-deyib.

Müşahidəçilərə görə, Qahirənin qüvvə göndərmək barədə açıqlaması, HƏMAS-ın Qəzzadakı idarəçiliyini əvəzləyəcək həll yollarını araşdıran diplomatik təşəbbüslərlə sıx bağlıdır. Bu kontekstdə, belə qüvvələrin qəbul edilməsini təmin etmək üçün onların ərəb komponenti olmalıdır və bu işdə ən uyğun ölkə məhz Misirdir.

ABŞ xətti və İsrail mövqeyi

Mütəxəssislər vurğulayır ki, Misir qüvvələrinin göndərilməsi ABŞ-ın təşəbbüslərinin bir hissəsidir. Bu təşəbbüslərdə əsas ideya HƏMAS-ın yerinə qüvvələr yerləşdirmək və həmin qüvvələrdə ərəb iştirakının mühüm rol almasıdır.

İsrailin baş naziri Benyamin Netanyahu bir müddət əvvəl demişdi ki, :“Bizim məqsədimiz Qəzzanı işğal etmək deyil, orada nə HƏMAS, nə də Fələstin Muxtariyyəti ilə əlaqəsi olmayan mülki idarəetmə qurmaqdır.Biz Qəzzanın səmərəli şəkildə idarə olunmasını istəyirik. Ərəb qüvvələri burada məsuliyyəti üzərinə götürməli, İsrail üçün təhdid yaratmamalı və Qəzza sakinləri üçün yaxşı həyat təmin etməlidirlər.”

Misirin və Fələstin tərəfinin açıqlamaları

Əbdülati qeyd edib ki, birgə qüvvənin fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi iştirakçılara daha effektiv işləməyə və fələstinlilərə “öz müstəqil dövlətlərini öz torpaqlarında qurmaq” üçün dəstək göstərməyə imkan verəcək.

Məhəmməd Mustafa isə açıqlamasında bildirib ki, “Qəzza zolağının idarə edilməsi üçün tezliklə elan ediləcək komitə müvəqqəti xarakter daşıyır və Fələstin hökumətinə tabe olacaq.” O, vurğulayıb ki, bu komitə yeni siyasi qurum olmayacaq:“Biz Fələstin dövlətinin və hökumətinin Qəzzadakı institutlarını yenidən aktivləşdiririk.”

Mustafa əlavə edib ki, Fələstin hökuməti “Qəzzanın idarə olunmasına səlahiyyətli yeganə icraçı orqandır” və bu məsuliyyəti daşımağa “qadirdir”. Onun sözlərinə görə, bu proses “bütün dostlar və qardaş ölkələrlə əməkdaşlıq” şəraitində həyata keçiriləcək.

Misirin diplomatik fəallığı

Qahirə müxtəlif istiqamətlərdə fəaliyyət göstərir: Fələstin hökumətinə dəstək vermək, Qəzza üzərindəki müharibəni dayandırmaq və onun Misirin milli təhlükəsizliyinə mənfi təsirlərinin qarşısını almaq. Analitiklərə görə, bu fəaliyyətlər həm də Misirin Fələstin məsələsindəki əhəmiyyətini nümayiş etdirmək məqsədi daşıyır.

Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətərin baş naziri, xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani bazar ertəsi Qəzza zolağının yenidən işğalına və fələstinlilərin öz torpaqlarından köçürülməsi cəhdlərinə qəti şəkildə qarşı çıxdıqlarını açıqlayıblar.

Bu açıqlama Sisi ilə şeyx Məhəmmədin görüşü zamanı verilib. Görüşdə Misirin kəşfiyyat xidmətinin rəhbəri general Həsən Rəşad və Qətərin dövlət təhlükəsizlik idarəsinin rəhbəri Xəlifan bin Əli əl-Kəbi də iştirak edib.

