8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Texnologiya
Texnologiya

İstehlakdan istehsala keçid - Səudiyyə Ərəbistanı öz rəqəmsal məhsullarını yaradır

İyul ayında vəzifəyə başladıqdan sonra verdiyi ilk müsahibəsində Əl-Qəmdi növbəti mərhələ üçün üç əsas prioriteti müəyyənləşdirib: etibarlı bulud bazasının qurulması, süni intellektin sınaq mərhələsindən real istifadəyə keçirilməsi və yerli kadr potensialının genişləndirilməsi. Bu addımlar Krallığın Şərq vilayətində "Azure" bulud regionunun istifadəyə verilməsi, bacarıqların artırılması proqramlarının genişləndirilməsi və regional və qlobal səviyyədə inkişaf edə bilən yerli həllərin hazırlanması ilə paralel aparılır.

19 Avqust 2026 10:07
İstehlakdan istehsala keçid - Səudiyyə Ərəbistanı öz rəqəmsal məhsullarını yaradır

İllər boyu davam edən infrastruktur və tənzimləyici çərçivələrin qurulmasından sonra Səudiyyə Ərəbistanında əsas çağırış süni intellektin müəssisələrin əsas fəaliyyətinə birbaşa inteqrasiyasına yönəlib. Bu istiqamət "Microsoft Arabia"nın yeni rəhbəri Ayman əl-Qəmdinin fəaliyyət proqramında başlıca yer tutur.

Yalançı İncil və saxta peyğəmbərlər - Dəccal alqoritmi - Lavender, Where’s Daddy? və The Gospel

İyul ayında vəzifəyə başladıqdan sonra verdiyi ilk müsahibəsində Əl-Qəmdi növbəti mərhələ üçün üç əsas prioriteti müəyyənləşdirib: etibarlı bulud bazasının qurulması, süni intellektin sınaq mərhələsindən real istifadəyə keçirilməsi və yerli kadr potensialının genişləndirilməsi. Bu addımlar Krallığın Şərq vilayətində "Azure" bulud regionunun istifadəyə verilməsi, bacarıqların artırılması proqramlarının genişləndirilməsi və regional və qlobal səviyyədə inkişaf edə bilən yerli həllərin hazırlanması ilə paralel aparılır.

Süni intellekt döyüş meydanında: ABŞ texnologiyası İsrail ordusunda Bunu da oxuyun Süni intellekt döyüş meydanında: ABŞ texnologiyası İsrail ordusunda

Müəssisələrdaxili icra boşluğu

Əl-Qəmdi bildirib ki, Səudiyyə Ərəbistanı məlumatlara və süni intellektə əsaslanan iqtisadiyyata keçid üçün tələb olunan təməl işlərin böyük hissəsini tamamlayıb. O, infrastruktur, məlumatların idarə olunması, məsuliyyətli süni intellekt və kadr hazırlığı sahəsində əldə olunan irəliləyişləri qeyd edib.

Bu xüsusda Səudiyyə Məlumat və Süni İntellekt Qurumunun (SDAIA) tənzimləyici bazasını misal çəkən rəhbər sistemə məlumatlarla bağlı 32, süni intellektlə bağlı isə 13 tənzimləyici alətin daxil olduğunu vurğulayıb. Lakin o hesab edir ki, növbəti mərhələ daha çox müəssisələrin daxilində baş verən proseslərdən asılı olacaq.

Səudiyyəli gənc qadınlar yay tətilini karyeraya çevirir: Diplomdan əvvəl başlayan təcrübə

"Bir çox müəssisə süni intellektə hələ də əsas əməliyyatlara inteqrasiya olunacaq bir sistem kimi deyil, sadəcə sınaqdan keçirilən bir alət kimi baxır", - deyə Əl-Qəmdi bildirib. Onun fikrincə, bu boşluğu aradan qaldırmaq üçün süni intellekti birbaşa biznes göstəricilərinə, xidmətlərə və müştəri təcrübəsinə bağlamaq, eyni zamanda istifadəni ölçülə bilən nəticəyə çevirən düzgün məlumatlar, idarəetmə və kadr modelləri təmin etmək lazımdır.

