Bazar, 26 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Müəlliflər » Livanda qeyri-qanuni silah problemi necə həll olunacaq?

Livanda qeyri-qanuni silah problemi necə həll olunacaq?

İyul 26, 2026 11:58 səhər
Paylaş
Aliyə Mənsur suriyalı-livanlı yazıçı, jurnalist və siyasi fəaldır. O, müxalif mövqeyi, eləcə də siyasi və media sahəsindəki fəaliyyəti ilə tanınır. Aliyə Mənsur Beyrut Amerika Universitetində siyasi elmlər üzrə təhsil alıb.
Paylaş

BAKI,ArabAZ , Aliyə Məsnur – Suriyalı-livanlı yazıçı, jurnalist və siyasi aktivist. Beyrut Amerika Universitetində siyasi elmlər fakultəsinin məzunu

Uzun onilliklərdir ki, Livan bir-birini əvəz edən kövrək razılaşmalar və vaxtaşırı təkrar olunan müharibələr şəraitində yaşayır. Nə razılaşmalar müharibə səhifəsini tamamilə bağlayır, nə də müharibələr münaqişənin qəti həlli ilə nəticələnir. Livanın keçmiş təcrübələri üçün xarakterik cəhət o olmuşdur ki, onlar həll yolu axtarmaqdan daha çox, böhranın idarə olunması xarakteri daşıyıb. Lakin bu dəfə mənzərə köklü şəkildə fərqlənir: Bütün region “son razılaşmalar” məntiqinə keçib və Livanın bu prosesdən kənarda qalması, eləcə də həll əvəzinə təkbaşına böhranı idarə etməklə kifayətlənməsi artıq mümkün deyil.

Hizbullah sadəcə Livanın yox, bütün ərəb dünyasının problemidir

Bu onunla bağlıdır ki, Livanın əsas düyünü olan “Hizbullah” silahı məsələsinin həllindəki ləngimə artıq təkcə Livanın daxili işi deyil, onun fəsadları ərəb və regional qonşuluğuna da yayılıb. Silah məsələsi günümüzdə sadəcə daxili siyasi mübahisə deyil, dövlətlərin sərhədləri, təhlükəsizliyi və sabitliyi ilə birbaşa bağlanıb.

“Hizbullah” son siyasi bəyanatlarında öz silahını Livandakı “şiələrin” müdafiəsi ilə əlaqələndirməyə başlayıb. Bu isə o deməkdir ki, təşkilat İsrail ilə münaqişə çərçivəsini aşıb və ya Livan dövləti İsrail ilə hər hansı razılaşmaya nail olacağı təqdirdə bu çərçivəni aşmağa hazırlaşır. Yəni təşkilat Livan-İsrail münaqişəsinin taleyindən asılı olmayaraq, öz silahını Livanın daxili siyasətinə təsir vasitəsi kimi saxlamaqda israrlıdır.

  • Beyrutda gərginlik-Hizbullah küncə sıxılır
  • Qətərdə ipoteka əməliyyatlarının həcmi 13 milyard riala çatıb
  • Ərəb pop kraliçası Nensi Ajram mənim favoritimdir-Ayliş
  • BƏƏ sakinləri ərəb dilinin qorunmasını tələb edir

Livan Prezidenti Cozef Aunun Vaşinqtona səfəri və ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı Aun silahın yalnız Livan dövlətinin əlində cəmləşməsi məsələsini “Hizbullah”ın öz silahını saxlaması üçün əsas gətirdiyi bəhanələri aradan qaldıracaq üç şərtlə əlaqələndirdi.Bu şərtlər aşağıdakılardan ibarət idi:

 İsrail işğalına son qoyulması, ordunun vasitəsilə dövlət hakimiyyətinin bütün ərazilərdə bərqərar olunması və dövlətin rəhbərliyi ilə bərpa-quruculuq işlərinə başlanılması.

