12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İsrail döyüş müqabilində yüzlərlə afrikalıya yaşayış izni verir

16 Sentyabr 2024 14:25
İsrail döyüş müqabilində yüzlərlə afrikalıya yaşayış izni verir

Bakı, AzerVoice

İsrail ordusu və təhlükəsizlik xidmətləri Afrikadan sığınacaq axtaran şəxslərin hüquqi statusundan istifadə edərək onlara “işə cəlb edib” müharibədə iştirak etmək müqabilində öldədə yaşayış izni verir.  Qəzza müharibəsində İsrail muzdluların olduğunu rəsmən etiraf etməsə də, bəzi afrikalı qaçqınları işə cəlb etdiyini inkar etmir.

AzerVoice ArabAZ - a istinadən xəbər verir ki,“İşə” qəbul prosesi mütəşəkkil şəkildə və təhlükəsizlik xidmətinin hüquq məsləhətçisinin hüquqi nəzarəti altında aparılır.

Diqqət çəkən odur ki, həmin qaçqınlardan bəziləri İsrail hakimiyyətinin vədlərini pozduqlarından və indiyə qədər heç birinə İsraildə daimi hüquqi status vermədiklərindən şikayət etdikdən sonra faktlar ortaya çıxıb.

İsraildə təxminən 30 min afrikalı sığınacaq axtaran şəxs yaşayır, onların əksəriyyəti illərdir burada qeyri qanunu yaşayır. Bu gənclər əsasən Eritreya, Sudan və Efiopiyadandır. Qəzza hadisələrinə qədər bu afrikalıların əksəriyyəti  kənd təsərrüfatı sahəsində çalışıb.

İsrailinin Haaretz qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazır ki, bu qaçqınlardan bir neçə yüz nəfəri İsrail ordusuna və onun Qəzzada apardığı hərbi əməliyyatlara qoşulmaq üçün müraciət edib.

Qəzet adı açıqlanmayan afrikalı gəncə istinadən məlumat verir ki , döyüşdə iştirak müqabilində “ona İsrail vətəndaşlarına bənzər hüquqlar vəəd edilib, lakin bunun hər altı aydan bir yenilənməsini tələb edilib və onun İsraildə gələcək status ilə bağlı heç bir zəmanət verilməyib.

Qəzeti yazır ki, adı açıqlanmayan digər afrikalı gənc əvvəllər orduya qoşulmaq üçün müraciət edib. O da digər sığınacaq axtaranlar kimi İsrail cəmiyyətinə inteqrasiya etməyə çalışsa da, onun istəyi rədd edilib. Müharibənin ilk aylarında ona polisdən telefon zəngi gəlib və oradan ətraflı məlumat vermədən dərhal təhlükəsizlik obyektinə gəlməsi tələb olunub. Gələndə onu “təhlükəsizlik işçiləri” adlandırdığı şəxslər qarşılayıb.

 “Onlar mənə dedilər ki, orduya qoşulmaq üçün xüsusi adamlar axtarırlar və bu, İsrail Dövləti üçün ekzistensial müharibədir”-deyə “təhlükəsizlik işçiləri” ona deyiblər.

Digər bir tərəfdən Haaretz təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, İsrail bir neçə əməliyyatda sığınacaq axtaran şəxslərdən təhlükəli vəzifələrdə istifadə edib .Məlumata görə, bəzi hallarda hərbi əməliyyatlarda iştirak etmiş sığınacaq axtaran şəxslərə hüquqi statusun verilməsi məsələsinə baxılsa da, onların heç birinin hüquqi statusu hələ də tənzimlənməyib.

Maraqlıdır ki, müharibə başlayandan bəri İsrail ordusunun Qəzzaya qarşı apardığı müharibədə çoxlu sayda avropalı muzdlu əsgərin cəlb edilməsi ilə bağlı xaricdə xəbərlər dərc olunur. Bu sahədə ilk nəşr ötən ilin noyabrında İspaniyanın El Mundo qəzetində dərc olunub. Ölkəsinin ordusunda 4 il xidmət etmiş, daha sonra 2018-ci ildə İraqda İŞİD-ə qarşı koalisiya qüvvələrində xidmət etmiş, daha sonra Ukraynada 1500 muzdlu ilə xidmət etmiş ispaniyalı Fedro Diaz Flores (28 yaş) adlı peşəkar muzdlu ilə müsahibəni dərc edib. Flores müsahibəsində neçə muzdlu işçi işə götürmə şirkətlərindən biri tərəfindən işə götürüldüyünü və İsrailə həftədə 3900 avro ilə çoxlu pul ödədiyi üçün gəldiyini söyləmişdiş.

Təl-Əvivdəki media mənbələri bildirir ki, İsrail üçün muzdlu əsgərlər cəlb edən şirkətlər arasında Yevgeni Priqojin tərəfindən qurulan Rusiyanın “Vaqner” və Arik Vriensin rəhbərlik etdiyi Amerikanın “Blackwater” şirkətləri də var.

İsrail döyüş müqabilində yüzlərlə afrikalıya yaşayış izni verir
Məqalədə: #Qəzza #İsrail

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.