8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Gündəm
Gündəm

Rusiyanın qısa zamanda təyyarə qəzası ilə bağlı istintaqın konkret nəticələri barədə Azərbaycana məlumat verəcəyinə ümid edirik – Baş prokuror

Ümid edirik ki, Rusiya tərəfi qısa zaman ərzində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri, həmçinin cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunması barədə Azərbaycana məlumat verəcək.

22 İyul 2025 16:13
Rusiyanın qısa zamanda təyyarə qəzası ilə bağlı istintaqın konkret nəticələri barədə Azərbaycana məlumat verəcəyinə ümid edirik – Baş prokuror

Bakı. AzerVoice

Ümid edirik ki, Rusiya tərəfi qısa zaman ərzində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri, həmçinin cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunması barədə Azərbaycana məlumat verəcək. Əgər bu addım atılmasa, o zaman Prezident İlham Əliyevin qeyd etidiyi kimi, beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququnu özümüzdə saxlayırıq.

AzerVoice xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev səsləndirib.

Baş prokuror xatırladıb ki, hadisə baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyni zamanda, Qazaxstan tərəfi də cinayət işi başladıb. Sonra Rusiya İstintaq Komitəsi də prosesə cəlb olunub.

“Sual yarana bilər ki, eyni hadisəyə görə niyə bir neçə ölkə cinayət işi başladır? Çünki bu məsələ hər üç dövlətin maraqlarına toxunub. Hadisə zamanı hər üç ölkənin və digər dövlətlərin vətəndaşları həm dünyasını dəyişib həm də xəsarət alıblar”, - deyə Kamran Əliyev diqqətə çatdırıb.

O deyib ki, Azərbaycanın rəsmi strukturları həm Rusiya, həm də Qazaxıstan tərəfi ilə bu məsələ ilə əlaqədar əməkdaşlıq edir.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayırıq, məktublar ünvanlıyırıq. Qarşı tərəf hələ ki istintaq hərəkətləri və ekspertizaların həyata keçirilməsini əsas gətirərək istintaqın konkret nəticələri barədə bizə məlumat vermir”, - deyə Baş prokuror vurğulayıb.

Kamran Əliyevin sözlərinə görə, Azərbaycan tərəfinin hadisə ilə bağlı kifayət qədər sübütları var.

“İlkin mərhələdən etibarən biz zəruri olan bütün sübutları toplamışıq. Hadisənin baş verməsi və səbəbləri barədə kifayət qədər məlumatımız var, sübutlar mövcuddur. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik. Bu yaxınlarda istintaq qrupumuzun üzvləri Qazaxıstana səfər ediblər və həmkarlarla işguzar görüş keçiriblər. Biz, həmçinin Braziliya prokurorluğu ilə əlaqə saxlayırıq. Çünki “Embraer-190” təyyarəsi bu ölkədə istehsal olunub”, - deyə o əlavə edib.

Məqalədə: #Azərbaycan #Rusiya #AZAL #Baş Prokurorluq #Kamran Əliyev

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.