Beyrut,ArabAZ

Bu gün, çərşənbə axşamı Fələstinin HƏMAS hərəkatı Livanda baş verənləri “sionist terror təcavüzü” adlandırıb. ArabAZ xəbər verir ki, bu haqda HƏMAS-ın yaydığı aşçıqlamada deyilir.
“Livanda rabitə cihazlarında, xüsusən də Hizbullah üzvlərini hədəf alan eyni vaxtda partlayışlar dalğasını pisləyirik. Biz müqavimət döyüşçüləri ilə mülki şəxslər arasında fərq qoymadan (…) müxtəlif bölgələrdə rabitə vasitələrini partlatmaqla Livan vətəndaşlarını hədəf alan terrorçu sionist təcavüzünü şiddətlə qınayırıq (…) və bu hücumun nəticələrinə görə işğalçı hökuməti tam məsuliyyət daşıyır”-deyə bəyanatda deyilir.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version