Bakı, ArabAz

İordan çayının qərb sahilinin Cenin bölgəsində yaşayan fələstinli ailələr, İsrail ordusunun hücumlarının 4 gündür davam etdiyi bir vaxtda əsgərlərin gücü ilə köç etməyə məcbur edilib.

ArabAz xəbər verir ki, bu barədə köç edilməyə məcbur edilən fələstinlilər açıqlama verib.

“İsrail ordusu evimizə basqın edərək bizi bir otaqda saxladı. Sonra şəxsiyyət vəsiqələrimizi və mobil telefonlarımızı yoxladılar” – deyə şahidlər bildirib.

İsrail əsgərlərinin onları evlərini tərk etməyə məcbur etdiyini bildirən fələstinlilər, evlərini tərk etmələri üçün onlara “dəqiqələr” verildiyini vurğulayıblar.

Hafiz Rufizoğlu

Share.

Şərhlər bağlıdır.

Exit mobile version