Bakı,ArabAZ

Bəlkə də Səddam Hüseynin etdiyi ağlasığmaz işlər çox idi. Amma onlardan ən risklisi onun nümayəndəsinin Sudanda yaşayan Usamə bin Laden ilə keçirdiyi görüş idi. Maraqlısı o idi ki Səddam bunu  nə qədər gizli saxlamağa çalışsa da kiçik Corc Buşun agentliklərinin görüşün baş tutduğunu bilmişdi.

Mübaliğəsiz demək olar ki, həmin görüş Vaşinqtonun Bin Ladenin başçılıq etdiyi Əl-Qaidənin sentyabrın 11-də başlatdığı hücumlardan sonra Amerikada hökm sürən ab-havadan istifadə edərək, İraqın işğalına haqq qazandırmaq üçün istifadə etdiyi ən mühüm bəhanə idi.

Bin Ladenin Səddam Hüseynin taleyinə təsir etməsi üçün heç bir əsas yox idi. Bu iki adam iki fərqli təbəqənin insanları idi. Üstəlik, Səddam bölgədə qədim tarixə sahib bir ölkənin başçısı idi. O dünyəvi partiyanın yetişdirməsi idi. Səddam dindar deyildi, lakin dininə bağlı biri idi. Hər nə qədər qəddar hesab edilsə də o düşmənlərinə qarşı ədalətli idi. Səddam dönəminin İraqında , İran meyilli indiki iraqdan fərqli olaraq xristian XİN rəhbəri ( Tariq Əziz) var idi. Üstəlik, qərar verən şəxs olmadığı bir oyuna təslim olmaq Səddamın vərdişi deyil.

Lakin Xartumda görüşü qəbul etmək səhvi Səddamı Üsamə bin Ladenlə əlaqə saxlamağın bədəlini ödəməyə məcbur etdi, baxmayaraq ki, bu görüş uğursuzluqla başa çatmışdı. Həmin dövrdə İraq kəşfiyyatında işləyənlərdən biri deyir ki, İraqı işğal edən Amerika qüvvələri kəşfiyyatın hazırladığı sənədi ələ keçirmişdi və Sudanda baş tutan bütün gizli danışıqlardan xəbərdar idi.

Sirr deyil ki, elə indi olduğu kimi  əslində Sudanın 90-cı illəri çox təhlükəli idi.

Prezident Ömər əl-Bəşir rejimi bəzi böyük səhvlərə yol verdi:

Əl-Qaidə liderini qəbul etdikdən sonra OPEK nazirlərinin həbsini həyata keçirmək. Zamanın ən məşhur beynəlxalq axtarışda olan Venesuelalı Karlosu və Misir prezidenti Hüsnü Mübarəkə Əddis-Əbəbədə sui-qəsd cəhdinin hazırlanmasında şübhəli bilinən Əli Osman Tahaya himayədarlıq etmək.

Əl-Bəşir və Bin Ladenin Sudanda nadir fotosu

Bin Laden 1994-cü ilin avqustunda Xartumda baş verənlər hadisər zamanı bir o qədər də “Gün işığnda” deyildi. Həmin ay fransız komando dəstəsi gəlib Karlosu həbs etdi və onu Fransaya apardı və Karlos, hazırda həbsxanadadır.
Karlosla Bin Laden arasında əməkdaşlığa imkan verən heç nə yox idi, hətta onları Qərbə düşmənçilik birləşdirsə belə.

Venesuela Kommunist Partiyası ideologiyasındna bəhrələnən Karlosu “ulduz” edən isə , Fələstinin Azadlığı Xalq Cəbhəsi”ndə önəmli vəzifə daşıyan Vadih Həddad idi.

1976-cı ilin əvvəlində iki adam yollarını ayırmazdan əvvəl Haddadın Karlosu ulduza və simvola çevirdiyini söyləmək mübaliğə olmaz.

Karlosdan fərli olaraq Bin Laden Sudan öz sərvəti ilə gəmişdi o heç kimin tabeçiliyində deyil,ən azından belə görünürdü.

Bin Ladenin Sudanla hekayəsi nədir?

