11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrail əsgərləri dəri xəstəliklərindən şikayət edirlər, ordu rəhbərliyi isə qulaq ardına vurur

Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb. Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır. Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”

13 Sentyabr 2025 08:00
İsrail əsgərləri dəri xəstəliklərindən şikayət edirlər, ordu rəhbərliyi isə qulaq ardına vurur

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb.

Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır.

Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”

Cəbhə məntəqələrində ağır vəziyyət

Ehtiyat zabitlərindən biri bildirib ki, bu problem Qəzzanın bir çox bölgəsində yayılıb. Onun sözlərinə görə, Cəbəliyə və Zeytun məhəllələrində xidmət zamanı eyni vəziyyətlə üzləşiblər. Burada zolağın yollarını nəzarətdə saxlamaq üçün müşahidə məntəqələri qurulub, əsgərlər üçün müvəqqəti baraklar tikilib. Hər birinə döşək verilsə də, taxtabitilər və digər həşəratlar döşəklərə yuva saldığı üçün əsgərlər yerdə yatmağa üstünlük verirlər.

Zabit əlavə edib ki, əvvəlcə bu məntəqələrdə bir neçə gün qalacaqlarını düşünüblər, lakin may ayından bəri aylarla orada xidmət edirlər. Danışıqların nəticəsiz qalması isə onların qalma müddətini daha da uzadıb. Onun sözlərinə görə, Filadelfiya oxu boyunca sabit kazarmalarda yerləşən əsgərlər belə problemlərlə üzləşmirlər və buna görə də digərləri onlara həsəd aparır. Cəbhə məntəqələrində isə nə həşəratlara qarşı dərmanlama aparılır, nə də hamam var. Əsgərlər yalnız nəm salfetlərlə bədənlərini silməklə kifayətlənirlər.

Ordu rəhbərliyi problemdən xəbərsizdir?

Ordu sözçüsü açıqlamasında komandanlığın bu problemdən xəbərsiz olduğunu bildirib. Lakin qəzet yüzlərlə əsgərin şikayətlərini aldığını iddia edir. Başqa bir zabit isə deyib ki, təkcə dərmanlama kifayət etmir, bütün Qəzza üzrə köklü həll tələb olunur. Çünki xəstəliklər milçəklər, heyvanlar və hətta hava vasitəsilə yayılır.

Bir əsgərin atası isə vəziyyəti belə təsvir edib: “Onsuz da mənasız bir müharibənin içindəyik. İndi də övladlarımız zibillikdə küçə itləri və pişiklərlə birgə yaşamağa məcbur edilirlər. Onlar hansısa xəstəliklə geri qayıdır və Allah bilir, sağalacaqlarmı. Bu artıq işğal deyil, xaotik hərbi əməliyyatlardır. Övladlarımızın sağlamlığını heç kim düşünmür. Biz etiraz edəndə isə cavab verirlər ki, guya büdcə axtarırlar ki, kimyəvi tualetlər və normal hamamlar qursunlar.”

Humanitar böhranın bumeranq təsiri

Qəzzada dəri xəstəliklərinin geniş yayılmasının əsas səbəbi İsrailin davamlı hücumları nəticəsində gigiyenik şərtlərin tamamilə məhv olmasıdır. İnsanlar susuz, kanalizasiyasız və tualetsiz açıq havada yaşamağa məcbur edilib. İndi isə bu böhranın bumeranq təsiri göstərərək İsrail əsgərlərinin özünü də vurduğu bildirilir.

Məqalədə: #Qəzza #İsrail #humanitar yardım #humanitar böhran #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Qəzza gigiyena böhranı #Qəzza dəri xəstəlikləri #Qəzzada xəstəliklərin yayılması #Qəzza qaşınma xəstəlikləri #Qəzzada taxtabiti problemi #İsrail ordusu gigiyenik problemlər #İsrail əsgərləri dəri infeksiyası #İsrail əsgərləri qaşınma xəstəliyi #İsrail ordusu sağlamlıq böhranı #Qəzza müharibəsinin humanitar nəticələri #Qəzza infeksiya epidemiyası #Qəzza əsgərlərin sağlamlıq durumu #Cəbhə məntəqələrində gigiyena problemi #İsrail ordusu taxtabiti problemi #Qəzza müharibəsi bumeranq təsiri #Qəzza xəstəliklərin yayılması səbəbi #Qəzza müharibəsi və infeksiyalar #Qəzza humanitar böhran İsrailə keçdi #Qəzza xəstəliklərin İsrail əsgərlərinə təsiri #Qəzzada gigiyenik şəraitin olmaması səbəbindən xəstəliklərin yayılması #Qəzza əhalisinin dəri xəstəliklərindən əziyyət çəkməsi #İsrail əsgərlərinin Qəzzada gigiyena problemi ilə üzləşməsi #Qəzzada taxtabiti və digər həşəratların yaratdığı xəstəliklər #İsrail ordusunun cəbhə məntəqələrində infeksiya yayılması #İsrail əsgərlərinin baraklarda taxtabiti və qaşınma problemi #Qəzza müharibəsinin humanitar böhrandan doğan xəstəlikləri #İsrail ordusu gigiyena çatışmazlığı və əsgərlərin şikayətləri #Qəzza müharibəsi nəticəsində gigiyena böhranının bumeranq təsiri #İsrail əsgərlərinin sağlamlıq vəziyyətinə təsir edən gigiyena çatışmazlığı #Qəzzada su və kanalizasiya çatışmazlığının yaratdığı xəstəliklər #Qəzza cəbhə məntəqələrində əsgərlərin infeksiya problemi #İsrail ordusu əsgərlərinin taxtabiti və bitlərlə mübarizəsi #Qəzzada yayılan xəstəliklərin İsrail əsgərlərinə keçməsi #İsrail əsgərlərinin gigiyenik şərait olmadan xidmət etməsi #Qəzza müharibəsi zamanı sağlamlıq böhranı və humanitar fəlakət #İsrail əsgərlərinin valideynlərinin Qəzza müharibəsi ilə bağlı etirazları

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.