İlk ilin üç prioriteti

Əl-Qəmdi birinci yerə Krallığın Şərq vilayətində "Azure" bulud regionunun müştərilərin xidmətinə verilməsi ilə formalaşan "etibarlı bulud bazası"nı qoyur. O, bu addımı təkcə hesablama gücünün artırılması ilə deyil, müəssisələrin həssas sistemlərini təhlükəsiz və məsuliyyətli şəkildə modernləşdirmək bacarığı ilə əlaqələndirir.

Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu Bunu da oxuyun Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu

İkinci prioritet süni intellekt layihələrini sınaq mərhələsindən praktiki dəyərə çatdırmaqdır. O qeyd edib ki, uğur meyarı şirkətlərin elan etdiyi tətbiq sahələrinin sayı deyil, məhsuldarlıqda, xidmətlərdə, əməliyyatlarda və müştəri təcrübəsində əldə edilən real irəliləyişdir. Bu baxımdan "Obeikan Group" tərəfindən hazırlanmış və ağıllı fabriklər üçün nəzərdə tutulmuş "O3ai" platformasını təcrübədən praktiki istifadəyə keçidin bariz nümunəsi kimi göstərib.

Üçüncü prioritet isə 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında 3 milyon insana süni intellekt bacarıqlarının aşılanmasını hədəfləyən yerli kadr potensialının gücləndirilməsidir.

Bulud regionu və bazar rəqabəti

Yerli bulud infrastrukturunun istifadəyə verilməsi şirkətlərə və dövlət qurumlarına kritik iş yüklərini modernləşdirməyə və rəqəmsal dəyəri ölkə daxilində yaratmağa şərait yaradır. Bu, yerli həllərin artması, texniki potensialın dərinləşməsi və uzunmüddətli perspektivdə daxili və regional bazarlara xidmət edəcək əqli mülkiyyətin formalaşması deməkdir.

"Claude Mythos"... Hakerlərdən əvvəl ekspertləri narahat edən süni intellekt Bunu da oxuyun "Claude Mythos"... Hakerlərdən əvvəl ekspertləri narahat edən süni intellekt

Əl-Qəmdi yerli və qlobal bulud xidməti təminatçıları arasında seçimlərin genişlənməsini bazarın yetkinləşməsinin göstəricisi kimi qiymətləndirir:.

"Üstünlük əlçatanlıqdan real təsirə doğru dəyişəcək. Əsas sual modelə kimin sahib olması deyil, müəssisələrə ondan təhlükəsiz və məsuliyyətli şəkildə istifadə edərək iş metodlarını dəyişməyə kimin kömək edə biləcəyidir" –deyə o bildirib.

Texnologiya istehlakından istehsalına keçid

Generativ süni intellektə sərmayələrin artmasına baxmayaraq, rəhbər xəbərdarlıq edir ki, texnologiyalar məlumat bazası, proseslər və idarəetmə qaydaları möhkəm olmayan sistemlərdə boşluqları doldura bilməz. Uğurlu nəticə əldə edən təşkilatlar süni intellektə ayrı bir texniki layihə kimi deyil, ümumi biznes transformasiyasının tərkib hissəsi kimi yanaşanlardır. Nümunə kimi "Maaden" şirkətinin komandalarının "Microsoft 365 Copilot", "Copilot Studio" və "Azure OpenAI Service" vasitəsilə ayda 2200 saatdan çox vaxta qənaət etdiyi vurğulanır.

Əl-Qəmdi əlavə edib ki, əsas məqsəd qlobal platformalardan sadəcə istifadə etmək deyil, Krallıq daxilində hazırlanıb kənara ixrac oluna bilən həllər yaratmaq, yəni "texnologiyanı istehlak etməkdən onu istehsal etməyə keçməkdir".

Məqalədə: #Azure #Copilot Studio #SDAIA #Microsoft Arabia #Ayman əl-Qəmdi #O3ai #Obeikan Group #Maaden #Microsoft 365 Copilot #Azure OpenAI Service #Microsoft Arabia Ayman əl Qəmdi #Səudiyyə Ərəbistanı süni intellekt strategiyası #Azure Şərq vilayəti bulud regionu #SDAIA süni intellekt tənzimləmələri #Səudiyyə rəqəmsal transformasiya 2030 #Obeikan O3ai ağıllı fabriklər #Microsoft Arabia Ayman Al Ghamdi interview #Microsoft Arabia chief outlines bold priorities for enterprise AI deployment in Saudi Arabia

Mövzu üzrə digər xəbərlər

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.