14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Qəzza sazişi – Ankaranın Suriyada diplomatik qələbəsi

Ankara HƏMAS hərəkatını Trampın təşəbbülünü qəbul etməyə inandırmaq üçün əhəmiyyətli səylər göstərib. Lakin Türkiyənin əldə etdiyi əsas fayda, görünür, sazişin özündən deyil, ABŞ prezidentindən “yaşıl işıq” alaraq “Suriya Demokratik Qüvvələri”nə (SDQ) və bütövlükdə Suriyada hərəkət azadlığını təmin etməsindən ibarətdir.

18 Oktyabr 2025 10:19
Qəzza sazişi – Ankaranın Suriyada diplomatik qələbəsi

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Əhməd Qənnam

Ankara HƏMAS hərəkatını Trampın təşəbbülünü qəbul etməyə inandırmaq üçün əhəmiyyətli səylər göstərib. Lakin Türkiyənin əldə etdiyi əsas fayda, görünür, sazişin özündən deyil, ABŞ prezidentindən “yaşıl işıq” alaraq “Suriya Demokratik Qüvvələri”nə (SDQ) və bütövlükdə Suriyada hərəkət azadlığını təmin etməsindən ibarətdir.

Türkiyə müstəqilliyini və hərbi gücünü möhkəmləndirir

Ankaranın müttəfiqlərə və dostlara etimadsızlığından danışmaq artıq bir zərurət deyil. Türkiyə öz müdafiə potensialını artırır, silah istehsalını genişləndirir, hava hücumundan müdafiə sistemlərini gücləndirir və hərbi çəkindirmə qabiliyyətini yüksəldir.

Ankara Suriyanın və İraqın cənub sərhədlərindəki hər hansı təhlükəni neytrallaşdırmaq üçün siyasi və iqtisadi təzyiqlərlə yanaşı, sərt gücdən də istifadə edir. Bu siyasət həm də Suriyanın yeni rəhbərliyinin maraqları ilə üst-üstə düşür. Yeni rəhbərlik “Suriya Demokratik Qüvvələri” kimi tanınan “SDQ kompleksi”ndən qurtulmaq istəyir.

Son illərdə Türkiyə Suriya müxalifəti ilə sıx əlaqələr qurub - Dəməşqdə hakimiyyətə gələn “Heyət Təhrir əş-Şam” da daxil olmaqla silahlı qruplarla və uzun müddət İstanbulda fəaliyyət göstərən siyasi müxalifətlə münasibətləri gücləndirib.

Suriya nazirinin səfərləri və diplomatik fəallıq

Suriya xarici işlər naziri Əsəd əş-Şeybani Ankaraya səfərlərinin intensivləşməsi təəccüblü deyil: son üç ayda o, Türkiyəyə beş dəfə səfər edib, dörd gün ərzində isə iki dəfə paytaxta gəlib.

Onun son səfərlərinin əsas mövzusu “SDQ” məsələsinin gələcəyi və 10 mart sazişinin icrasız qalması fonunda çıxış yolu tapmaq olub.

Ankara və regional dəyişikliklər

Türkiyə regional dəyişiklikləri öz xarici siyasət maraqları naminə ustalıqla yönləndirir və region problemlərinin həlli üçün diplomatik platforma rolunu oynayır.

Şeybaninin Ankaraya səfərindən dərhal sonra İraq Kürdüstanı rəhbəri Nəçirvan Bərzani, ardınca İraqın xarici işlər naziri Fuad Hüseyn, bir gün sonra isə Suriya xarici işlər naziri müdafiə və kəşfiyyat rəhbərləri ilə birlikdə Türkiyəyə gəlib.

Ankaranın “qazan–qazan” prinsipi yalnız iqtisadi deyil, diplomatik münasibətlərdə də özünü göstərir. İki il əvvəl Türkiyə, Bafel Tələbani PKK və “SDQ” ilə əlaqələrini genişləndirdiyi üçün, İraqın Süleymaniyyə şəhərinə aviareysləri dayandırmışdı. Bu qərar Süleymaniyyə üçün ciddi iqtisadi zərbə olmuşdu.

İraq xarici işlər nazirinin son səfəri zamanı su resursları sahəsində əməkdaşlıq üzrə çərçivə razılaşmasının layihəsi imzalanıb. Bu, Ankara və Bağdad arasında Suriyanın şimal-şərqində “SDQ”nin fəaliyyətinin məhdudlaşdırılması və “Həşdi Şaabi” ilə əlaqələrinin kəsilməsinə yönəlmiş strateji əməkdaşlığın tərkib hissəsinə çevrilə bilər.