Usamə bin Laden Sudanda iki dəfə olub, birinci dəfə 1988-ci il avqustun sonunda. O zaman Sudan böyük daşqınlara məruz qalmışdı. Bu səfəri zamanı Usamə özünü tikinti şirkətinin sahibi kimi təqdim etmişdi. Rəsmilərlə görüşü zamanı o ölkəyə rəğbətini ifadə edərək, daşqınların fəsadlarının alınmasında olduqca maraqlı olduğunu bildirmişdi.

Usamə eyni zamanda rəsmilərlə görüşlərdə yaxşı yol şəbəkəsinin olmasının vacibliyini və bunun ümün Sudana donor şirkətləri cəlb edəcəyini də vəd etmişdi.

Usama o zaman o qədər dı “parlamasa da” onun adı əsasən sovetlərə qarşı Əfqanıstan cihadında iştirak kontekstində məlim idi.

QEYD
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın əli ilə Küveytin azad edilməsindən sonra Bin Laden 1991-ci ildə Səudiyyə Ərəbistanından Sudana getdi və artıq o zaman onun dosyesi təhlükəsizlik qüvvələrinin nəzarətində idi. Bin Laden arvadlarından birini özü ilə götürüb və Xartumun Ər-Riyad rayonunda Osman Salman adlı Səudiyyə Ərəbistanında yaşayan Sudan vətəndaşına məxsus villada məskunlaşıb. Salman 1998-ci ildə prezident Bill Klintonun dövründə Amerika qüvvələri tərəfindən bombalanan Əl-Şifa ( Sudan) dərman fabrikinin direktoru olub.

Sudanda “Əfqan ərəbləri”

Bin Laden onunla münasibətləri idarə edən tərəflərdən öz qrupunun ( Əfqanıstdan ona sadiq olan ərəb döyüşçülərin) üzvlərini Sudana gətirməsinə icazə vermələrini xahiş etmiş və buna demək olar ki nail olmuşdu.dib. Vaxtilə Əgqanıstanda sovet ordusuna qarşı vuruşan ərəb döyüşçülər ( Əfqan Ərəbləri) məhz Usamənin “xidməti” sayəsində Sudanda cəmləndilər. Bin Ladenin Sudanda ən yaxın adamlarında biri də, adı hələ də açıqlanmayas suriyalı da var idi.

Bin Ladenin Sudandakı evi 

Bin Ladenin Port Sudanda hava limanı tikən “Vadi Əl-Əqiq” adlı şirkəti var idi. Üstəlik, Bin Laden at saxlamağı çox sevirdi, bu da bir sıra tanınmış simaların övladlarının, o cümlədən tanınmış mütəfəkkir doktor Həsən Əl-Turabinin oğlu İssamın diqqət mərkəzində idi.

Usamə bin Laden introvert idi. O, ictimai tədbirlərdə görünmürdü. Zaman keçdikcə, “Əfqan ərəblərinin” mövcudluğu Sudanda müəyyən problemlər yaratmağa başladı. Məsələn, Ənsar Əl-Sünnə qrupu ilə kəskin mübahisələrə girən Məhəmməd Abdullah Əl-Xulayfi adlı liviyalı islamçı var idi. 1
994-cü ilin fevralında Əl-Xulayfi Xartumdakı Şeyx Əbu Zeyd məscidinə getdi və avtomatla “Ənsar əl-Sünnə”dən 20 nəfəri öldürdü. Daha sonra o, yoldaşları ilə Bin Ladenin evinə gedib və ev mühafizəçiləri ilə atışıb. Həbs edildikdən sonra onun həm də Bin Laden və Doktor Əl-Turabiyə sui-qəsd etmək niyyətində olduğu məlum olub.

Dindirilmə zamanı bəlli oldu ki, Əl-Xulayfi hələ Əfqanıstanda Usamə ilə birgə ruslara qarşı vuruşub.

Usamə bin Laden artıq tam olaraqSudanda məskunlaşdı.  Bir müddət sonra isə, ABŞ Sudan hökumətindən Usaməni ştatlara təhvil verməyi tələb etdi. ABŞ-da mühakimə etmək üçün heç bir səbəb olmadığı üçün Sudan Ağ Evin bu tələbini rədd etdi. Lakin çox keçmədən Sudan “Əfqan ərəbləri” ilə münasibətlərə yenidən baxacaqdı.