Qəzzanın gələcəyi ilə bağlı planlar

Məhəmməd Mustafa bir neçə gün əvvəl Qahirədə açıqlama verərək bildirib ki, ölkəsi Misirlə birlikdə yaxın vaxtlarda Qəzzanın bərpası üzrə konfrans təşkil edəcək. O, Rafah sərhəd-keçid məntəqəsində keçirdiyi mətbuat konfransında qeyd edib ki, Qəzza “dövlətimizin ayrılmaz hissəsidir və Fələstin Azadlıq Təşkilatı xalqımızın yeganə qanuni təmsilçisidir. Hökumət isə Qəzzanın işlərini idarə etməyə səlahiyyətli yeganə orqandır.”

İşğalçı qüvvələrin Qəzza şəhərinə nəzarəti ələ almaq və əhalinin köçürülməsi planını dəstəkləməsi fonunda Misir vasitəçilik səylərini ikiqat artırıb: İsrail və HƏMAS arasında danışıqların bərpası, fələstinlilər arasında konsensusun dəstəklənməsi və Fələstin Milli Administrasiyasının rolunu yerinə yetirməsi üçün şəraitin yaradılması istiqamətində.

Misir eyni zamanda Qəzzadakı boşluğu doldurmaq, İsrailin HƏMAS-la hərtərəfli razılaşma əldə etməzdən əvvəl fələstinli fraksiyalar arasında milli uzlaşmaya nail olmaq üçün çalışır.

Fələstin fraksiyaları və Misirin rolu

Qahirədə keçirilən görüşdən sonra yeddi fələstinli fraksiya Qəzzadakı müharibəni dayandırmaq üçün təşəbbüslərə cavab verməyə hazır olduqlarını bildirdilər. Onların əsas prioritetləri: soyqırımın dayandırılması, blokadanın qaldırılması, yardımın təmin edilməsi və fələstinli birliyin təşviqi idi. Bu isə Ramallahdakı Fələstin Milli Administrasiyasının struktur islahatlarını və zəifləmiş institutların gücləndirilməsini nəzərdə tutur.

Mustafanın Misirə səfərinin əsas gündəm mövzularından biri də bu məsələ olub. Çünki Misir fələstinli rəhbərliyin mərkəzi rolunu qorumağa çalışan ən mühüm ölkələrdən biridir.

Fələstin mənbələrinin bildirdiyinə görə, Mustafanın əsas mövzularından biri “cəmiyyət dəstək komitəsi”nin fəaliyyətini müzakirə etmək olub. Bu komitə müharibədən sonra Qəzzanın idarəsini həyata keçirəcək, təhlükəsizlik və mülki sahələri əhatə edəcək və rəhbərliyi Fələstin hökumətinin baş nazir müavini olacaq.

Misirin xarici işlər naziri bildirib ki, müharibədən sonrakı Qəzzanı idarə edəcək bu komitəyə texnokratlardan ibarət 15 nəfər seçilib. Komitənin rəhbəri üçün əsas şərt onun Fələstin hökumətinə tabe olmasıdır.

“Ultra Fələstin” portalı yazıb ki, apreldə Fələstin hökumətinin 300 təhlükəsizlik əməkdaşı Qahirəyə göndərilib. Bu, mart ayında Qahirədə keçirilən Ərəb Liqası sammitində təqdim edilən plana daxildir. Bundan başqa, son vaxtlar Qəzzalı yüzlərlə gənc Misirdə və İordaniyada təhlükəsizlik təlimlərinə qəbul edilib. Onların vəzifəsi isə danışıqlar nəticəsində hərtərəfli razılaşma əldə olunacağı halda Qəzzada idarəçilikdə iştirak etmək olacaq.

Məqalədə: #Misir #HƏMAS #misir xəbərləri #HƏMAS və Hizbullah əlaqələri #HƏMAS-ın mövqeyi #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #Misir və Səudiyyə Qəzza planı #Misir və İordaniyanın Qəzzə mövqeyi #HƏMAS-ın bəyanatı #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Fələstin höküməti #HƏMAS bayıra #bayıra! #Fələstin Muxtariyyəti

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

7 Sentyabr 18:46
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.