QÜDS ,ArabAZ

HƏMAS hərəkatının rəhbəri seçilən Yəhya Əl-Sənvarın, “Əbu İbrahim”in həyatı bir çoxları üçün olduqca maraqlıdır. Onun həyatı haqqında çox şey bəlli olmasa da Əl-Sinvarın Xan Yunisdə doğulduğu bəllidir. Xan Yunisdə yaşadıqdan sonra onun bir müddət İsrail həbsxanasında olduğu da bəllidir. Məhz Əl-Sinvarın “Əqsa Tufanının” müəllifi olduğu iddia edilir.

“1948-ci ilin Nəkbəsi”ndən sonra Əl-Sinvarın ailəsi Məcdəl şəhərindən köçür və burada fələstinli qaçqınların düşərgəsində yaşayır. Yaşadığı qaçqın düşərgəsi onun həyatına təsirsiz ötüşmədi, İsrail ordusunun mütamadi olaraq həyata keçirdiyi “təmizlik” işləri Əl-Sinvarda onlara qarşı nifrət hissinin oyanmasına səbəb olmuşdu, artıq Əl-Sinvar yalnız və yalnız təcili qisas hissi ilə yaşayırdı.

Yəhya Əl-Sənvar Xan Yunis düşərgəsinin məktəblərində təhsil alıb, sonra İslam Universitetində təhsilini başa vurub, ərəbşünaslıq fakültəsini bitirib. Fəaliyyətinə o dövrdə “İslam Bloku”nun çətiri altında tələbə və təşkilati işlərlə başlayıb və oradan da daha yüksək vəzifələrə keçib və bu, daxili təhlükəsizlik aparatı olan “Əl-Məcd” aparatının yaradılması ilə yekunlaşıb.
Onun əsas üstünlüyü ondan ibarətdər ki, Əl-Sinvar uzun illər Qəzzada olan İsrail agentlərinin ifşaşı ilə tanınırdı. Əl-Sinvar bu işdə sözün əsl mənasında peşəkar idi.

Lakin bütün bunlara baxmayaraq o 1980-ci illərin sonunda  İsrail tərəfindən həbs edildi. İsrail hakimiyyəti onu dörd “əməkdaşını” öldürməkdə günahlandırıb və ömürlük həbs cəzasına məhkum edib.  Həbsxanada qaldığı illər ərzində Əl-Sinvar ibrani dilini mükəmməl mənimsədi.

Əl-Sinvar ümumilikdə iyirmi il müdətinə İsrail həbsxanalarında qalıb. Onun qardaşı bir İsrail əsgərini oğurlamışdı və HƏMAS oğrlanan yəhudi əsgərini 1000 fələstinli məhbusla dəyişdirmişdi. Yəhya onlardan biri idi.
Əl-Sinvar azadlığa çıxarkən heç kim onun  Fələstin müqavimətinin xüsusiyyətlərini formalaşdıran görkəmli rol alcağını bilmirdi.

Oktyabrın 7-dən sonra Sinvarın adı dünyada tanındı. İsraildə və xaricdə bir çox təhlükəsizlik və siyasi dairələri məhz ondan danışmağa başladılar.

Fələstin Demokratik Cəbhəsinə mənsub olan və Əl-Sinvarla tanış olduğu müddətdə illərini İsrail həbsxanalarında keçirən keçmiş məhbus İsmət Mənsur 1990-cı illərin sonunda Aşkelon həbsxanasında onunla görüşdükdən sonra ilk təəssüratlarını belə anlatır:
 “Sinvarla görüşəndə ​​görürsən ki, adi, sadə və dindar bir insandır. Bununla belə, o sərt və kəskin, üsyankar xüsusiyyətlərə də sahibdir. O, dindardır, amma nə təbliğatçıdır, nə də nəzəriyyəçidir. Dini mənşəyi onun münasibətlərini formalaşdırırdı. Əl-Sinvarın həbsxanaya girməmişdən və orada uzun müddət saxlanılmasından əvvəl uşaqlıq təcrübəsi onun davranışında, ətrafdakılara baxışında və başqaları ilə münasibətində açıq-aydın görünürdü. O, kompromisləri qəbul etmir, taktika çərçivəsindən başqa həll yollarını, razılaşmalara nail olmaq imkanını görmürdü”.

