Bakı, ArabAZ

İsrailin 325 gündür hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 40 min 435-ə yüksəlib.

ArabAZ xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 2 qırğın törətdiyi, bu hücumlarda daha 33 fələstinlinin həyatını itirdiyi, 66 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralananların sayının 93 min 534-ə yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Hafiz Rufizoğlu

Share.

Şərhlər bağlıdır.

Exit mobile version