10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrail qaz sazişini Qəzza sonrası planlarda Misirə təzyiq alətinə çevirir

Eyni zamanda Misir başa düşür ki, İsrail bu sazişi siyasi təzyiq vasitəsinə çevirə bilər, amma müqavilənin dayandırılması Təl-Əvivə də ciddi zərbə vuracaq. Çünki İsrail qazını mayeləşdirmək üçün hazır infrastruktur yalnız Misirdə mövcuddur, ölkə daxilində yeni zavodların inşası isə həm baha başa gələcək, həm də uzun zaman tələb edəcək.

4 Sentyabr 2025 18:00
İsrail qaz sazişini Qəzza sonrası planlarda Misirə təzyiq alətinə çevirir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrail Misirlə avqust ayında imzaladığı iri həcmli qaz müqaviləsini dayandırmaqla hədələyərək, Qahirədən siyasi güzəştlər almağa çalışır. Təl-Əvivin əsas məqsədi Qəzzanın gələcəyi ilə bağlı “Ertəsi gün” planlarında üstünlük əldə etmək və bölgə sakinlərinin köçürülməsi istiqamətində təzyiq göstərməkdir. Bu mövzu İsrail mediasında gündəmə gətirilərək, Qahirənin işğalçı qüvvələrin Qəzzadakı hərəkətlərinə münasibətini ölçmək üçün ictimai rəy yoxlaması kimi dəyərləndirilir.

“Yisrael Hayom” qəzetinin məlumatına görə, Baş nazir Benyamin Netanyahu və energetika naziri Eli Kohen Misirlə imzalanan qaz müqaviləsini yenidən nəzərdən keçirməyi planlaşdırır. 35 milyard dollarlıq bu müqavilə 2040-cı ilə qədər Qahirəyə 130 milyard kubmetr təbii qaz ixracını nəzərdə tutur və İsrailin ən böyük qaz ixrac sazişlərindən biri sayılır.

Qəzetin təhlilində bildirilib ki, məsələ iqtisadi yox, daha çox siyasi və hərbi hədəflərlə bağlıdır. İsrailin bu addımı, guya Misirin sülh sazişinin təhlükəsizlik əlavələrini pozmasına cavab olaraq göstərilir. Halbuki, İsrailin özü dəfələrlə müqavilə şərtlərini pozaraq, məsələn, Cənubi Qəzzadakı Filadelfiya dəhlizinə ağır texnika yerləşdirib.

İsrail mediası Misirin dəfələrlə guya müqaviləni pozduğunu – Sinayda silah anbarları üçün tunellər qazmaq, aerodromların uzadılması və əlavə zirehli texnika yerləşdirməklə sülh sazişi şərtlərini aşdığını iddia edib. Buna paralel, İsrail tərəfi müxtəlif vaxtlarda Misirlə yüksək səviyyəli təhlükəsizlik koordinasiyasından da danışaraq, öz mövqeyində ziddiyyət yaratmaqla təzyiq siyasəti yürüdüb.

Sazişin imzalandığı dövrdə İsrail hökuməti bunu böyük uğur kimi təqdim etmişdi. Energetika naziri Eli Kohen müqaviləni “İsrail tarixində ən böyük qaz razılaşması” adlandıraraq, ölkəsini bölgənin enerji lideri kimi təsvir etmişdi. Razılaşmaya görə, qaz Aralıq dənizindəki “Leviathan” yatağından çıxarılaraq “Blue Ocean Energy” (Misir) və İsrailin “Ratio” və “NewMed Energy” şirkətləri vasitəsilə ixrac olunacaq.

Misir ictimaiyyətində isə hökumət tənqid olunub: əvvəllər İsrailə qaz satan Qahirə indi ondan qaz idxal etməklə asılı vəziyyətə düşür. Çünki Misir bu qazı daxili tələbatı ödəmək və eyni zamanda İdku və Damietta terminalları vasitəsilə Avropaya maye qaz şəklində re-eksport etmək üçün istifadə edir. Bu, Rusiya qazının Avropaya çatmasında yaranan çətinliklər fonunda xüsusilə əhəmiyyətlidir.

Misirli mənbələr “Al-Arab” qəzetinə bildiriblər ki, Qahirə uzunmüddətli müqavilə ilə İsrail qazını təmin etməklə gələcəkdə Suriyadan keçə biləcək alternativ layihələrin risklərini önləmək istəyib. Eyni zamanda Misir başa düşür ki, İsrail bu sazişi siyasi təzyiq vasitəsinə çevirə bilər, amma müqavilənin dayandırılması Təl-Əvivə də ciddi zərbə vuracaq. Çünki İsrail qazını mayeləşdirmək üçün hazır infrastruktur yalnız Misirdə mövcuddur, ölkə daxilində yeni zavodların inşası isə həm baha başa gələcək, həm də uzun zaman tələb edəcək.

Müqaviləyə əsasən, “Leviathan” yatağından qaz ixracı iki mərhələdə həyata keçiriləcək: ilkin mərhələdə 20 milyard kubmetr qaz əlavə boru kəmərləri çəkildikdən sonra Misirə ötürüləcək. İkinci mərhələdə isə 110 milyard kubmetr qaz “Nitsana” (Avca) keçid məntəqəsi üzərindən Misirə ixrac ediləcək.

İsrail qanunvericiliyinə görə, sazişin qüvvəyə minməsi üçün Energetika nazirinin təsdiqi tələb olunur. Lakin Netanyahu məsələni siyasi vasitəyə çevirmək üçün yekun qərarı öz üzərinə götürüb.

Məqalədə: #Benyamin Netanyahu #Qahirə #Təl-Əviv #Filadelfiya dəhlizi #Netanyahu 7 Oktyabr hadisələrində günahkardırmı? #Benyamin Netanyahunun Şabak qərarı #Benyamin Netanyahu HƏMAS siyasəti #Netanyahunun Bakı səfəri #Netanyahu yeni Yaxın Şərq planı #Eli Kohen #Netanyahu HƏMAS açıqlaması #Vladimir Putin və Benyamin Netanyahu arasında telefon danışığı #Ertəsi gün planı #Leviathan #Blue Ocean Energy #Ratio #NewMed Energy #Nitsana #Avca

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
19:35
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
19:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.