10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ və İsrail tarixi böhrana doğru gedir

11 May 2024 07:07
ABŞ və İsrail tarixi böhrana doğru gedir

Bakı,AzerVoice

ABŞ prezidenti Co Baydenin Qəzza zolağının Rəfah şəhərinə qarşı genişmiqyaslı quru əməliyyatı başlayacağı təqdirdə silah tədarükünü dayandıracağı ilə bağlı açıqlaması İsraildə təşviş yaradıb.

Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti silah tədarükünün dayandırılması ilə bağlı bəyanatın “İsrail-ABŞ münasibətlərində indiyə qədərki ən pis böhranlardan birinə səbəb ola biləcəyini” yazıb. Xatırladaq ki, ABŞ sonuncu dəfə belə təcrübəni 1982-ci ildə, keçmiş prezident Ronald Reyqanın hakimiyyəti dövründə həyata keçirib.

WSJ-nin məlumatına görə, İsrail və ABŞ kəşfiyyat rəsmiləri Rəfəhdə hərtərəfli quru əməliyyatı aparılsa belə, Qəzzada HƏMAS-ı tamamilə məhv etməyin mümkün olmadığını iddia edirlər.

ABŞ-ın aparıcı media qurumlarından biri olan CNN , Baydenin İsrailə silah tədarükünü məhdudlaşdırmaq üçün həm ictimaiyyət, həm də Demokratlar Partiyası tərəfindən böyük təzyiq altında olduğunu yazıb. Təhlildə ABŞ-ın dəstəyi olmadan Qəzza müharibəsində İsrailin əlinin zəifləyəcəyi iddia edilib.

Digər tərəfdən, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari dünən verdiyi açıqlamada Rəfaha qarşı hərtərəfli quru əməliyyatı üçün kifayət qədər silah və sursata sahib olduqlarını iddia etmişdi.

Bayden çərşənbə günü CNN-ə verdiyi açıqlamada silah tədarükünü dayandıracağını bildirib. Bunun ardınca İsrailin baş naziri Benyamin Netanyahu Baydenə reaksiya verərək, "Təkbaşına vuruşmalı olsaq, bunu edəcəyik. Lazım gələrsə, dırnaqlarımızla vuruşacağıq" deyib.

İsrailin müdafiə naziri Yoav Gallant da “Həm dostlarımıza, həm də düşmənlərimizə deyirəm: Siz İsrail dövlətini tabe edə bilməzsiniz”- deyib.

Amerikanın “New York Times” (NYT) qəzeti yazıb ki, Təl-Əviv administrasiyasının açıqlamaları “ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının dərinləşdiyini göstərir”.

ABŞ və İsrail tarixi böhrana doğru gedir
Məqalədə: #Co Bayden

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58

Son Xəbərlər

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.