İllərlə İsrail həbsxanalarında saxlanılan FƏTH hərəkatına mənsub keçmiş məhbus Əbdülfəttah Davla Sinvarla ilk dəfə 2006-cı ildə tanış olmuşdu. Onun bu adamla bağlı təəssüratları onunla görüşdən əvvəl yaranmışdı. Davla Əl-Sinvarə belə xarakterizə edir:

 “İctimai və aktiv insan olan Yəhya HƏMAS liderindən fərqlidir. Ümumi məsələləri müzakirə etdiyiniz Yəhya Əl-Sinvar, fraksiya məsələlərini müzakirə etdiyinizdən fərqlidir. Burada o, sosialdır, orada isə fanatikdir, sanki adamın iki şəxsiyyəti var”.

HƏMAS hərəkatına mənsub keçmiş məhbus, Əl-Sinvarla illərlə həbsdə olan və mübadilə müqaviləsi çərçivəsində azadlığa buraxılmış Salahəddin Talibə gəlincə, o, “Əbu İbrahim”lə ilk görüşünü belə anlatır:
“İnsan onun təvazökarlığına və gənclərlə olan münasibətinə heyran qalır. Bununla belə, HƏMAS-ın təhlükəsizlik liderinin təbiəti onu hərəkatın digər liderlərindən fərqləndirir, çünki o, “(Məcd) təhlükəsizlik aparatının yaradıcısıdır və bu, böyük ölçüdə şəxsiyyətində əks olunur. Güclü ictimai münasibətlərinə baxmayaraq, təhlükəsizlik baxımından o, sərt və amansız idi.İsrail həbsxanaların içərisində və xaricində Sinvar HƏMAS-ın birinci təhlükəsizlik işçisi olaraq hesab edilirdi.
90-cı illərin ortalarında HƏMAS hərəkatı və onun İordan çayının qərb sahili və Qəzza zolağındakı hücrələri ardıcıl zərbələrə məruz qaldı. İsrail təhlükəsizlik xidmətləri onun bir sıra liderlərini qətlə yetirdilər, onlardan ən görkəmliləri Yəhya Ayyaşİmad Aqil idi. Bu hərəkat daxilində böyük sarsıntılara səbəb oldu.Bütün bunlarla yanaşı İsrail xüsusi xidmət orqanları paralel olaraq həbsxanalarda da istintaqlar, sorğu-suallar aparırdı.Bu, heç kimin sağ-salamat çıxa bilmədiyi çətin bir mərhələ idi”.

1990-cı illərin əvvəllərində HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları gündəmə gələrək İsrail ordusunun hədəflərinə qarşı bir sıra əməliyyatlar keçirməyə başlayanda Əl-Sinvar İsrail həbsxanalarında idi.
Şalit sövdələşməsi”nin tamamlanmasından və 2011-ci ildə “Əbu İbrahim” (Əl-Sinvar)  və onun yoldaşlarının həbsdən azad edilməsindən sonra yeni mərhələ başlandı.

İsrail əsgəri Şalitin tutulması prosesi və mübadilə müqaviləsi ilə bağlı aparılan danışıqlar Əl-Sinvar üçün bir çox faktları alt-üst etdi, onun və yoldaşlarının taleyini dəyişdi. Sinvar HƏMAS-ın sərbəst buraxılmasını tələb etdiyi adlar siyahısında birinci yerdə idi. “Şalit faylı” nəticəsində baş verən dəyişikliklər Sinvarın həbsxanalar daxilində və xaricində mövqeyini gücləndirdi, çünki o, danışıqlar prosesində qabaqcıl rollar oynamağa başladı.

Artıq 2006-cı ildən sonrakı Sinvar ondan əvvəlki Sinvardan fərqli idi.Sinvar daha sonra növbəti müqavilənin adı və açarı oldu. O, həbsxana daxilində və xaricində mövqeyini, nüfuzunu və qərar qəbul etmə qabiliyyətini artırmaq üçün əlinə keçən bu gücü istifadə etməyə başladı.

2012-ci ildə o, hərəkatın siyasi bürosunun üzvü seçildi və dərhal hərbi qanadla əlaqə işini öz üzərinə götürdü.
İsrail Əl-Sinvarın 2024-cü il 17 oktyabrda öldürüldüyünü elan etdi.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version