15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Qəzza müharibəsi - “təxirə salınmış Fələstin dövləti” uğrunda yeni savaş

7 oktyabr hadisələrindən iki il sonra - yəni Fələstin-İsrail və bütövlükdə ərəb-İsrail münasibətlərinin tarixində dönüş nöqtəsi sayılan “taleyüklü gündən” sonra -bölgənin siması tam dəyişib. Lakin sual hələ də açıq qalır: “Əqsa tufanı” adlanan hücum Fələstin dövlətinin yaranmasına yaxınlaşdırdı, yoxsa bu arzunu tamamilə məhv etdi?

7 Oktyabr 2025 02:00
Qəzza müharibəsi - “təxirə salınmış Fələstin dövləti” uğrunda yeni savaş

BAKI,AzerVoice

7 oktyabr hadisələrindən iki il sonra - yəni Fələstin-İsrail və bütövlükdə ərəb-İsrail münasibətlərinin tarixində dönüş nöqtəsi sayılan “taleyüklü gündən” sonra -bölgənin siması tam dəyişib. Lakin sual hələ də açıq qalır: “Əqsa tufanı” adlanan hücum Fələstin dövlətinin yaranmasına yaxınlaşdırdı, yoxsa bu arzunu tamamilə məhv etdi?

Bu suala hələ uzun illər dəqiq cavab tapılmayacaq. Çünki dövlətin taleyi hələ formalaşma mərhələsindədir. Mübahisələr isə indidən kəskinləşib: bir tərəf hücumun Fələstin dövlətini beynəlxalq səviyyədə tanıtmağa yol açdığını iddia edir, digər tərəf isə bildirir ki, bu tanınmalar hücumun nəticəsi deyil, İsrailin törətdiyi qətliamların və mülki insanların, qadınların, uşaqların tökülən qanının nəticəsidir.

Bu gün Qəzza zolağında döyüşlər nisbətən səngisə də, yeni bir mübarizə - Fələstin dövlətinin qurulması uğrunda diplomatik savaş - qızışır. Bu proses artıq ABŞ Prezidenti Donald Trampın müharibəni dayandırmaq məqsədilə irəli sürdüyü planın müzakirələri fonunda ərəb və beynəlxalq səviyyədə aktivləşib.

Bir fələstinli rəsminin “Aş-Şərq əl-Əvsat” qəzetinə dediyinə görə, “Fələstin dövlətinin yaradılacağına inam hər keçən gün daha da artır. Prezident Mahmud Abbasın dediyi kimi, biz inanırıq ki, bu, yalnız bir neçə ilin məsələ­sidir”.

Rəsmilərin sözlərinə görə, həm regionda, həm də dünyada əhval-ruhiyyə dəyişib: “Dünya artıq işğalın davam etməsindən yorulub və real dövlətin yaranmasını görmək istəyir. Son tanınmalar bu prosesin başlanğıcıdır”.

Bu günə qədər BMT-nin 193 üzvündən 158-i Fələstin dövlətini tanıyıb. Son tanıyanlar arasında Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Lüksemburq, Belçika və Fransa kimi ölkələr də var. Bu, beynəlxalq ictimaiyyətin birbaşa mesajıdır: “Fələstin dövlətinin vaxtı yetişib.”

Lakin İsrail Baş naziri Benyamin Netanyahu bu tanınmalara sərt reaksiya verərək bəyan edib:
“Fələstin dövləti heç vaxt qurulmayacaq. Biz ölkəmizin qəlbində terror dövlətinin yaradılması cəhdlərinin hər birinə cavab verəcəyik.”

İsraildə artan narahatlıq

Netanyahunun bu sərt mövqeyi əslində İsraildəki narahatlığın göstəricisidir. “Maariv” qəzetinin müəllifi İna Barski yazır ki, bu dəfəki tanınmalar əvvəlkilərdən fərqlənir, çünki tanıyan ölkələr artıq “kənar dövlətlər” deyil, ABŞ-ın tərəfdaşı və İsrailin uzunmüddətli müttəfiqləridir.

“Bu tanınmalar diplomatik baxımdan bir zəlzələdir. İsrailin beynəlxalq immuniteti tədricən aşınır və ölkə yeni bir reallıqla üz-üzə qalır.”- Barski qeyd edir.

Məqalədə vurğulanır ki, “bu gün Fələstin dövləti hələ mövcud deyil-yeni bayraqlar, yeni sərhədlər və idarə mexanizmləri yaranmayıb. Amma BMT-də Fransa və Səudiyyə Ərəbistanının birgə təşəbbüsü ilə baş verən tanınmalar Tel-Əvivə açıq mesaj göndərir: qaydalar dəyişib, zaman işləməyə başlayıb.”

Dövlətə aparan yol

Prezident Donald Tramp faktiki olaraq bu dövlətə aparan yolu açıb. Çətin, mürəkkəb və bəlirsiz bir yol olsa da, qanlı bir müharibənin sonunda bu, ən mühüm mərhələ sayılır.

