Bakı,ArabAZ

İsrail ordusu çərşənbə axşamı Qəzza zolağının cənubundakı şiddətli toqquşmalarda onlarla fələstinli döyüşçünün həlak olması ilə nəticələndiyini açıqlayıb. ArabAZ xəbər verir ki, İsrail ordusunun bəyanatında deyilir ki, “İsrail qüvvələri Rəfahın Təl əl-Sultan bölgəsində kəşfiyyat məlumatlarına əsaslanaraq dəqiq əməliyyatlarını davam etdirir”.

Öz növbəsində, Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları, döyüşçülərinin həmin ərazidə əl qumbaraatanlarından istifadə edərək bir binada bir İsrail tankına və əsgərlərinə hücum etdiyini, həmçinin hərbi buldozerə də hücum edildiyini açıqlayıb.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version