5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

İki dövlətli həll konfransına hazırlıq davam edir: “Yol xəritəsi” sənədi və “Barter prinsipi”

30 May 2025 08:00
İki dövlətli həll konfransına hazırlıq davam edir: “Yol xəritəsi” sənədi və “Barter prinsipi”

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

17–20 iyun tarixləri arasında BMT-nin ev sahibliyi edəcəyi və Səudiyyə Ərəbistanı ilə Fransanın birgə sədrliyi altında keçiriləcək “İki dövlətli həll konfransı”na hazırlıqlar tam sürətlə davam edir.
Konfransın sonunda, Fələstin dövlətinin yaradılması üçün “yol xəritəsi” rolunu oynayacaq yekun sənədin qəbul olunacağı gözlənilir. Bu sənəd, İsrail-Fələstin münaqişəsinin bütün aspektlərini əhatə edən istiqamətlərdə təkliflər hazırlayan səkkiz işçi qrupun tövsiyələrinə əsaslanacaq.

Konfransın prosesi və məsələlərin həlli

Konfransın həmsədrləri bu işçi qruplarının verəcəyi töhfələrə böyük ümid bəsləyir. Qruplar ikili rəhbərliklə təşkil edilib: məsələn, Fələstin dövlətinin yaradılması ilə bağlı qrup İordaniya və İspaniya tərəfindən, təhlükəsizlik məsələləri üzrə qrup İtaliya və İndoneziya tərəfindən, iqtisadi əsasların qurulması üzrə qrup isə Norveç və Yaponiya tərəfindən idarə olunur. Humanitar məsələlər və bərpa işləri üzrə qrupun rəhbərliyi ayrı, sülh razılaşmasının davamlılığını təmin edəcək təklifləri hazırlayan sonuncu qrup isə Avropa İttifaqı və Ərəb Liqasına həvalə olunub.

Konfransın mahiyyət tərəfi: Əsas məqsəd nədir?

Fransız diplomatik mənbələrin bildirdiyinə görə, bu konfransın təşkil olunmasının əsas zərurəti Qəzzada baş verən müharibə, şəhərin dağıdılması, İsrail siyasi rəhbərliyinin əhalini məcburi köçürmək niyyəti, İordan çayının qərb sahilində məskunlaşma siyasətinin sürətləndirilməsi və bu ərazilərin ilhaqı planları ilə izah olunur. Bütün bunlar iki dövlətli həll ideyasını indiyədək heç olmadığı qədər təhlükə altına salıb.

Fransa kontekstində bu vəziyyətin yaratdığı narahatlıq böyükdür və artıq məlum olur ki, hərbi həll mümkün deyil, münaqişənin yeganə çıxış yolu siyasi həll və Fələstin dövlətinin yaradılmasıdır.
Bunu hətta Fransa Prezidenti Emmanuel Makron da İndoneziyaya səfəri zamanı demişdi: “Yalnız siyasi həll uzunmüddətli sülh və sabitlik gətirə bilər. Səudiyyə Ərəbistanı ilə birgə Nyu-Yorkda konfrans keçirəcəyik. Məqsədimiz həm Fələstin dövlətinin, həm də İsrailin sülh və təhlükəsizlik şəraitində mövcudluğunu tanıtmaqdır”.

İndoneziya və Fransa verdikləri birgə bəyanatda konfransın əsas məqsədinin siyasi perspektivləri yenidən canlandırmaq və Fələstin dövlətinin yaradılması ilə İsrail-Fələstin arasında qarşılıqlı tanınma yolunu açmaq olduğunu bildiriblər. Qeyd edək ki, İndoneziya, Malayziya və Bruney İsraili tanımayan ASEAN üzvü ölkələrdəndir.

Qarşılıqlı tanınma və ya digər sözlərlə desək “barter prinsipi”

Konfrans qarşılıqlı tanınma prinsipi üzərində qurulub. Belə ki, Fələstin dövlətini tanımayan əsasən Qərb ölkələri bu addımı atmağa təşviq ediləcək, paralel olaraq isə ərəb və müsəlman ölkələri də İsraili tanımaya çağırılacaq.

Bu yanaşma, 23 il əvvəl sabiq kral Abdullah bin Əbdüləzizin təşəbbüsü ilə qəbul edilmiş və İsrailin 1967-ci il sərhədlərinə çəkilməsi müqabilində ərəb ölkələri ilə normal əlaqələr qurulmasını nəzərdə tutan “Ərəb Sülh Təşəbbüsü”nü xatırladır.

Konfransın “arxa fonunda” isə bəzi faktorlar bu prinsipin işləməsinə mane ola bilər.