Trampın planı Fələstin dövlətinin dərhal yaradılmasını deyil, Qəzzada idarəçiliyin formalaşması üçün keçid dövrünü nəzərdə tutur. Lakin kimin Qəzzanı idarə edəcəyi məsələsi dövlətin taleyini müəyyən edəcək əsas amildir. Planın bəzi bəndləri Ramallah və Tel-Əviv arasında gərgin müzakirələrə səbəb olub, çünki həmin bəndlər hər iki tərəf üçün həm qələbə, həm də məğlubiyyət kimi yozula bilər.
Fələstin rəhbərliyindən mənbələr “Aş-Şərq əl-Əvsat”a bildiriblər ki, “təsdiq və tanınma çox önəmlidir, lakin Qəzzanın kimə tabe olacağı məsələsi hələ açıq qalır”.

“Biz ərəb tərəfdaşlarla birlikdə, müharibə dayandıqdan sonra Qəzzada səlahiyyətlərin Fələstin hakimiyyətinə keçməsi üçün daim məsləhətləşmələr aparırıq”, - deyə onlar əlavə ediblər.

Fələstin rəhbərliyi Trampın təşəbbüsünü alqışlayaraq bəyanatını “Fələstin Dövləti adından” yayımlayıb - bu, təsadüfi seçim deyil. Bəyanatın iki əsas mesajı var idi: birincisi, Fələstin rəhbərliyi planın hüdudlarından kənara çıxan ədalətli “iki dövlətli həll”ə sadiq qalır; ikincisi isə Trampın islahat tələblərinə cavab olaraq, rəhbərlik bir il ərzində prezident və parlament seçkiləri keçirməyə, vahid qanuni təhlükəsizlik qüvvəsi yaratmağa, korrupsiya ilə mübarizə aparmağa və şəhid ailələrinə ödənişlərlə bağlı qaydaları yenidən tənzimləməyə hazır olduğunu bəyan edib.
Fələstin rəsmiləri bu bəyanatla göstərmək istəyiblər ki, onlar istənilən mərhələyə hazırdır və daxili islahatlar məsələsində əvvəlkindən daha çox irəliləyiş əldə ediblər.

İsrailin rəddi və regionun mövqeyi

Netanyahu isə planın heç bir bəndini qəbul etməyib və açıq şəkildə bildirib ki, “Fələstin dövləti və ya Qəzzada Fələstin idarəçiliyi olmayacaq”. Onun sözlərinə görə, nə “HƏMAS”, nə də “Fələstin Muxtariyyəti” Qəzzanın idarəsində iştirak edə bilməz.

Lakin bu mövqeyə cavab olaraq İndoneziya və Türkiyə başda olmaqla bir sıra ərəb və müsəlman ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayaraq, müharibənin dayandırılması, Fələstin hakimiyyətinin Qəzzaya qayıtması, Qərb sahili ilə birliyin təmin edilməsi və “iki dövlətli həll” əsasında ədalətli sülhə aparacaq təhlükəsizlik mexanizminin yaradılması çağırışını səsləndiriblər.

Yeni mərhələ: siyasi müharibə başlayır

Beləliklə, hərbi əməliyyatların səngiməsilə yeni müharibə - siyasi və diplomatik savaş - başlayıb. Bir tərəfdə dünya və ərəb ölkələri var ki, Fələstin hakimiyyətinin Qəzzaya qayıdışını və dövlətin bərpasını istəyir, digər tərəfdə isə Fələstinlə bağlı hər şeyi rədd edən İsrail hökuməti dayanır.

Gideon Saar bu vəziyyəti belə dəyərləndirib: “Fələstin dövləti ilə bağlı mübarizə bizi illərlə müşayiət edəcək. Bu, ağır və uzunmüddətli savaş olacaq. Mən xalqı aldatmaq istəmirəm - Fələstin dövlətinin yaranması hələ də ciddi təhlükədir.”

Qəzza müharibəsi təkcə hərbi yox, həm də siyasi bir dönüş nöqtəsi oldu. Silahlar susduqca diplomatik meydan genişlənir və mübarizə artıq “müstəqil Fələstin dövləti”nin gerçəkləşməsi uğrunda gedir.

Məqalədə: #Donald Tramp #Əl-Əqsa #Məscidül-Əqsa #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Əl-Əqsa məscidi #Donald Tramp və Qəzza planı #Qəzza müharibəsi reaksiya #Əqsa Tufanı əməliyyatı #Əl-Əqsa tufan #Əl-Əqsa tufanı #Əqsa Şəhidləri Xəstəxanası #Qəzza müharibəsinin humanitar nəticələri #Qəzza müharibəsi bumeranq təsiri #Qəzza müharibəsi və infeksiyalar #Qəzza müharibəsinin humanitar böhrandan doğan xəstəlikləri #İsrail əsgərlərinin valideynlərinin Qəzza müharibəsi ilə bağlı etirazları

Mövzu üzrə digər xəbərlər

"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?
ArabAZ analitika: Geosiyasi təhlillər

"Mötədil" sözü artıq bəs etmir - ABŞ İslamçı qruplardan nələri tələb edir?

11:30
Bab əl-Məndəb avantürası - alver kartına çevrilən silahlı dəstə
ArabAZ analitika: Geosiyasi təhlillər

Bab əl-Məndəb avantürası - alver kartına çevrilən silahlı dəstə

10:00
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
Rəy

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu

14 Sentyabr 15:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00

Son Xəbərlər

İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
Bu saata olan əsas xəbər başlıqları
Bu saata olan əsas xəbər başlıqları
13:00
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.