11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Nədir
Nədir

Totemizm nədir?

19 Yanvar 2024 08:20
Totemizm nədir?

Bakı,AzerVoice

İnsanlarla müqəddəs hesab edilən totem (bitki, heyvan, əşya və s.) arasında fövqəltəbii qohumluğa inanmağa əsaslanan ibtidai etiqadlar sistemi. İbtidai dinlər üzərində araşdırmalarla məşhur olan fransız sosioloqu Emil Dürkheymə görə, totemizm dinlərin mənşəyini təşkil edir və bütün dinlər totemizmdən təkamül edərək ortaya çıxmışdır. Bununla yanaşı, bəzi etnoloqlar totemizmin müxtəlif formalarının olduğunu qeyd edirlər. Qəbilə totemizmi, cinsiyyət totemizmi və fərdi totemizm bunlara misal verilmişdir. Totemizm həm dini, həm də ictimai bir sistem olaraq xarakterizə edilir. İnsanla totem arasındakı münasibətlər nəzərə alındıqda totemizm bir din kimi, qəbilə mənsubları arasında qarşılıqlı öhdəlikləri tənzimləməsi baxımından isə ictimai sistem kimi xarakterizə edilə bilər.

Totem ibtidai qəbilə mənsublarının özlərinə qohum saydıqları və müqəddəs qəbul etdikləri heyvan, bitki və ya əşyalara verilən addır. Totemin kəlmə mənası “işarə”, “iz” mənalarına gəlir. Klan və ya qəbilənin ulu əcdadı sayılan totem, bir heyvan və ya bitki ola biləcəyi kimi, hər hansı bir heyvanın müəyyən orqanı və ya bir bitkinin müəyyən parçası da ola bilər. Totemin maddi varlığı altında gizli bir “mana” gücü olduğuna inanılır. Buna görə də qəbilə tərəfindən totem qəbul edilən bitkinin və ya heyvanın kəsilməsi və yeyilməsi qadağan hesab olunur. Bu qadağaya da “tabu” (toxunulmaz, müqəddəs) deyilir. Bu inanca görə eyni totemə bağlı olanlar öz araların- da evlənə bilməzlər.

Totemizm nədir?
Məqalədə: #Totemizm nədir? #Totem nədir?

Mövzu üzrə digər xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Nə, necə, niyə? Elmi ensiklopediya

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?

9 Sentyabr 15:21
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Dini terminlər lüğəti

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu

7 Sentyabr 11:46
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Nə, necə, niyə? Elmi ensiklopediya

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları

6 Sentyabr 21:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
Dini terminlər lüğəti

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?

6 Sentyabr 12:40

Son Xəbərlər

Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
17:54
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
17:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.