Bakı,ArabAZ

Haniyənin öldürülməsi Qəzza müharibəsini uzatmaq məqsədi daşıyır.

ArabAZ xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib. O qeyd edib ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin öldürülməsi Qəzzada danışıqları çətinləşdirəcək.

“Şübhə yoxdur ki, Haniyəni öldürməkdə məqsəd müharibəni uzatmaq və onun əhatə dairəsini genişləndirməkdir. Bu işğalı dayandırmaq üçün davam edən danışıqlara və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasına mənfi təsir göstərəcək. Biz bunu alçaq bir hərəkət və İsrail siyasətində təhlükəli bir gediş hesab edirik. İsrailin işğalçı hökuməti öz ambisiyalarından əl çəkməli, xalqımıza qarşı təcavüzkar hərəkətlərini dayandırmalı, beynəlxalq hüquqa hörmət etməli və Ərəb Sülh Təşəbbüsünü həyata keçirməli, həmçinin dərhal və davamlı atəşkəs edib qüvvələrini Qəzzadan çıxarmalıdır ”-deyə Abbas bildirib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version