7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İraq Suriyanı İŞİD və İsrailə qarşı mabarizə aparmağa çağırıb

7 Fevral 2025 17:39
İraq Suriyanı İŞİD və İsrailə qarşı mabarizə aparmağa çağırıb

BAKI,AzerVoice

İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani bildirib ki, ölkəsi Suriya ilə sərhədlərin təhlükəsizliyini təmin etmək üçün Suiryanın yeni hakimiyyəti ilə koordinasiya edir. O, həmçinin Suriyanın "İŞİD" terror təşkilatı ilə mübarizə və İsrailin Suriya ərazilərinə təcavüzü məsələsində "açıq bir mövqe" ortaya qoymasına ümid etdiyini bildirib.

Sudani, İraqın Suriyaya qaçqınların geri qayıtması və sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə dəstək verməyə hazır olduğunu vurğulayıb. Ölkəsində müxtəlif dini silahlı qruplarla bacara bilməyən əl-Sudani əlavə edib ki, İraq Suriyanın xarici münaqişələrin mərkəzinə çevrilməsini istəmir.

Bağdad İran məngənəsindən çıxa bilmir – silahlı şiə qrupları Tehrana tabedir

İraq hökumətinin və digər rəsmi qurumların Suriyanın keçid dövrü prezidenti olaraq Əhməd Şəraaya təbrik göndərməməsi, iki qonşu ölkə arasındakı gələcək əlaqələrin təbiəti ilə bağlı suallar doğurub. Bu vəziyyət, İraqın mövqeyinin, Suriyanın sabiq prezidenti Bəşşar Əsədin yaxın müttəfiqi olan İranın mövqeyi ilə nə dərəcədə uyğun olduğunu və bunun Bağdad və Dəməşq arasındakı təhlükəsizlik əməkdaşlığına necə təsir edəcəyini müzakirə etməyə səbəb olub.

İraqın mövqeyi, ölkənin qərarlarının İranın regional böhranlar və inkişaflarla bağlı mənimsədiyi siyasətə nə dərəcədə təsir göstərdiyini göstərir. İranın İraqdakı geniş nüfuzu, xüsusilə əksər siyasi partiyaların onunla əlaqələrinə əsaslanaraq, bu əlaqənin əhəmiyyətini daha da artırır.İranda bəzi siyasi dairələr isə İraqı İranın bir vilayəti hesab edirlər.

Hələ ki, İraqdakı heç bir qanunverici, hökumət və ya prezidentlik orqanı Suriyanın yeni prezidentinə təbrik mesajı göndərməyib. Halbuki, bir çox ərəb və regional dövlətlər Dəməşqdəkı yeni rəhbərliyi dəstəklədiklərini dərhal açıqlayıblar.

Bağdad, Suriyadakı yeni siyasi inkişaflara və inzibati dəyişikliklərə çox ehtiyatla,daha doğrusu İranın baxış bucağından yanaşır.
Əl-Sudani, keçən ilin dekabr ayında İraqın Dəməşqdəki diplomatik missiyasının fəaliyyətini bərpa edəcəyini elan etmiş və Bağdadın Suriyanın yeni idarəsi ilə əlaqə qurmağa qarşı olmadığını, bunun yalnız Suriyanın və regionun sabitliyinə fayda verəcəyi təqdirdə mümkün olduğunu vurğulamışdı.

8 dekabr 2024-cü ildə isə Suriyalı silahlı qruplar Dəməşqi ələ keçirərək, digər şəhərləri də nəzarət altına alıb, nəticədə 61 illik BAAS Partiyası hakimiyyəti və 53 illik Əsəd ailəsinin hakimiyyəti sona çatmış oldu.

Ölkənin yeni prezidenti olaraq təyin edilən Əhməd Şəraa keçid dövrü hökumətini formalaşdırmaq üçün Məhəmməd əl-Bəşirə tapşırıq verib.
Yeni vəziyyətdən istifadə edərək, İsrail ordusu süquta uğramış rejimin hərbi obyektlərini və infrastrukturunu məhv etməyə başlayıb və işğal etdiyi Colan təpələri bölgəsindəki işğalını genişləndirməyə davam edib. Colan ətrafındakı tampon zonada irəlilədikcə, İsrail ordusu Suriyanın cənubundakı Quneytira bölgəsində işğalını dərinləşdirərək Dəməşqin 25 kilometr yaxınlığına qədər irəliləyib. Lakin, bir müddət sonra bu ərazilərdən geri çəkilib və geri çəkilərkən bəzi binaları və obyektləri dağıldıb.

Baş nazir Məhəmməd Şiə əl-Sudani bildirib ki, İraq hökuməti "daxili və xarici bir çox çətinliklərlə üzləşib", ən önəmli çətinliklərdən biri isə resursların optimal istifadəsi və maliyyə və iqtisadi sahələrdə islahatlar olub. O, həmçinin İŞİD terror təşkilatına qarşı qələbə qazandıqdan sonra təhlükəsizlik və sabitliyin qorunması mühüm çətinliklərdən biri olduğunu deyib.

Şiə əl-Sudani 7 oktyabr 2023 hadisələrinin İraq üçün bir çox çətinliklər yaratdığını və onların yaratdığı nəticələrin, bütün region ölkələrini bir araya gətirən bir dialoq tələb etdiyini vurğulayıb. O, məqsədlərinin İraqı regiondakı bütün ölkələrin birləşə biləcəyi bir nöqtəyə çevirmək olduğunu bildirib.Lakin əl-Sudaninin bunu necə edəcəyi haqqında az da olsa təsəvvürü belə yoxdur.

Məqalədə: #Məhəmməd Şia Əl-Sudani #Təhlil

Mövzu üzrə digər xəbərlər

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?
ArabAZ təhlil mərkəzi

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

17 May 23:59
Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək
Yaxın Şərq

Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

17 May 18:12
Bağdad barıt çəlləyi üzərində: İraqı "Yaxın Şərq tufanı"ndan kim qoruyacaq?
ArabAZ təhlil mərkəzi

Bağdad barıt çəlləyi üzərində: İraqı "Yaxın Şərq tufanı"ndan kim qoruyacaq?

4 Aprel 09:00
İraq hökuməti ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin çıxarılmasını tezləşdirir
Yaxın Şərq

İraq hökuməti ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin çıxarılmasını tezləşdirir

23 Mart 14:48

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.