Mübarəkə sui-qəsd cəhdi

26 iyun 1995-ci ildə prezident Hüsnü Mübarək Afrika Sammitində iştirak edərkən Əddis-Əbəbədə ona qarşı sui-qəsd cəhdindən sağ çıxdı. Bu hadisə ərəb islam və eləcə də beynəlxalq reaksiyalara səbəb oldu. Mübarək açlıqlamasında hadisınin Əl-Turabinin rəhbərlik etdiyi “İslam Cəbhəsi” ilə əlaqəli olduğunu eyham etdi.

Beynəlxalq sanksiyaların əlamətləri üfüqdə görünəndən sonra cəhdin uğursuzluğu Sudan rejimini ildırım kimi vurdu. Panikaya düşən şəxs rejimin ikinci adamı, yəni Bəşir dövründə “güclü adam” olan vitse-prezident Əli Osman Taha idi.

Həmin şəxs təhlükəsizlik aparatının yüksək vəzifəli şəxsləri ilə süi-qəsdi planlamışdı. Mübarəkə  uğursuz süi-qəsd Misir “İslam Qrupu” üzvü Mustafa Həmzə tərəfindən həyata keçirilmişdi.

Bin Ladenin Sudandan çıxışı

Sudan hakimiyyətinin zərər və təhlükələri azaltmağa çalışmaqdan başqa çarəsi yox idi. Əl-Bəşir yüksək səviyyəli təhlükəsizlik məmurlarını işdən çıxardı və “Əfqan ərəblərini” deportasiya etmək qərarına gəldi. Bir gün Əl-Bəşir və müavini Əl-Turabinin ofisinə gəldi və ona Usamə bin Ladenin gedişi ilə bağlı tədbirlərin tamamlandığını bildirdi. İki şəxs Bin Ladeni onun iqamətgahında ziyarət edib, sonra isə hərbi təyyarə onu Əfqanıstana yola saldılar.

Həsən Əl-Turabi (AFP)


Prezident Ömər əl-Bəşir Usamə haqqında bunları deyirdi :
 “Bin Laden Sudana Əfqanıstan müharibəsindən sonra onun çalışdığı sahələr olan yollar, hava limanları və kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaq üçün gəldi. Onun və Laden ailəsinin şirkətləri uzun müddət fəaliyyət göstərdi”

Taliban Əl-Qaidə liderinə qucaq açdı və ona təhlükəsiz sığınacaq Verdi. Molla Ömər onun rejiminin süqutunun səbəbkarının bu “qonaq” olacağını gözləmirdi.

Əsasən Sənusi olan Sudanda Usamə tərəfdar toplaya bilmədi və onun fikirləri sudanlılar arasında məqbul deyildi.
Lakin onun köməkçilərinin kiçik bir qrupu həmişə onun ətrafında qalırdı.
Məsələ orasındadır ki, Sudanda tərəfdarı olmayan Usamə , bu ölkənin tərk etdikdən sonra məhz ABŞ tərəfindən “ulduz” və İslam dünyasının “cəngavəri” elan edildi.

Əfqanıstan və ən təhlükəli mərhələ

Usamə bin Laden Əfqanıstana qayıtdı və onun təcrübəsinin ən təhlükəli mərhələsi başladı. Onun qayıtmasından aylar sonra Taliban hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirdi və onu öz qonağı hesab etdi. Yalnız iki il sonra ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərində partlayışlar baş verdi və Vaşinqton Əfqanıstanda gizlənmiş Əl-Qaidə liderinə işarət etdi. Həmin dövrdə Bin Laden ABŞ-a müharibəyə başladığına dair bəyanatlar verdi, lakin heç kim onun müharibəni onun ərazisinə keçirəcəyini gözləmirdi.

