4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar
Bioqrafiya: Tanınmış simalar

Ayşenur Ezgi Eygi kimdir?

12 Sentyabr 2024 09:38
Ayşenur Ezgi Eygi kimdir?

Bakı,AzerVoice

İşğal altındakı İordan çayının qərb sahilində yəhudi əsgərləri tərəfindən başından vurulan 26 yaşlı Ayşenur Ezgi Eygi həyatını itirdi! Sosialist ideologiyasına mənsub olan Ayşenur çalışqan, perspektivli və uğurlu psixoloq idi.

Nablus yaxınlığındakı Beyta qəsəbəsində qeyri qanuni yəhudi yaşayış məskənlərinin genişləndirilməsinə etiraz olaraq İsrail əsgərləri tərəfindən öldürülən Ayşenur Ezgi Eyginin cəmi 26 yaşı var idi.

Fələstin mətbuatı gənc Ayşenur Ezgi Eyginin məhz İsrail ordusu snayperi tərəfindən öldürülüdüyünü qeyd etdikdən sonra, İsrail ordusunun bəyanatı gecikmədi və verilən açıqlamada " Beyta bölgəsində zorakılıq aktlarının əsas təhrikçisinə qüvvələrimizə daş atan və onlara təhlükə yaradan qüvvələrimiz atəşlə cavab verdi". –deyə bildirilib.

Ayşenur Ezgi Eygi 1998-ci ildə Antalyada anadan olub . Əslən Aydın Nazillidən olan Eygi ailəsi ilə birlikdə Amerikada məskunlaşıb. Uzun müddətdir Amerikada yaşayan 26 yaşlı Ayşenur Ezgi Eyginin valideynləri 2019-cu ildə boşanıblar.

ABŞ- da West Seattle Liseyində təhsilini başa vuran Ayşenur Ezgi Eygi təhsilini Vaşinqton Universitetində davam etdirib . Burada psixologiya təhsili alan gənc qadın universitetin ikinci kursunda Yaxın Şərq Dilləri və Mədəniyyətləri fakültəsi üzrə kiçik kursa başlayıb. 2024-cü ilin iyununda universiteti bitirib.

Ayşenur Ezgi Eygi eyni taleyi paylaşdığı Rachel Corrie kimi Beynəlxalq Həmrəylik Hərəkatının (İSM) üzvü idi.

Ayşenur Ezgi Eygi Vaşinqton Universitetində həmyaşıd mentor kimi işləyirdi və eyni zamanda "Visit Seattle" adlı səhifədə məzmun prodüseri idi.

Fələstinli fermerləri qorumaq kampaniyası çərçivəsində Beynəlxalq Həmrəylik Hərəkatında (ISM) könüllü olaraq çalışırdı.

Eyginin Linkedin hesabında özü haqqında belə yazmışdı: Uğurlu, çalışqan və idealist gənc qadın! Mən Vaşinqton Universitetini Psixologiya və Yaxın Şərq Dilləri və Mədəniyyətləri üzrə kiçik dərəcə ilə bitirmişəm. Mentorluq, davranış terapiyası və marketinq sahəsində güclü təməlim və ictimai xidmətə dərin bağlılığım var. Mənim müxtəlif peşə təcrübələrimə tələbələri akademik uğura yönəltmək, autizmli uşaqlara ABA texnikalarını tətbiq etmək və xidmət sənayesində effektiv marketinq strategiyaları yaratmaq daxildir. Tədbirlərin əlaqələndirilməsindən tutmuş resursları az olan icmalarda reabilitasiya dəstəyinin təmin edilməsinə qədər, mənim könüllü işim mənə həm yerli, həm də beynəlxalq səviyyədə təsir göstərməyə imkan verdi. Məni müsbət təsir göstərmək və daim öyrənmək, inkişaf etmək və mənalı layihələrə töhfə vermək üçün imkanlar axtarmaq həvəsi motivasiya edir."

İsrail snayperinin açdığı atəş nəticəsində başından güllə yarası alan Eygi xəstəxanaya aparılıb. Lakin ağır yaralanan Ayşenur Ezgi Eygi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Eyginin cənazəsinin Türkiyəyə gətirilərək Didimdə dəfn edilməsinin planlaşdırıldığı öyrənilib.

Ayşenur Ezgi Eygi kimdir?
Məqalədə: #Ayşenur Ezgi Eygi kimdir?

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25
İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?
Ərəb yazıçılar və filosoflar

Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

25 Avqust 10:10

Son Xəbərlər

Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.