Qəzza və Suriya arasında

Şeybaninin Ankaraya ilk səfəri nəticə vermədi. O zaman suriyalı nazir bildirmişdi ki, 10 mart razılaşması kağız üzərində qalıb və “SDQ” onun heç bir bəndinə əməl etmir. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə cavabında qeyd etmişdi ki, “SDQ” tənlikdən çıxarılmalıdır, lakin bunun necə ediləcəyi barədə təfərrüat açıqlamayıb.

Bu kontekstdə Qəzza və “Əl-Əqsa tufanı” əməliyyatı da Suriyada hadisələrin gedişatına təsir göstərib. Hizbullahın İsraillə qarşıdurmaya girməsi nəticəsində onun bölmələri və İran qüvvələri Suriyadan çıxarılıb. Nəticədə əvvəlki rejim sürətlə çökmüş, müxalifət Dəməşqdə hakimiyyətə gəlmişdi.

Qəzzada müharibənin dayandırılması və əsirlərin mübadiləsini nəzərdə tutan Şarm əş-Şeyx razılaşmasında Türkiyə mühüm rol oynayıb. O, faktiki olaraq Fələstin tərəfinin - yəni HƏMAS-ın — zəmanətçisi qismində çıxış edib. ABŞ prezidenti Donald Tramp da bu sazişdə Türkiyə liderinin həlledici rolunu vurğulayıb. Lakin sual qalır: Türkiyə bunun müqabilində nə əldə etdi?

Türkiyə nə əldə edə bilər

Ankara HƏMAS-ı Trampın təşəbbüsünü qəbul etməyə razı salmaqla və azad edilmiş fələstinli əsirləri ailələri ilə birlikdə qəbul edib onlara müvəqqəti sığınacaq verməklə ciddi güzəştə gedib. Bunun müqabilində Türkiyə, görünür, Vaşinqtondan “SDQ”yə qarşı daha sərbəst hərəkət etmək və Suriyada hərbi mövcudluğunu genişləndirmək üçün razılıq alıb. Bu, Ankaraya Suriyada güc balansını yenidən qurmaq və İsrailin təsirinə qarşı durmaq imkanı verə bilər.

Əgər bu ssenari həyata keçsə, Türkiyə cənub sərhədlərindəki təhlükəni tam aradan qaldıra bilər. Lakin Suriya prezidenti Əhməd əş-Şəranın “SDQ” ilə birbaşa hərbi toqquşmaya qarşı çıxması səbəbindən yaxın zamanda hərbi əməliyyat ehtimalı azdır.

Bununla belə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tramp ilə şəxsi münasibətlərindən istifadə edərək “SDQ”ni hərbi yolla zərərsizləşdirmək və eyni zamanda İraq Kürdüstanındakı kimi məhdud kürd muxtariyyətini qorumaq imkanı əldə edə bilər. Bu variant Ankaraya həm siyasi, həm də iqtisadi baxımdan Dəməşqlə birgə hərbi əməliyyatdan daha çox üstünlük qazandıra bilər.

Yeni mərhələ - “Sərhədsiz Türkiyə”

Bu yanaşma Ankaranın iqtisadi maraqlarına da uyğundur, xüsusilə Dəməşqlə münasibətlərin soyuması fonunda. Prezident Şəraa “kürd məsələsi”ni müzakirə etmək üçün Türkiyəyə səfər edəcəyinə söz versə də, bu səfər baş tutmayıb. O, yalnız xarici işlər nazirini və müdafiə və kəşfiyyat rəhbərlərindən ibarət nümayəndə heyətini Ankaraya göndərməklə kifayətlənib.

Beləliklə, Trampın vasitəçiliyi və Ərdoğanın dəstəyi ilə əldə edilən Qəzza sazişi “SDQ layihəsi”nin sonunun başlanğıcı və Suriyada Türkiyə təsirinin yeni mərhələsinin başlanğıcı ola bilər. Bu strategiyanın həyata keçirilməsi Ankaraya sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK-nın təsirini zəiflətmək və “Sərhədsiz Türkiyə” adlandırılan yeni bir geosiyasi dövrün əsasını qoymaq imkanı verəcək.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Suriya #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya Hazırlıq Komitəsi #Suriya siyasi həll #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzza böhranı və Qərbin mövqeyi

Mövzu üzrə digər xəbərlər

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
Rəy

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu

15:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42

Son Xəbərlər

Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
20:05
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
19:52
Yəməndə 93 mindən çox insan didərgin düşüb
Yəməndə 93 mindən çox insan didərgin düşüb
19:47
Ər-Riyad Beynəlxalq Kitab Sərgisi dünya ədəbiyyatını bir araya gətirəcək
Ər-Riyad Beynəlxalq Kitab Sərgisi dünya ədəbiyyatını bir araya gətirəcək
19:41
Hörmüz boğazından keçid ödənişsiz və icazəsiz olmalıdır - Bəhreyn
Hörmüz boğazından keçid ödənişsiz və icazəsiz olmalıdır - Bəhreyn
19:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.