11 Senytabr 2001-ci il – Dünyanı dəyişdirən tarix

Prezident Corc Buş İraqı işğal etmək qərarına haqq qazandırmağa çalışarkən, o, Səddam rejiminə qarşı kütləvi qırğın silahları, repressiya, kütləvi məzarlıqlar və beynəlxalq qətnamələrin pozulması kimi bir sıra ittihamları irəli sürdü.  Bu ittihamlar arasında əvvəllər heç kimin eşitmıdiyi bir ittiham da vardı- Səddam rejimi Əl-Qaidə ilə əməkdaşlıq edir.

Amerika administrasiyası bu cür əməkdaşlığa dair sübut təqdim etmədim və bu yalnız əsassız ittiham olaraq qaldı.

İraq Küveyti işğal etməzdən əvvəl İraq və Səudiyyə Ərəbistanı arasında münasibətlər normal və müsbət idi. İki ölkə daxili işlərə qarışmağı qadağan edən və səfirliklərin normal fəaliyyəti çərçivəsində digər ölkənin ərazisində kəşfiyyat xidmətlərinin fəaliyyətini dayandıran təhlükəsizlik sazişi imzalayıb. Səddam Hüseyn Səudiyyə Ərəbistanı və onun çətin günlərdə İraqın yanında olması haqqında müsbət fikirlər səsləndirib və Kral Fəhd bin Əbdüləzizi və iki ölkə arasındakı əlaqələrə hörmətini və İraq-İran müharibəsi zamanı mümkün olan hər hansı dəstəkdən çəkinməməsini tərifləmişdi.

Kral Fəhd işğalın başlanmasından sonrakı saatlarda vəziyyəti düzəltmək və məsələni danışıqlar masasına qaytarmaq üçün yorulmaz səylər göstərdi, lakin Səddam ona məhəl qoymadı.

Böhran praktiki olaraq təhlükəsizlik müqaviləsinin və onun öhdəliklərinin iflasına gətirib çıxardı. Daha sonra Səddam belə qənaətə gəldi ki, Səudiyyə Ərəbistanı onun rejimini dəyişdirmək ideyasını dəstəkləməyə başlayıb, buna görə də o, kəşfiyyat xidmətlərinə “bütün güclə işləmək, xüsusən də Səudiyyə Ərəbistanındakı Amerika hərbi mövcudluğunu pozmaq üçün” göstəriş verdi.

Bin Laden və Səddamın kəşfiyyat rəsmisi ilə görüş

Əslində Səddam və Usamənin ortaq maraqları var idi, bu da ABŞ ordusunun regiondan çıxması. Bu iki şəxsin bir-birindən olduqca ciddi fərqləri olsa da hədəf eyni idi. Səddam Hüseyn öz kəşfiyyat rəsmisini Usama ilə görüşə göndərmişdi. Hələ sir olaraq qalan bua dam Faruq Hicazi idi. Hicazi Həsən Əl-Turabinin vasitəsilə Usamə ilə görüşdü lakin tərəflər əməkdaşlıq məsələsində ortaq məxrəcə gələ bilmədilər. Usamə üçün Səddam rejimi ilə əməkdaşlıq imkansız idi, bu pnun bir lider kimi sonu ola bilərdi.
Digər tərəfdən görüş zamanı Usaməmin də Hicazidən bir sıra tələbləri oldu. Bin Laden “əməkdaşlıq halında Hicazidən tamamilə İraq dövlətinin səlahiyyətindən kənarda düşərgələr qurmağı və məqsədləri və vaxtı müəyyən etmək azadlığına malik olmasını tələb edib.
İddia olunur ki, görüş sonrası Səddam Hicazidən Usamənin tələbləri haqqında mövqeyini soruşdu və o, Bin Ladenin qrupunu idarə etməyin asan olmayacağını və onunla əməkdaşlığın qiymətinin son dərəcə təhlükəli olacağını söylədi.
Səddam Hicazidən məsələni birdəfəlik bağlamağı istədi.
İraq hakimiyyəti Səddam rejiminin süqutundan sonra Suriyaya sığınan Faruk Hicazini tələb etdi və sonra da o edam edildi. Usamə isə Amerika qüvvələri tərəfindən Pakistanda öldürüldü.
Beləliklə bir çox sirrlərin üstü bağlandı.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version