Dəməşq,ArabAz

Suriya Gəmiçilik Palatası Ərəb Gəmiçilik Palataları Federasiyasına üzvlüyünü yenilədi. ArabAz xəbər verir ki,  paltanın məlumatına görə, bu addım ərəb naviqasiya palataları və dəniz orqanları ilə birgə əməkdaşlığın uğurunu artıracaq.

“Palatanın Birliyə üzv olması ərəb gəmiçilik palataları və dəniz orqanları ilə birgə əməkdaşlığın qurulmasının təməl daşıdır”-deyə Suriya Nəqliyyat Nazirliyi  öz rəsmi  Facebook səhifəsində bildirib.

Qeyd edək ki , Ərəb Gəmiçilik Palataları Federasiyası Ərəb Dövlətləri İttifaqının Ərəb İqtisadi İttifaqı Şurasının ixtisaslaşmış federasiyalarından biridir.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version