12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Dairələri daraltmaq

Bu dünyada ən böyük dairə insanlıq dairəsidir. Allahın insan olaraq yaratdığı və insan fitrəti verdiyi hər bir kəs insandır. Bəşəriyyət ümumi dəyərlərdə birləşə bilir. Təbii ki, fərdi hallar mövcuddur. İnsanlığını itirmiş və azğın hala gəlmiş olanlar olur. Lakin hər bir insan millətindən, dilindən asılı olmayaraq ata anasına bağlıdır. Övladını sevir. Böyüdüyü yerlərə bağlıdır. Qəlbi pisliyi götürməz. Yenə deyirəm, adamlıqdan çıxanlar istisna. Ona görə uzaq Skandinaviyada bir qadın Qəzza zülmünü görəndə hönkürtü ilə ağlaya bilir. İndi mən durub desəm ki, insan ancaq mənim dinimdən və rəngimdən olanlardır, mənim kimi danışanlardır. Uca Allahın bu şəkildə ayələrini inkar edərəm: "Ey insanlar..."

13 Noyabr 2025 09:32
Dairələri daraltmaq

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Bu dünyada ən böyük dairə insanlıq dairəsidir. Allahın insan olaraq yaratdığı və insan fitrəti verdiyi hər bir kəs insandır. Bəşəriyyət ümumi dəyərlərdə birləşə bilir. Təbii ki, fərdi hallar mövcuddur. İnsanlığını itirmiş və azğın hala gəlmiş olanlar olur. Lakin hər bir insan millətindən, dilindən asılı olmayaraq ata anasına bağlıdır. Övladını sevir. Böyüdüyü yerlərə bağlıdır. Qəlbi pisliyi götürməz. Yenə deyirəm, adamlıqdan çıxanlar istisna. Ona görə uzaq Skandinaviyada bir qadın Qəzza zülmünü görəndə hönkürtü ilə ağlaya bilir. İndi mən durub desəm ki, insan ancaq mənim dinimdən və rəngimdən olanlardır, mənim kimi danışanlardır. Uca Allahın bu şəkildə ayələrini inkar edərəm: "Ey insanlar..."

Növbəti dairə din dairəsidir. Mən müsəlmanam. Allahın birliyinə, Onun Kamal ve Cəlal sifətlərinin olduğuna, nöqsan və qüsurdan uzaq olduğuna inanmışam. Daha sonra ibadətin yalnız Ona ediləcəyinə inanmışam. Duanın, namazın və orucun, digər ibadətlərin Onun rizası üçün edildiyinə inanıram. Bunların əsasının Quranda gəldiyinə inanıram. Bunları ən gözəl nümunə olaraq Rəsulullahın etdiyinə inanıram. İnanıram ki, şirk qadağandır, haqqsız yerə insan qətli qadağandır, inanıram ki, zina qadağandır, inanıram ki, insan ağlını alan hər bir içki və ona bənzər olan maddələr xamrdır və haramdır. İnanıram ki, ibadətdən sonra ana ataya yaxşılıq, acı dininə və millətinə baxmadan doydurmaq, Allahın tərif etdiyi bütün gözəl əməllər savabdır. Allahın qadağaları isə cəza gərəkdirir. Ona görə bunlara inanan hər bir kəs müsəlmandır.

Növbəti dairə məzhəbdir. Məzhəb dini mətnləri anlama üsuludur. Bəzi istisnalar xaric, dünya müsəlmanlarının əksəriyyəti etiqad edir ki, şəriətin iki əsası var. Allahın kitabı Quran və Rəsulullahın sünnəsi. Bu baxımından əsasən iki məzhəb vardır ( ibadilər haqqında da yazardım, amma onlar azdır). Biri əhli şiə, digəri əhli sünnə. Birinciyə görə sünnənin ötürücüsü əhli beytdir. İkinciyə görə sünnənin ötürücüsü səhabədir. Mən sünnənin əsas ötürücüsü olaraq Səhabəni qəbul edirəm. Lakin oxuduqlarım onu göstərir ki, hər iki məzhəbin ləfzində və mənasında ittifaq etdiyi sayı n qədər olan hədisi vardır. Onlar mənim üçün də möhtərəmdir. Eyni zamanda, müsəlmanlar arasında hədisi Qurana ərz etmə yolunda olanlar da vardır. Onlar da mənim üçün islamda qardaşdır. Əhli sünnə isə mənim üçün ancaq isbat əhli ( Allahın xəbəri sifətlərinə məna verib keyfiyyət verməyən), yaxud ancaq təfvid əhli ( Allahın xəbəri sifətlərinin məna və keyfiyyətini Allaha buraxan), yaxud da ancaq təvil əhli ( Allahı nöqsandan uzaq tutmaq üçün onları yozan ) deyildir. Bunların hər üçü əhli sünnədir. Eyni ilə fiqh məzhəblərinin hər biri əhli sünnədir.

Bunları niyə yazdım. Kimsə dairəsini daraldırsa sonda o həddə gəlir ki, bir məclisdə çay içdikləri və ya ancaq yüzdə yüz onun kimi düşünənləri mütləq doğru hesab edirsə onun həyatı quru və yorucu olur və o, Uca Allahı eşq və ürək çırpınışı ilə yada salmaq lezzetinden məhrum olur.

Məqalədə: #Azərbaycan #Bakı #Azər Hüseynov #İslamda insanlıq və bəşəri dəyərlər #dini dözümlülük və məzhəb birliyi #Quran və Sünnə əsasında həyat fəlsəfəsi #İslamda vicdan #mərhəmət və sevgi #məzhəb fərqləri və İslam birliyi #insan fitrəti və mənəvi dəyərlər #Qəzza zülmü və bəşəri empatiya #İslamın qadağaları və savab anlayışı #əhli sünnə və əhli şiə baxışları #iman #ibadət və mənəvi harmoniya

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.