İsrail işğalına son qoyulması və bərpa-quruculuq işlərinə başlanması şərtləri əvvəllər reallaşsa da və ya onlar üzərində iş aparılsa da, əsas düyün ikinci şərtin – dövlət hakimiyyətinin bütün ölkə ərazisində bərqərar edilməsinin ətrafında qalmaqdadır. Bu hədəf praktiki olaraq dövləti kompromislər və manevrlər mərhələsindən çıxararaq öz suverenliyini tam bərqərar etməyə köçürəcək real addımlar tələb edir. Bu isə qeyri-qanuni silahın dövlət strukturu ilə uzunillik daxili təmasına son qoyulması, təhlükəsizlik və suverenlik arasındakı münasibətlərin dövlətin tələblərinə və Livanın maraqlarına uyğun olaraq yenidən formalaşdırılması deməkdir.

Xüsusilə vurğulamaq lazımdır ki, qeyri-qanuni silaha son qoyacaq aydın və praktiki mexanizm olmadan, nə qədər ardıcıl olsa da, razılaşmalar kövrək olaraq qalacaq. Yəni onlar döyüşləri müvəqqəti dayandıra bilsə də, müharibənin tam bitməsinə zəmanət vermir və “münasib məqamda” zorakılığın geri qayıtmasının qarşısını almır. Belə bir sabitlik modeli isə nə regional, nə beynəlxalq, nə də daxili Livan səviyyəsində artıq qəbul olunur.

Digər tərhlillər

İran–ABŞ qarşıdurması Yəmən üzərindən dərinləşir-Rufiz Hafizoğlu
Yaxın Şərqdə azərbaycanlılar: Şişirdilmiş rəqəmlər və gerçəklər
Ərəb gəncliyinin sükutu-Gələcəyin liderləri necə yetişdirilməlidir?
Azərbaycan multikulturallıq modelini qlobal diplomatiyaya daşıyır
Hizbullah sadəcə Livanın yox, bütün ərəb dünyasının problemidir

Məhz bu nöqtədə xarici amillər razılaşma prosesinin əsas müəyyənləşdiricisi kimi ön plana çıxır. Livanın İsrailin nə istədiyini, onun təhlükəsizliyi və sərhədləri ilə bağlı məsələləri gözardı etmək lüksü yoxdur. Eynilə, böyük regional hesablamalar – xüsusən də İranla bağlı olanlar – “Hizbullah” silahının varlığını sadəcə daxili siyasi qərar deyil, güc balansları ilə bağlı bir məsələyə çevirir. Niyyətlərin təfərrüatlarına varmadan belə, qeyd etmək kifayətdir ki, Tehran, xüsusən də silahlı qruplaşmalara dəstəyini bitirəcək yekun sazışın olmadığı bir şəraitdə, öz maraqlarını təmin edən son razılaşma əldə olunana qədər strateji kartlarından imtina etməyə hazır görünmür.

Netanyahuya gəldikdə isə, onun siyasi prioritetləri İsrail seçicisinə verdiyi təhlükəsizlik vədləri, sabitliyi təhdid edən və “Əqsa tufanı” ssenarisinin təkrarını mümkün edən silahlı qruplaşmaların sərhəddəki varlığına son qoyulması ilə bağlıdır. Buradan “Hizbullah” silahına praktiki yanaşmanın əhəmiyyəti daha da artır, çünki bu faylı onun təhlükəsizlik mahiyyətinə toxunacaq şəkildə həll etməyən hər bir razılaşma çökməyə məhkum olacaq.

Bu kontekstdə Trampın Suriya Prezidenti Əhməd əş-Şəraaya dəfələrlə etdiyi çağırışları – irəli sürülən iddialara görə, “Hizbullah” silahı probleminin həllini öz üzərinə götürməsi təklifini – oxumaq mümkündür. Bu çağırışlar Dəməşqdə rədd cavabı ilə qarşılanıb, həmçinin Prezident Aunun Trampla görüşü zamanı ölkəsinin bu təklifi rədd etdiyini vurğuladığı sızan məlumatlar sırasındadır.

