7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Əhməd Şah Məsud kimdir?

Əhməd Şah Məsud, Əfqanıstanın yaxın tarixində Sovet işğalına və daha sonra Talibana qarşı mübarizədə simvolik fiqura çevrilmiş hərbi və siyasi liderdir.

5 İyul 2025 13:30
Əhməd Şah Məsud kimdir?

BAKI,AzerVoice

Əhməd Şah Məsud, Əfqanıstanın yaxın tarixində Sovet işğalına və daha sonra Talibana qarşı mübarizədə simvolik fiqura çevrilmiş hərbi və siyasi liderdir. O, mücahidlərin içindəki ən önəmli simalardan biri kimi tanınmış, "Pəncşir Aslanı" ləqəbi ilə Əfqan xalqının qəhrəmanına çevrilmişdir.

Əhməd Şah Məsudun 1952 və ya 1953-cü ildə Əfqanıstanın şimalında yerləşən Pəncşir vilayətinin Bazarek və ya Cangalek bölgəsində anadan olduğu bildirilir. Onun atası, polkovnik Dost Məhəmməd Xan, Əfqanıstan kral ordusunda xidmət etmişdi. Tacik əsilli ailəsi əvvəlcə Hərata, sonra isə Kabilə köç etmiş, Məsudun uşaqlığı əsasən bu şəhərdə keçmişdi.

Fransız-Əfqan məktəbi olan İstiklal Liseyində təhsil almış, Dari, puştu, urdu, fransız və ingilis dillərində sərbəst danışa bilirdi. Ali təhsilini Kabil Texniki Universitetində mühəndislik və memarlıq üzrə alıb.

Siyasi və Hərbi Fəaliyyəti

Məsudun siyasi fəaliyyəti 1970-ci illərdə İslamçı yönümlü “Cəmaat-i İslami” təşkilatının gənclər qanadı “Müsəlman Gənclik” təşkilatında başlayıb. Burada o, radikal mövqedə olan Gülbəddin Hikmətyarla fikir ayrılığı yaşayıb. Hikmətyar “Hizb-i İslami” adlı öz təşkilatını qurduqdan sonra, Məsud daha mülayim xəttin lideri kimi tanınıb.

1978-ci il Sevr çevrilişindən sonra Məsud, doğulduğu Pəncşirdə kommunist rejimə qarşı partizan müharibəsinə başladı. 1979-cu ildə Sovet işğalı başlayanda Məsudun təsiri və nüfuzu artdı. Sovetlərə qarşı Kabilin şimalında təşkil etdiyi hücumlarla böyük hərbi uğurlar qazandı və "Pəncşir Aslanı" adını aldı.

Sovetlərdən Sonra Vəziyyət və Daxili Müharibə

1989-cu ildə Sovet ordusu Əfqanıstanı tərk etdikdə Məsudun rəhbərlik etdiyi qüvvələrin sayı artıq 15 minə çatmışdı. Sovetlərin dəstəklədiyi kommunist rejimin süqutundan sonra, Məsud ölkənin şimalındakı döyüş ağaları ilə birləşərək Kabilə daxil oldu və müdafiə naziri təyin olundu.

Lakin mücahidlər arasında siyasi razılaşmalar alınmadı və ölkədə yeni bir vətəndaş müharibəsi başladı. Gülbəddin Hikmətyar Məsudun daxil olduğu keçid hökumətini qəbul etmədi və Kabili atəşə tutdu. İranın dəstəklədiyi "Hizb-i Vəhdət" və Səudiyyənin dəstəklədiyi "İttihad-i İslami" arasında baş verən toqquşmalar Kabilə böyük zərər vurdu və minlərlə mülki insan həyatını itirdi.

Taliban Dövrü və Mübarizə

1996-cı ildə Taliban Kabili ələ keçirdikdən sonra Məsud şimal bölgələrə çəkildi və burada Talibana qarşı "Şimal İttifaqı"nı formalaşdırdı. Bu ittifaq daha sonra ABŞ, Rusiya, Hindistan, İran və Türkiyə kimi ölkələr tərəfindən dəstəkləndi.

Məsud Talibanın ona "idarədə yer alma" təklifini rədd edərək, onların ideologiyasına qarşı olduğunu bildirmiş və Avropaya səfərlərində Qərb ictimaiyyətinə Taliban və Usamə bin Ladin təhlükəsi haqqında xəbərdarlıqlar etmişdi.

2001-ci il sentyabrın 9-da – 11 Sentyabr terror hücumlarından iki gün əvvəl – Məsud iki jurnalist adı ilə yanına gələn şəxsin kamerasına yerləşdirilmiş partlayıcının işə salınması nəticəsində sui-qəsdə məruz qaldı və hadisə yerində həyatını itirdi. Hücumu rəsmi olaraq heç bir qrup üzərinə götürməsə də, Taliban və Əl-Qaidə günahlandırıldı.

Məsudun ölümündən qısa müddət sonra başlayan ABŞ işğalında onun rəhbərlik etdiyi Şimal İttifaqı Talibanın devrilməsində əsas rol oynadı.

Əhməd Şah Məsud yalnız hərbi lider kimi deyil, həm də öz bölgəsində təhsil, səhiyyə və ictimai qurumlar yaratmaqla tanınan nadir mücahidlərdən biri olmuşdur. O, təkcə bir döyüşçü deyil, həm də strateq və siyasi lider kimi Əfqanıstanın tarixində dərin iz qoymuş şəxsiyyətdir.

Məqalədə: #Kim-kimdir

Mövzu üzrə digər xəbərlər

Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi
Tarixi şəxsiyyətlər

Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

9 Avqust 07:15
Səddam Hüseyn kimdir?
Ərəb prezidentlər

Səddam Hüseyn kimdir?

28 Aprel 14:17
Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?
Kim-Kimdir?

Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?

21 Aprel 10:00
Alparslan Türkeş kimdir?
Kim-Kimdir?

Alparslan Türkeş kimdir?

4 Aprel 12:00

Son Xəbərlər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.