12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Misir Suriya ilə nə zaman əlaqə quracaq?

23 Yanvar 2025 13:35
Misir Suriya ilə nə zaman əlaqə quracaq?

BAKI, AzerVoice, MUHAMMED ATA, FOCUS+

Misir, Suriyadakı yeni hökumətlə birbaşa əlaqə qurmaqdan qaçınaraq, hadisələrin inkişafını izləməyi üstün tutur. Misirin, Suriyadakı vəziyyəti qiymətləndirmə prosesi, xüsusilə "siyasi İslam" narahatlıqları və daxili siyasi qorxularla formalaşır.

Misir, Suriyadakı Bəşşar Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn yeni hökumətlə hələ birbaşa əlaqə qurmayaraq, baş verənləri uzaqdan izləməyi seçir. Xüsusilə, hər keçən gün yeni bir ölkənin Suriya rəhbərliyi ilə əlaqə qurduğu nəzərə alındıqda, Misirin bu mövqeyi olduqca düşündürücüdür.

Misir, yeni Suriya idarəsi ilə əlaqə qurma və ya əməkdaşlıq yaratma barədə hələ də aydın bir açıqlama verməyib.Ancaq Qahirə eyni zamanda, Suriyadakı inkişafları müzakirə etmək üçün bölgədəki müxtəlif tərəflərlə çoxsaylı əlaqələr qurub.

Misir Xarici İşlər Naziri Bədir Əbdüləti, Al Arabiya kanalına verdiyi açıqlamada, ölkəsinin Suriyadakı yeni vəziyyətlə bağlı sualları olduğunu və bunların yeni Suriya idarəsinə çatdırıldığını bildirdi.Əbdüləti, Misirin Suriyadakı vəziyyəti daim yaxından izlədiyini də əlavə edib.

Misirin narahatlıqlarının əsasən, Suriyadakı yeni rejimin “siyasi İslam” kimliyi ilə əlaqəli olduğu düşünülür.Rəsmi şəxslərə görə, Qahirə, Suriyadakı hakimiyyət dəyişikliyi prosesində yaşananların Misir üçün bir nümunə təşkil etməsindən narahatdır.

Misir rejimi, 2013-cü ilin iyul ayında baş verən hərbi çevrilişdən sonra Müsəlman Qardaşları ölkə daxilində fəaliyyətlərini qadağan edib və terror siyahısına daxil edib.

Bu müddətdə, Misirdə İslamçı kimliyə sahib olan bütün siyasi hərəkatlar və partiyalar təzyiq altına alınıb.

Müşahidəçilər, Misirin yeni Suriya idarəsinə qarşı mövqeyi barədə fərqli fikirlər səsləndirirlər. Bunlardan bəziləri Misirin qorxularını "şişirdiyini" və yeni Suriya idarəsi ilə əlaqə qurmaqda daha çox təxirə salmaması lazım olduğunu düşünürlər.

Digər tərəfdən, Suriyanın keçid hökümətinin Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bir müddət əvvəl verdiyi açıqlamada, ölkəsinin qardaş ölkə Misir ilə əlaqə qurulmasını məmnuniyyətlə qarşılayacağını bildirdi.

Şeybani, 28 dekabrda “X” platformasında etdiyi paylaşımda, ölkəsinin Misir ilə bir-birinin suverenliyinə hörmət çərçivəsində "vacib və strateji" bir əlaqə qurmaq arzusunu ifadə etdi.Lakin Suriya tərəfindən atılan bu addım, Misir idarəsinin əlaqələr qurmaq üçün addım atmasına yetərli olmadı.

Bəzi müşahidəçilər, yeni Suriya hökuməti ilə hələ əlaqə qurulmamasının, xüsusilə İslamçı meyilli şəxslər və qruplarla bağlı məsələlərdə Misirdə qərar vermə proseslərində böyük bir hakimiyyətə sahib olan təhlükəsizlik xidmətlərindən qaynaqlandığını iddia edirlər. Eyni zamanda, Misir mətbuatı, Suriya rejimini Qahirə üçün potensial təhdid kimi görərək, yeni hakimiyəti hədəf alan xəbərləri intensivləşdirib. Suriya isə, bu xəbərlərə qarşı susqunluğunu qorudu.

Bu çərçivədə, Misir, digər ölkədə yaşayan suriyalıların ölkəyə girişinə dair yeni bir qərar qəbul edərək, dünya üzrə gələn Suriyalıların ölkəyə girməsini qadağan etdi. Lakin bu qərar Misirdə müvəqqəti yaşayış icazəsi olan suriyalılara şamil edilmir.

Bu qərar çərçivəsində əlavə olaraq, Avropa, ABŞ və Kanadada yaşama icazəsi olan suriyalıların Misirə girmək üçün təhlükəsizlik təsdiqi almaları tələb olunur.

Yaxın Şərq araşdırmaçısı Dr. Xeyri Ömər Fokus Plus-a verdiyi açıqlamada, Misirin yeni Suriya idarəsi ilə bağlı mövqeyinin təəccüblü olmadığını bildirdi.

Lakin Ömər, Misirin Suriyadakı idarə ilə "faktiki hakimiyyət" olaraq münasibət qurduğunu qeyd edərək, bunun düzgün hüquqi təsnifat olduğunu vurğulayıb. Ömər, Misirin buna görə Suriyadakı vəziyyətin daha da sabitləşməsini gözlədiyini əlavə edib.

Misirin bu mövqeyinin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi, yeni Suriya idarəsi ilə əlaqə quran Ərəb ölkələrinin mövqeyinə yaxın olduğunu bildirən Ömər, bu ölkələrin hamısının Suriya hakimiyyətini dəstəkləmədiyini, amma onunla effektiv bir əlaqə qurmaq istədiklərini də əlavə edib.

Türkiyə vasitəçi rolu oynaya bilərmi?

Araşdırmaçı Dr. Mehmet Rakipoğlu, bu mövzu ilə bağlı Fokus Plus-a verdiyi açıqlamada, Misir rejiminin 2025-ci ildə, xüsusilə Prezident Abdülfəttah Sisinin gələcəyi ilə bağlı bir qorxusunun olduğunu bildirib. “Rejimdən daha çox, Misirdə ‘mövcud nizam’ dediyimiz bir struktur var. Yəni orduya nisbətən, Sisinin gedə biləcəyi ilə bağlı müxtəlif hesabatlar və proqnozlar mövcuddur."-deyə o qeyd edib.

Bu çərçivədə, Əsədin devrilməsi halında Misirdəki inqilabın təkrarlanıb-təkrarlanmayacağı kimi müzakirələrin gündəmə gəldiyini də vurğuladı.

Türkiyənin Misir və Suriya arasında vasitəçi rolunu oynaya biləcəyini qeyd edən Rakipoğlu, “Ancaq hazırda Türkiyənin bu rolu tam şəkildə üzərinə götürə biləcəyini düşünmürəm” –deyə bildirib.

Türkiyənin Suriya hakimiyyətini tanınması mövzusunda bir rol oynayacağının “mütləq” olduğunu deyən Rakipoğlu, “Türkiyə, digər ölkələrin Suriya idarəsi ilə əlaqə qurmasına həm Qərb ölkələrinə, həm də Ərəb ölkələrinə kömək edir” –deyib.

Türkiyənin eyni zamanda Suriya hakimiyyətinə bir növ məsləhətçilik etdiyini vurğulayan Rakipoğlu, bu baxımdan Türkiyənin mövqeyinin mühüm olduğunu da əlavə edib.

Məqalədə: #Misir #Əbdülfəttah əs-Sisi #Təhlil

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.