7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

2025-ci ildə Netanyahunun xarici səfərləri neçəyə başa gəlib?

İsrailin baş naziri Beniyamin Netanyahu ayın sonuna qədər ABŞ-a növbəti səfərə hazırlaşarkən, 2025-ci il ərzində həyata keçirdiyi xarici uçuşların xərcləri açıqlanıb. Məlumata görə, Netanyahu il ərzində dörd dəfə xaricə səfər edib. Bu səfərlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunması ilə bağlı barəsində həbs orderinin verildiyi bir dövrə təsadüf edib.

24 Dekabr 2025 11:03
2025-ci ildə Netanyahunun xarici səfərləri neçəyə başa gəlib?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrailin baş naziri Beniyamin Netanyahu ayın sonuna qədər ABŞ-a növbəti səfərə hazırlaşarkən, 2025-ci il ərzində həyata keçirdiyi xarici uçuşların xərcləri açıqlanıb. Məlumata görə, Netanyahu il ərzində dörd dəfə xaricə səfər edib. Bu səfərlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada hərbi cinayətlərdə ittiham olunması ilə bağlı barəsində həbs orderinin verildiyi bir dövrə təsadüf edib.

Netanyahunun bütün səfər xərclərini, o cümlədən otel otaqlarının qiymətlərini, müşayiət heyətinin yerləşdirilmə xərclərini və baş nazirin istifadə etdiyi “Sionun Qanadı” adlı xüsusi təyyarənin uçuş xərcini açıqlanıb.

Fevral: Vaşinqton səfəri

Netanyahunun 2025-ci ildə ilk səfəri 2–9 fevral tarixlərində Vaşinqtona olub. O, Ağ Evdə ABŞ prezidenti Donald Trump ilə görüşüb. Səfər zamanı baş naziri 40 nəfərlik nümayəndə heyəti müşayiət edib. Təhlükəsizlik səbəbindən mühafizəçilərin sayı açıqlanmayıb.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri üçün otel otaqlarının hər biri gecəlik 415 dollara başa gəlib. Netanyahu isə Vaşinqtondakı “Willard InterContinental” otelində gecəsi 5000 dollar olan xüsusi suitdə qalıb. Yeddi gecəlik yerləşmə ümumilikdə 25 min dollar təşkil edib.

“Sionun Qanadı” adlı xüsusi təyyarə ilə həyata keçirilən bu uçuşun dəyəri 434 min dollar olub. Netanyahunun ofisi digər səfərlərlə bağlı eyni təyyarənin xərclərinin hələ də yoxlanıldığını bildirib.

Aprel: Macarıstan və ABŞ

3 aprel tarixində Netanyahu dörd günlük səfərlə Macarıstana yollanıb. Onu 36 nəfərlik nümayəndə heyəti müşayiət edib. Otel otaqlarının gecəlik qiyməti 417 dollar olub. Baş nazir və həyat yoldaşı Budapeştdəki “Four Seasons Gresham Palace” otelində gecəsi 4632 dollara başa gələn suitdə qalıb. Ümumi yerləşmə xərci 18 528 dollar təşkil edib.

Macarıstandan sonra Netanyahu 6–9 aprel tarixlərində yenidən Vaşinqtona gedib. Bu dəfə də 36 nəfərlik nümayəndə heyəti ilə səfər edib. “Willard InterContinental” otelində adi otaqların qiyməti gecəlik 520 dollar olub. Netanyahu və həyat yoldaşı isə ABŞ prezidentinin rəsmi qonaq evi olan “Blair House”da qalıb. Ofisin məlumatına görə, suite və əlavə 14 otağın xərcləri ev sahibi tərəfindən qarşılanıb.

İyul: növbəti Vaşinqton səfəri

6 iyul tarixində Netanyahu Tramp ilə görüş üçün yenidən Vaşinqtona səfər edib. Beş gün davam edən səfərdə onu 41 nəfərlik nümayəndə heyəti müşayiət edib. Bu səfərdə adi otel otaqlarının gecəlik qiyməti 375 dollar olub. “Blair House”dakı suite və təxminən 14 otağın xərclərinin yenə də ev sahibi tərəfindən ödənildiyi bildirilib.

Sentyabr: BMT Baş Assambleyası

Netanyahunun son səfəri 23–30 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka olub. Onu 38 nəfərlik nümayəndə heyəti müşayiət edib.

“Loews Regency” otelində adi otağın gecəlik qiyməti 1199 dollar, suite isə 5999 dollar olub. Yeddi gecəlik suite xərci ümumilikdə 41 993 dollar təşkil edib. Netanyahunun ofisi qiymətlərin yüksək olmasını BMT Baş Assambleyası dövründə əvvəlcədən edilən kütləvi rezervasiyalarla izah edib.

İsraildə fəaliyyət göstərən Azad Məlumat Hərəkatının icraçı direktoru, hüquqşünas Haydi Neqev Netanyahunun ofisini xarici səfərlərin xərclərini, xüsusilə də “Sionun Qanadı” təyyarəsindən istifadə zamanı, “sistemli şəkildə gizlətməkdə” ittiham edib. Onun sözlərinə görə, məhkəməyə müraciətdən sonra əldə olunan məlumatlar ciddi boşluqlar və ziddiyyətlərlə doludur.

Hərəkat bildirib ki, xarici səfərlərə xərclənmiş bütün dövlət vəsaitlərinin geri qaytarılması üçün hüquqi mübarizəni davam etdirəcək. Qeyd olunur ki, təşkilat daha əvvəl də Netanyahunun şəxsi evləri, ailə xərcləri və səfərləri ilə bağlı məlumatların açıqlanması üçün dəfələrlə müraciət edib və yüksək məbləğlər üzə çıxıb.

Məqalədə: #VOA Analitik Təhlil Mərkəzi #2025-ci ildə Netanyahunun səfərləri dövlətə neçəyə başa gəlib? #Sionun Qanadı #lüks otellər və milyonluq xərclər: Netanyahunun səfərləri #ABŞ və BMT səfərləri: İsrail baş nazirinin uçuş xərcləri açıqlandı #Həbs orderi fonunda bahalı diplomatiya: Netanyahunun 2025 səfərləri #Azad Məlumat Hərəkatı Netanyahunun səfər xərclərini açıqladı #netanyahu səfər xərcləri 2025 #sionun qanadı təyyarəsi

Mövzu üzrə digər xəbərlər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
ArabAZ analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir
ArabAZ təhlil mərkəzi

Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir

7 May 15:00
İranda son söz kimindir?
ArabAZ təhlil mərkəzi

İranda son söz kimindir?

4 May 06:58
VOA analitik məqaləsi Türkiyə mediasında
Cəmiyyət

VOA analitik məqaləsi Türkiyə mediasında

27 Aprel 11:10

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.