13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Hörmüzdən Bab əl-Məndəbə: Qlobal iqtisadiyyatı İran müharibəsində nə gözləyir?

"Le Nouvel Obs" jurnalı Şərqdə başlayan və artıq ikinci ayına qədər uzanan ABŞ-İsrail-İran müharibəsinin hərbi, siyasi və iqtisadi ölçülərini təhlil edən 5 əsas sualı gündəmə gətirib. 28 fevral 2026-cı ildə başlayan və ilk zərbələrdə İranın Ali rəhbəri Əli Xameneinin ölümü ilə nəticələnən bu müharibə hələ də qlobal təhlükəsizlik və enerji bazarları üçün ən böyük təhdid olaraq qalır.

29 Mart 2026 13:27
Hörmüzdən Bab əl-Məndəbə: Qlobal iqtisadiyyatı İran müharibəsində nə gözləyir?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

"Le Nouvel Obs" jurnalı Şərqdə başlayan və artıq ikinci ayına qədər uzanan ABŞ-İsrail-İran müharibəsinin hərbi, siyasi və iqtisadi ölçülərini təhlil edən 5 əsas sualı gündəmə gətirib. 28 fevral 2026-cı ildə başlayan və ilk zərbələrdə İranın Ali rəhbəri Əli Xameneinin ölümü ilə nəticələnən bu müharibə hələ də qlobal təhlükəsizlik və enerji bazarları üçün ən böyük təhdid olaraq qalır.

Münaqişənin gələcək taleyini müəyyən edəcək 5 sual və onların cavabları:

1. Bu münaqişə nə qədər davam edəcək?

Müharibənin müddəti ilə bağlı ABŞ Dövlət katibi Marko Rubionun açıqlamaları hədəflərin quru müdaxiləsi olmadan bir neçə həftə ərzində reallaşacağını göstərir. Vaşinqton danışıqlar qapısını açıq saxlasa da, Tehran dialoqu rədd edir. ABŞ-ın xüsusi elçisi Stiv Vitkof Mayamidə keçirilən forumda bu həftə İranla görüşlərin keçirilə biləcəyinə ümid etdiyini bildirsə də, Tehran hələ ki, geri addım atmır. Bu isə müharibənin hərbi həll ilə siyasi razılaşma arasındakı qeyri-müəyyənliyini artırır.

2. Müharibə nə dərəcədə genişlənəcək?

Jurnalın qeydinə görə, qarşıdurma artıq İran və İsrail sərhədlərini aşaraq regional xarakter alıb. Ötən şənbə günü Yəməndəki husilərin İsrail daxilindəki "həssas" nöqtələrə zərbə endirməsi ilə münaqişə yeni mərhələyə qədəm qoydu. Omanın Salalah limanı və Küveyt Beynəlxalq Hava Limanının hədəf alınması, Tehranın isə Hörmüz boğazı üzərindəki nəzarətini istifadə edərək döyüşləri Bab əl-Məndəbə qədər yaymaq hədəsi regionda "açıq müharibə" anonsu verir.

3. Müharibə daha çox mülki obyekti hədəf alacaq?

Zərbələrin xarakteri artıq enerji və suyun şirinləşdirilməsi obyektləri kimi mülki infrastrukturları da əhatə etməyə başlayıb. Prezident Donald Tramp İranın elektrik şəbəkələrini hədəf almaqla hədələyir, Tehran isə buna cavab olaraq regionun enerji və texnologiya mərkəzlərini vuracağını bəyan edir. Bu, müharibənin daha təhlükəli və "qanlı" bir fazaya keçdiyini göstərir.

4. Qlobal iqtisadiyyat üçün fəsadlar nə olacaq?

İqtisadi cəhətdən müharibə enerji bazarlarında şok yaradıb və neft qiymətləri kəskin bahalaşıb. 1973-cü il neft böhranının (qiymətlərin 4 dəfə artması) təkrarlanması qorxusu olsa da, müasir iqtisadiyyatların nüvə və bərpa olunan enerji sayəsində neftdən asılılığının azalması bu yükü bir qədər yüngülləşdirə bilər. Lakin buna baxmayaraq, yaşayış xərclərinin artması bütün dünyada güclü hiss olunur.

5. Livanda vəziyyət hansı istiqamətdə dəyişəcək?

Livanda "Hizbullah"ın İrana dəstək vermək üçün döyüşə qoşulması İsrail ilə genişmiqyaslı eskalasiyaya səbəb olub. Xüsusilə cənub bölgəsi, Bekaa vadisi və Beyrutun cənub məhəllələri (Dahiyə) ən ağır döyüş meydanlarına çevrilib. Son rəsmi statistikaya görə, Livanda ölənlərin sayı 1142-yə çatıb, 1 milyondan çox insan isə didərgin düşüb. İsrail cənubda bufer zona yaratmaq üçün quruya sızmağa çalışır, "Hizbullah" isə raket zərbələri ilə müqavimət göstərir.

Məqalədə: #Donald Tramp #Əli Xamenei #Marko Rubio #Livanda hökumət dəyişikliyi #Donald Tramp Ukrayna müharibəsi haqqında #Bab əl-Məndəb #Hörmüz boğazı #Dahiyə hücumu: Yaxın Şərqdə sülh niyə yenidən təhlükədədir? #Dahiyə hücumu #Dahiyəyə hücumdan sonra Livanda gərginlik niyə artır? #Bab al-Mandab emerges as new flashpoint #Le Nouvel Obs #ABŞ-İsrail-İran müharibəsi #Livanda vəziyyət

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.