9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İranda həkimlər arasında intihar halları artır

30 May 2024 09:00
İranda həkimlər arasında intihar halları artır

Bakı,AzerVoice

İranlı həkim və həkim köməkçiləri arasında intihar hallarının artması yenidən gündəmə gəlib. Luristan vilayətində ürək-damar xəstəlikləri üzrə mütəxəssis Bresto Baxşinin intiharından bir ay sonra Tehranın Şəriəti xəstəxanasının gənc revmatoloqu Samirə əl-Səidinin intiharı xəbəri gəlib.

İranda bir çox qəzet həkim intiharları məsələsinə toxunduğu halda, “Donya-e Eqtesad” qəzeti 28 aprel sayında Fatimə Əli Əsgərin imzası ilə “Həkimlərin intiharları həyəcan təbili çalır” başlıqlı xəbər məqaləsi dərc edib.

Fatimə xəbərlərində bu ifadələrdən istifadə edib:

“Dr. Samirə əl-Səidinin intihar xəbəri sarsıdıcı və ağrılı olub. Çünki Dr. Samirə bura gəlmək üçün çox çalışdı, amma daha dözə bilmədi və nəhayət Dr. Samirə aprel ayında intihar etdi. Statistika göstərir ki, kişi həkimlər arasında intihar halları 40 faiz, qadın həkimlər arasında isə 130 faiz artıb. Bu son dərəcə narahatedici bir vəziyyətdir. Son illərdə həkimlər arasında intihar halları 5 dəfə artıb”.

İran Tibb Şurasının (IRIMC) Sosial Məsələlər üzrə müşaviri Məhəmməd Mirhani “Dünya-e Eqtesad” qəzetinə açıqlamasında deyib: “Həkim və köməkçilərin intihar nisbətləri artır və İran tezliklə dünyada həkimlərin intihar nisbəti ən yüksək olan ölkə ola bilər. Ölkənin səhiyyə sistemi uzun illərdir ki, yanlış idarəçilik ucbatından miqrasiya dalğası və intiharların şahidi olur. Səhiyyə sistemindəki problemlər aradan qaldırılmasa, bu vəziyyət davam edəcək. "Bizə islahatlar deyil, milli transformasiya proqramı lazımdır"-deyib.

Mirhani sözünə belə davam edib: “2023-cü ildə 16 həkimin intihar etdiyini qeyd etdik. Amma real rəqəm daha çoxdur. Çünki əksər hallarda intihar edən həkimlərin ailələri ölümün səbəbini açıqlamır və bu barədə susmağa üstünlük verirlər. Əksər həkimlər sistematik təhqirlərə məruz qalırlar. İranda həkimlik ən yüksək maaşlı peşələrdən biri olduğu üçün ölkədə tibb təhsili çox populyar idi. Həkimlərin hörmətli statusu var idi. Ancaq son bir neçə onillikdə artan maliyyə problemləri və çətinliklər səbəbindən hər şey dəyişdi. Həkimlər, xüsusilə vəzifəsi olmayan həkimlər, xüsusilə xəstənin ölümü və ya səhhətinin pisləşməsi hallarında çox ağır iş şəraiti ilə üzləşirlər. Onlar bəzi xəstələr və ya onların ailələri tərəfindən böyük təzyiqlərə, uyğunsuz və zorakı davranışlara məruz qalırlar. Xəstələri ölən ailələrin əksəriyyəti bu ölümə görə həkim və ya köməkçini təqsirkar bilirlər. Biz zorakılıqların, hətta həkimə bıçaqla hücumun şahidi oluruq”.

Mirhani hesab edir ki, İranda həkimlər kazarma tipli xəstəxanalarda sərt şəraitdə işləyirlər. Təii ki, bu vəziyyətlər onlara öz təsirini göstərir və bir çoxları depressiyaya düşür və müalicəyə ehtiyac duyurlar.

IRIMC-nin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Əli Silahşor daha əvvəl assistentlər və həkimlər arasında depressiyanın yayılması ilə bağlı xəbərdarlıq etmişdi.

Ölkədə araşdırma göstərir ki, həkimlərin 23 faizi ağır psixoloji depressiyadan və çox ağır depressiv hallardan, 25 faizi şiddətli narahatlıqdan və təxminən 34 faizi gərgin stressdən əziyyət çəkir.

İranda səhiyyə işçiləri arasında intihar dalğası Səhiyyə Nazirliyinin ciddi qəbul etmədiyi fenomenə çevrilib. İranda həkimlər və köməkçi mütəxəssislər arasında intiharların sayı cəmiyyətin qalan təbəqələri arasında olan intihardan on dəfə çoxdur. Ötən ilin yanvarında bir həftə ərzində tibb işçiləri arasında 3 intihar hadisəsi baş verib. Onlardan biri oftalmoloq, biri psixiatr, biri isə gənc diş həkimi olub.

İranda həkimlər arasında intihar halları artır
Məqalədə: #İran

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

"Qatar Airways" səyahət bildirişi yaydı: Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
"Qatar Airways" səyahət bildirişi yaydı: Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.