Hazırkı konfransın mühiti fərqlidir. Qəzza müharibəsi, mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin təzyiqləri fonunda keçiriləcək konfrans zamanı Beynəlxalq Cinayət Məhkəməsi artıq İsrailin baş naziri Binyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalant üçün həbs qərarı verilməsi üçün müraciət edib. Bu isə ərəb ölkələrinin İsraili tanımasını əngəlləyə bilər.
Fransız mənbələr bildirir ki, Paris bunu anlayır və tam normallaşma ehtimalı azdır. Lakin normallaşma bir prosesdir və ilk addım kimi bəzi ərəb və müsəlman ölkələr tərəfindən “niyyət bəyanatları” verilə bilər.

Bəs Parisin bu konfransa dair gözləntiləri nələrdir?

Rəsmi Paris konfransın hələ başlanğıc olduğunu və yekun həll olmayacağını bildirir. Amma sənədin təqdim edəcəyi konkret elementlər iki dövlətli həllə yönəlik dinamikanı hərəkətə gətirə bilər. Bundan başqa, Parisdə iki həftə sonra fələstinli və israilli vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.

Konfransın həmsədrləri olan Fransa və Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti hərəkətə gətirmək və siyasi həll yolunu gündəmə qaytarmaq istəyir. Hələlik ABŞ-ın rəsmi mövqeyi məlum deyil. Paris bildirir ki, Vaşinqtonun yerini tutmaq istəmir, sadəcə Avropa və ərəb ölkələri ilə birgə geniş bir koalisiyanın üzvüdür.

Bundan əvvəl Paris və Nyu-Yorkda keçirilən görüşlər isə ümidverici hesab olunub. Konfransın praktik nəticə verməsi üçün təşəbbüslər gözlənilir.

Netanyahu höküməti isə Fələstinin dövlət kimi tanınmasına başqa bir gözlə baxır.

İsrail mediası və Qərb mənbələri yazır ki, Fransa və ya Britaniya Fələstin dövlətini tanısa, Netanyahu hökuməti İordan çayının qərb sahilinə qoşunları yeridəcəyini bildirib.

Hazırda artıq 150 ölkə, o cümlədən son günlərdə İspaniya, İrlandiya, Sloveniya və İsveç, eləcə də Malta Fələstin dövlətini tanıdıqlarını açıqlayıblar.

Fransa prezidenti Makron və xarici işlər naziri Jan Noel Barro da bu addıma hazır olduqlarını bildiriblər. Xarici işlər nazirliyinin sözçüsü Kristof Lomon isə İsrailin məskunlaşma və ilhaq siyasətinə qarşı olduqlarını və Fələstin dövlətinin tanınmasının bunu dəstəkləyən bir addım olduğunu qeyd edib. Belçika, Portuqaliya, Lüksemburq, Britaniya və Kanada kimi ölkələrin də bu yolla gedəcəyi gözlənilir. Almaniya isə tanımayan ölkələr sırasında qalacaq.

Paris İsrailin “Fələstinin tanınması HƏMAS-a mükafatdır” iddiasını rədd edir və bunun əksinə olaraq, bu addımın sülh yolu ilə irəliləyən, zorakılıqdan imtina edən və illər əvvəl İsraili tanıyan Fələstin rəhbərliyinə dəstək olduğunu bildirir.

Fransa iki əsas məsələni qeyd edir: Fələstin Muxtariyyatının islahı və HƏMAS-ın silahsızlaşdırılması. Ötən həftə Fransada keçirilən nazirlər görüşündə bu məsələlər müzakirə olunub. Paris bu islahatların dövlət idarəçiliyinə hazırlıq və sülhə sadiqlik üçün vacib olduğunu bildirir.

Qeyd edilir ki, bu tip tələblər İsrail tərəfinə yönəldilmir.

Fransa və beynəlxalq ictimaiyyət HƏMAS-ın silahsızlaşdırılması və Qəzzadan uzaqlaşdırılması ideyasını bölüşür. Paris İsrailin sərt reaksiyasına baxmayaraq, bu konfransın həm İsrailin təhlükəsizlik maraqları, həm də ərəb-İsrail normallaşması üçün önəmli bir mərhələ ola biləcəyinə inanır.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Almaniya #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #ABŞ #Kanada #Fransa #Böyük Britaniya #Avropa İttifaqı (Aİ) #İsveç #İspaniya #Ərəb Liqası #HƏMAS #Malta #Belçika #Nyu-York #Yaponiya #Malayziya #Norveç #Emmanuel Makron #Portuqaliya #Paris #İndoneziya #Yoav Qalant #İrlandiya #Sloveniya #İordan çayının qərb sahili #Konfrans #Vaşinqton #Binyamin Netanyahu #Lüksemburq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza müharibəsi #Fələstin soyqırımı #Fələstin və beynəlxalq yardım #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin torpaqlarını işğalı #İsrail Fələstin münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #İki dövlətli həll planı #İki dövlətli həll #Səməd Əyyubov #İsrail və Fələstin münaqişəsi #Netanyahu və İsrail hökuməti #Jan-Noel Barro #Avropa ölkələri #İsrail hökuməti #ASEAN #Fələstin-İsrail iki dövlətli həll #Fələstin dövlətinin tanınması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.