14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Vaşinqton Tehranla masa arxasında, müharibə isə ehtiyat planında

25 Aprel 2025 18:00
Vaşinqton Tehranla masa arxasında, müharibə isə ehtiyat planında

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Tramp: “İsrailin İrana hücum etməsinin qarşısını almadım” – “Xamenei ilə görüşə açığam”

ABŞ Prezidenti Donald Tramp bu gün (cümə günü) bildirib ki, İran Prezidenti Məsud Pezeşkian və ya İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei ilə görüşə açıqdır. Eyni zamanda, İsrailin İranın nüvə obyektlərinə hücum etməsinə mane olduğunu inkar edib.

ABŞ-ın “Time” jurnalına verdiyi müsahibədə Trampa “Xamenei və ya Pezeşkian ilə görüşə açıq olub-olmadığı” soruşulub. O isə “əlbəttə” cavabını verib, lakin mövzuya dair əlavə təfərrüat təqdim etməyib.

Tramp İsrailin İranın nüvə obyektlərinə hücum etməsinin qarşısını aldığı iddialarını rədd edib:
“Bu doğru deyil. Mən onların hücum etməsinə mane olmadım. Amma bu məsələni onlar üçün rahat hala da gətirmədim. Çünki düşünürəm ki, hücuma ehtiyac qalmadan razılığa gəlmək mümkündür. Mən belə ümid edirəm.”

O əlavə edib:
“Bəlkə də hücum etməyə məcbur olacağıq. Çünki İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Lakin mən hücumu onlar üçün asanlaşdırmadım və bu fikri rədd də etmədim. Nəticədə, bu qərarı onların öhdəsinə buraxacaqdım. Amma mən dedim ki, hücum etməkdənsə, razılaşma əldə etmək daha yaxşıdır.”

Tramp qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu “İranla müharibəyə girə bilər”, amma ABŞ bu müharibəyə cəlb olunmayacaq:
“Ola bilər ki, biz könüllü şəkildə bu müharibəyə daxil olaq, əgər Tehranla razılığa gələ bilməsək. Amma əgər razılaşma alınmasa, o zaman müharibəyə liderlik edən biz olacağıq.”

İranla danışıqlar və diplomatik cəhdlər

Trampın bu açıqlamaları İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin bəyanatından bir neçə saat sonra gəlib. Əraqçi bildirib ki, ABŞ-la dolayısı ilə aparılan nüvə danışıqlarında irəliləyiş əldə olunması Vaşinqtonun “səmimiyyət və ciddiyyət” nümayiş etdirməsindən asılıdır.

“New York Times” qəzetinin xəbərinə görə, 2025-ci ilin may ayında İsrail İranın nüvə obyektlərinə qarşı hücuma başlamağa çox yaxın olub. Lakin Prezident Tramp bu planı rədd edərək, müzakirələrə fürsət tanımağı üstün tutub. Çünki onun administrasiyasında İranın nüvə ambisiyalarına qarşı hansı yolla cavab verilməsinə dair fikir ayrılığı yaranmışdı.

İsrailin təhlükəsizlik və siyasi dairələri hesab edir ki, bu planların üzə çıxarılması Televivin İranın “nüvə təhlükəsinə” qarşı atacağı addımlara mənfi təsir göstərə bilər.

Qeyd olunur ki, ABŞ-ın xüsusi elçisi Stiv Vitkof İranla sabah (şənbə günü) Oman Sultanlığında keçiriləcək danışıqlarda iştirak edəcək. Bu, onun üç həftə ərzində İranla üçüncü görüşü olacaq. Hazırda ABŞ məsələnin diplomatik həllini üstün tutur.

Əvvəlki görüş Roma şəhərində keçirilmişdi və tərəflər görüşün sonunda nikbinlik ifadə etsələr də, detallar barədə açıqlama verməmişdilər.

Ukrayna məsələsi

Ukrayna ilə bağlı danışan Tramp qeyd edib ki, onun fikrincə, Kiyev NATO-ya (Şimali Atlantika Alyansı) üzv ola bilməyəcək.

O əlavə edib ki, Vaşinqton Rusiya və Ukrayna ilə razılaşma əldə edildikdən sonra hər iki tərəflə ayrıca razılaşmalar imzalaya bilər.

Məqalədə: #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #NATO #Vaşinqton #Ayətulla Seyid Əli Xamenei #Məsud Pezeşkian #Abbas Arakçi #İran-ABŞ münasibətləri #ABŞ-Ukrayna münasibətləri #Stiv Uitkoff

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.