Bakı, Arab.AZ

Qəzza hökuməti, İsrail ordusunun bu gün Qəzza zolağında 3 fərqli şəhərdə məktəb, bazar və mobil telefon doldurma məntəqəsini bombalaması nəticəsində 25 fələstinlinin həyatını itirdiyini bildirib.

Arab.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada qeyd edilib.

İsrail ordusunun Qəzza şəhərində Mustafa Hafiz məktəbini bombalaması nəticəsində 12 nəfər, Deyr əl-Bələh şəhərindəki bazar yerini bombalaması nəticəsində 9 nəfər, Xan Yunisdəki mobil telefon doldurma məntəqəsinin bombalanması nəticəsində isə 4 nəfər ölüb.

Qeyd edilib ki, hücumlar zamanı onlarla mülki vətəndaş yaralanıb.

“İsrail və ABŞ administrasiyası davam edən qırğınların dağıdıcı və təhlükəli nəticələrinə görə tam məsuliyyət daşıyır” – deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 16 min 480-i uşaq, 10 min 980-i qadın olmaqla 40 min 173 fələstinli ölüb, 92 min 857 nəfər yaralanıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Share.

Şərhlər bağlıdır.

Exit mobile version