RAMALLAH,ArabAZ

İsrail ordusu bu gün, cümə axşamı verdiyi açıqlamada, “Şin Bet”lə HƏMAS lideri Yəhya Sinvarın “Qəzza zolağında hərbi əməliyyatlar zamanı” öldürülməsi ehtimalını araşdırdığını bildirib.

ArabAZ xəbər verir ki,İsrail ordusunun sözçüsü Avichai Adraee verdiyi açıqlamada, ordunun Qəzzada 3 nəfəri öldürdüyünü və “onlardan birinin Sinvar olması ehtimalını araşdırdığını” söyləyib.

“İndiki mərhələdə ölənlərin şəxsiyyətini qəti şəkildə təsdiqləmək mümkün deyil”-deyə o bildirib. O, əlavə təfərrüatları daha sonra dərc edəcəyini bildirib.
Axşam saatlarında İsrail HƏMAS lideri Yəhya Əl-Sinvarın ölümünü təsdiqləyər onun xüsusi əməliyyat nəticəsində deyil təsadüf nəticəsində öldürüldüyünü bəyan edib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version