Əsəddiz Suriya sonrası silahsız Hizbullah

Bununla belə, Livan daxilində Trampın əş-Şəraaya müdaxilə etmək çağırışına dair aparılan müzakirələrdə “Hizbullah”ın Suriyadakı müdaxiləsinin qəsdən nəzərdən qaçırıldığı diqqət çəkir. Bu müdaxilə istər bəziləri hələ də aktiv olan təxribat və qaçaqmalçılıq şəbəkələri vasitəsilə, istərsə də təşkilatın əlindəki qeyri-qanuni silahın Suriyanın daxili təhlükəsizliyi üçün təhdid yaratması şəklində özünü göstərir. Məsələn, Bəəlbək-Hermeldəki Tufeyl kəndində yerləşən “Hizbullah”a məxsus raketatanlar və silahların Suriya Prezidentinin iqamətgahı və Suriya suverenliyinin rəmzi olan Xalq Sarayından məsafəsi dəqiq 30 kilometrdir. Buna görə də “Hizbullah” qüvvələrinin Suriyadan çıxması onun Suriya daxili üçün təhlükəsinin bitməsi demək değildir və bu məsələ Livan daxilində, eləcə də Suriya və Livan hökumətləri arasında müzakirə olunmalıdır.

Bu rədd cavabını təsbit etmək üçün sadəcə şifahi bəyanatlar kifayət etmir. Qeyri-qanuni silahla mübarizə aydın praktiki proqram, icrası mümkün olan addımlar, zaman qrafiki və milis məntiqinin yenidən bərpasına imkan verəcək heç bir boşluq saxlamayan nizamlamalar tələb edir. Ancaq bu halda “silahın yalnız dövlət əlində cəmləşməsi” haqqında danışıqlar sadəcə siyasi şüar olmaqdan çıxıb, suverenlik və təhlükəsizliyin bərqərar olunması üçün konkret plan və layihəyə çevrilə bilər.

Burada hökumət və ordu simasında rəsmi Livanın həlledici rolu ön plana çıxır. Çünki İsrailin geri çəkilməsi və bərpa-quruculuq işləri – əsas elementlər olsa da – dövlət hakimiyyətinin avtomatik olaraq bütün ərazidə bərqərar olması üçün kifayət etmir. Sınaq zonaları nə qədər genişlənsə də, onlar silah anbarlarının mövcud olduğu bütün Livan ərazisini əhatə etmir.

Siyasi və iqtisadi böhranlardan əziyyət çəkən Livan bugünkü tarixi fürsətdən yararlanmaq, qərar qəbul etmək və dövlətin gələcək yolunu müəyyən etmək gücündədir. Livanın sabitliyinin, onun ərəb və beynəlxalq legitimliyinə qayıtmasının təməl daşı ilk növbədə milis silahının yığışdırılmasından keçir ki, dost ölkələr ona siyasi və iqtisadi dəstək verə bilsinlər.

Bu mərhələdən doğacaq razılaşma – əgər ciddi icra mexanizminə söykənərsə – sadəcə vaxt qazandıran, problemi uzadan və Livanı başqalarının onun gələcəyini həll etdiyi poliqona çevirən müvəqqəti sakitləşdirici deyil, həqiqi bir razılaşma ola bilər. Əsas sual isə açıq qalır: Onilliklər boyu həlli təxirə salan kövrək sövdələşmələr deyil, bu dəfə tam və təsirli bir razılaşmaya necə nail olmaq olar?

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Azər HüseynovMüəlliflər

Qərbin təzyiqi Suriyada yeni vətəndaş müharibəsini alovlandırır?

Müəllif:
ArabAZ News
MüəlliflərRedaktorun seçimiRufiz Hafizoglu

İsrail jandarma rolunu itirir,onun yerini kim tutacaq-Rufiz Hafizoğlu

Müəllif:
ArabAZ News
Həmdi Əl-ƏttarİraqMüəlliflər

Bakı – Şəhidlərin xatirəsi ilə gələcəyin alovu arasında

Müəllif:
ArabAZ News
Əhməd HələbiMüəlliflərSəudiyyə Ərəbistanı

Səudiyyə dini turizmdə növbəti addım atıldı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.