8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

BMT sanksiyaları İranda etirazların yenidən alovlanması ehtimalını artırır

Tehran getdikcə daha çox “müqavimət iqtisadiyyatı” adlandırdığı modelə əsaslanır - yəni daxili istehsalı artırmaq, Çin, Rusiya və qonşu ölkələrlə ticarəti genişləndirmək strategiyasına. Moskva və Pekin İrana qarşı ABŞ və İsrailin hücumlarını pisləyib, ölkənin nüvə enerjisini sülh məqsədilə istifadə hüququnu dəstəkləyib.Lakin ekspertlər bildirirlər ki, bu dəstək İranı yeni iqtisadi zərbələrin təsirindən qorumağa kifayət etməyəcək. Enerji məsələləri üzrə analitik və Corc Meyson Universitetinin tədqiqatçısı Ümid Şükri qeyd edir ki, BMT sanksiyaları İranın uzunmüddətli struktur problemlərini daha da dərinləşdirəcək:

25 Oktyabr 2025 09:00
BMT sanksiyaları İranda etirazların yenidən alovlanması ehtimalını artırır

Bakı, AzerVoice Analitik Təhlil Mərkəzi

Ekspertlər və iranlı rəsmilər xəbərdarlıq edirlər ki, ölkə iqtisadiyyatı hazırda dərin durğunluq və hiperinflasiyanın təhlükəli birləşməsi ilə üzləşib. BMT-nin sanksiyalarının bərpasından sonra hakimiyyət daxili vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, mövcud imkanlar getdikcə azalır.

Bu vəziyyət, İranın nüvə fəaliyyəti və ballistik raket proqramı ilə bağlı danışıqların tamamilə dayanmasından sonra yaranıb. Hər iki tərəf - Tehran və Vaşinqton - diplomatik həllin hələ də mümkün olduğunu desə də, İranın ali rəhbəri Əli Xamenei ABŞ-ın sabiq prezidenti Donald Trampın “yeni saziş” təklifini açıq şəkildə rədd edib.

İqtisadi tənəzzül və daxili narazılıq

“Reuters” agentliyinə danışan üç yüksək səviyyəli iranlı məmurun sözlərinə görə, Tehran inanır ki, ABŞ, Qərb müttəfiqləri və İsrail sanksiyaları sərtləşdirərək daxili sabitliyi pozmaq və İslam Respublikasının mövcudluğunu təhlükəyə atmaq niyyətindədir.

Mənbələr bildiriblər ki, 28 sentyabrda BMT sanksiyaları bərpa edildikdən sonra Tehranda yüksək səviyyəli iclaslar seriyası keçirilib. Bu iclaslarda iqtisadi dağılmanın qarşısının alınması, sanksiyalardan yayınma mexanizmləri və artan ictimai narazılığın idarə olunması yolları müzakirə olunub.

Artan sosial təbəqələşmə, korrupsiya və pis idarəetmə nəticəsində qiymət artımları əhalinin narazılığını daha da dərinləşdirib. Məmurlardan biri deyib:“Hakimiyyət anlayır ki, etirazlar qaçılmazdır. Bu, sadəcə zaman məsələsidir... Böhran dərinləşir, seçimlərimiz isə azalır.”

İran “müqavimət iqtisadiyyatı”na ümid bağlayır

Tehran getdikcə daha çox “müqavimət iqtisadiyyatı” adlandırdığı modelə əsaslanır - yəni daxili istehsalı artırmaq, Çin, Rusiya və qonşu ölkələrlə ticarəti genişləndirmək strategiyasına. Moskva və Pekin İrana qarşı ABŞ və İsrailin hücumlarını pisləyib, ölkənin nüvə enerjisini sülh məqsədilə istifadə hüququnu dəstəkləyib.Lakin ekspertlər bildirirlər ki, bu dəstək İranı yeni iqtisadi zərbələrin təsirindən qorumağa kifayət etməyəcək. Enerji məsələləri üzrə analitik və Corc Meyson Universitetinin tədqiqatçısı Ümid Şükri qeyd edir ki, BMT sanksiyaları İranın uzunmüddətli struktur problemlərini daha da dərinləşdirəcək:

“Sanksiyalar bank sistemini iflic edir, ticarəti məhdudlaşdırır və neft ixracını azaldır. Nəticədə sosial və iqtisadi gərginlik artır.”

Neft gəlirləri və milli valyuta təzyiq altında

İran tam iqtisadi çöküşdən 2018-ci ildə - Donald Trampın ABŞ-ı nüvə sazişindən çıxarıb sərt sanksiyaları bərpa etdiyi vaxtdan bəri -yayınmağa çalışırdı. Lakin indi BMT sanksiyalarının yenidən tətbiqi rialın sürətlə dəyər itirməsinə, inflyasiyanın 40 faizdən yuxarı qalxmasına və iqtisadi artımın dayanmasına səbəb olub.

Dünya Bankının proqnozuna görə, İran iqtisadiyyatı 2025-ci ildə 1,7%, 2026-cı ildə isə 2,8% azalacaq. Bu göstəricilər əvvəlki nikbin proqnozlardan kəskin şəkildə fərqlənir.

Neft satışının böyük hissəsi hələ də Çinə yönəlsə də, analitiklər xəbərdarlıq edirlər ki, sanksiyalar dərinləşdikcə bu ticarət axını da risk altındadır. Şükri hesab edir ki, Pekin Vaşinqtonla münasibətləri sabitləşdirmək istəsə, İran neftinə qarşı daha sərt mövqe tuta bilər.

“Neftin qiymətində hər 1 dollarlıq azalma, İran üçün illik təxminən yarım milyard dollarlıq gəlir itkisi deməkdir.”-deyə o bildirib.

Artan yoxsulluq və narazılıq

Əhalinin gündəlik həyatı daha da ağırlaşıb. Rəsmi inflyasiya 40% səviyyəsində olsa da, bəzi hesablamalara görə bu rəqəm 50%-i ötüb. Ət, düyü və toyuq kimi əsas ərzaq məhsullarının qiyməti bir il ərzində 51% artıb, ət isə artıq bir çox ailələr üçün “ayda bir dəfə” alınan lüksə çevrilib.

Etirazların yenidən başlaması gözlənilir

Rəsmilər etiraf edirlər ki, yaşayış səviyyəsinin kəskin pisləşməsi yeni etiraz dalğasına səbəb ola bilər. Analitiklər hesab edirlər ki, sanksiyaların təsiri dərinləşdikcə, iqtisadi tənəzzül, işsizlik və qiymət artımları 2017, 2019 və 2022-ci illərdəki kimi kütləvi narazılıqlara yol aça bilər.

Sosioloqların fikrincə, bu dəfəki narazılıqlar yalnız iqtisadi deyil, siyasi etimad böhranını da əks etdirə bilər.

Məqalədə: #İsrail və İran gərginliyi #İran sanksiyaları #İran sanksiyaları 2025 #İran sanksiyaların qaldırılması #İran rejimi əleyhinə təbliğat #BMT sanksiyaları #Tehran və Vaşinqton

Mövzu üzrə digər xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?

6 Sentyabr 09:00
60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?
İran

60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?

17 Avqust 18:53
İraqın Küveyti işğalından 36 il ötür
Tarixdə bu gün

İraqın Küveyti işğalından 36 il ötür

2 Avqust 02:00
İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz
İran

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

26 İyun 17:44

Son Xəbərlər

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.