6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Tehran İraqda mövqelərini itirir, amma hələ oyundan çıxmayıb

İndiyədək İranın Suriyada olduğu kimi İraqı tam itirdiyinə dair heç bir sübut yoxdur, lakin Tehran Baqdadda amerikalılar qarşısında uduzmağa başlayıb. Onun yerli müttəfiqləri isə artıq bu günlərin “dünyanın iki ən təhlükəli adamı - Donald Tramp və Benyamin Netanyahuyla sülh içində yaşamağa” alışırlar,- eyə keçmiş iraqlı nazir bildirir.

12 Oktyabr 2025 15:00
Tehran İraqda mövqelərini itirir, amma hələ oyundan çıxmayıb

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İki il əvvəl İraq qruplaşmaları “ƏqsaTufanı” hadisələrində iştirak etməyə böyük həvəs göstərirdilər. Lakin 2023-cü ilin oktyabrından sonrakı aylarda bu həyəcan səngidi. Səbəb isə hökumətlə həmin silahlı qruplar arasında İraqın müharibədən uzaq tutulması məqsədilə aparıldığı deyilən çox mürəkkəb danışıqlar idi.

İndiyədək İranın Suriyada olduğu kimi İraqı tam itirdiyinə dair heç bir sübut yoxdur, lakin Tehran Baqdadda amerikalılar qarşısında uduzmağa başlayıb. Onun yerli müttəfiqləri isə artıq bu günlərin “dünyanın iki ən təhlükəli adamı - Donald Tramp və Benyamin Netanyahuyla sülh içində yaşamağa” alışırlar,- eyə keçmiş iraqlı nazir bildirir.
Baqdad siyasətçiləri amerikalıların iranlılara qarşı qazandığı “boks raundlarını” üç faktla izah edirlər:

“Hizbullah Briqadaları”nın əsir saxladığı israilli Elizabet Tsurkovun azad olunması-heç bir razılaşma olmadan, “Xalq Səfərbərliyi Qanunu”nun səsverməyə çıxarılmadan geri çəkilməsi, və bundan öncə - ABŞ və İsrailin İrana qarşı 12 gün davam edən hücumları zamanı belə atəşkəsin qorunması.

İki il əvvəl elan edilən “Cəbhələrin birliyi” şüarından və “HƏMAS”ın 7 oktyabr əməliyyatından sonra, İraq qrupları “Tufanın” yekun səhnəsində görünmədilər - hətta arxa cəbhədə də yox idilər. Çoxları üçün bu, indiyə qədər “müsbət xəbər” sayılır.

İran böyük sürprizlər hazırlayır və “Suriyada itirdiyini başqa yerdə kompensasiya edə bilər.”

Baqdaddakı şiə siyasətçilər üçün bir qayda var - “seçki kitabını iranlıların başa düşəcəyi dildə oxumaq”,

İranda İraqdakı nüfuzun ölçülməsi üçün dəqiq mexanizm yoxdur. Bəziləri hesab edir ki, İranın təsiri zəifləyib, bəziləri isə hələ güclü olduğunu deyir. Lakin Suriyada yıxılan domino daşının İraqdakı nüfuz şəbəkələrini də sarsıtdığı fikri getdikcə daha çox səslənir.

Həqiqət budur ki, İraqdakı ictimai rəy və siyasi partiyalar bu təsir ölçüsünü müxtəlif siyasi narrativlərin əsasında qiymətləndirirlər - çox vaxt bu hekayələr məqsədli şəkildə uydurulur və ya manipulyativ şəkildə formalaşdırılır.

Qruplaşmalar sual verir... İran isə cavab vermir

İrana qarşı mümkün müharibə xəbərləri Baqdaddakı silahlı qruplaşmalarda narahatlıq yaradıb. Mənbələrə görə, bu qrupların liderləri 2025-ci ilin sentyabr ayının sonlarında toplantı keçirib və “müharibə başlayarsa vəziyyət necə olacaq?” sualını cavablandırmaq üçün İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) məsləhət sorğusu göndəriblər.

Lakin bir şiə qruplaşma liderinin dediyinə görə - onun təşkilatı yaxınlarda ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısına daxil edilib – Tehrandan isə, indiyə qədər cavab gəlməyib.

Eyni zamanda, “Sepah”ın bir qrupu İraqdakı şiə partiyalarının seçki alyanslarını mühəndislik etməklə məşğuldur. Onlar “Koordinasiya Çərçivəsi” alyansının üzvləri ilə müxtəlif görüşlər keçiriblər.

Mənbələrin məlumatına görə, bu qrup “İranın Seçki Komissiyası” kimi fəaliyyət göstərir və şiə qüvvələrinin seçki siyahıları üzrə paylanmasını tənzimləyir. O, əvvəllər də İraq parlamentlərində təsirli ittifaqlar formalaşdırmışdı.

Lakin bu “təcrübəli komissiya” bu dəfə şiə partiya liderlərini seçkilərdə müəyyən siyahıları birləşdirməyə və ya namizədləri yenidən bölgələr üzrə paylamağa razı sala bilmədi.
Seçki xəritəsinə əməl etməyənlər arasında, əvvəllər “Əqsa tufanı”nda iştirak edib sonra səhnədən çəkilən bir sıra müqavimət qruplarının üzvləri də var.

Boşluq yaranan ərazilər

“İŞİD”dən azad edilmiş şəhərlərdə sünni partiyalar nisbətən sabit seçki kampaniyası aparırlar. Onlar İran təsirinin zəifləməsinin hərəkət azadlığı yaratdığını düşünürlər, lakin bunu açıq şəkildə deməyə tərəddüd edirlər - “Müqavimət oxunu” qıcıqlandırmamaq üçün ehtiyatlı davranırlar.

Keçmiş parlament sədri Məhəmməd əl-Halbusi, 2023-cü ildə İranmeylli alyans tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. İndi isə siyasi səhnəyə güclü dönüş edir. Onun yaxınları bunu “şəxsi bacarıqlar və dəqiq hesablamalar”la izah edirlər.

Lakin əslində, Halbusi İran təsirindən boşalan sahələrdən istifadə edir - bu boşluqlar ya qəsdən buraxılıb, ya da ABŞ təzyiqi nəticəsində yaranıb.

Digər tərəfdən, Halbusi ilə rəqabət aparan sünni liderlər şiə qüvvələrlə ittifaqlara girməyə çalışırlar. Nenova, Səlahəddin və Kərkük kimi bölgələrdəki bəzi siyasətçilər İran Ali Rəhbəri Əli Xameneiyə sadiq qruplaşmaların siyahıları ilə əməkdaşlıq edirlər.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin terrorizm siyahısına son vaxtlar daha dörd iraqlı qruplaşma əlavə olunub:

“Hərəkat ən-Nücəba”, “Kətaib İmam Əli”, “Ənsarullah əl-Üfiya”və “Kətaib Seyyidüş-Şühəda”.

Beləliklə, İraqdan bu siyahıya düşən qrupların sayı altıya çatıb.

Bu siyahıya əvvəllər “əl-Qaidə” lideri Usama bin Laden də daxil idi. “Əsaib Əhl əl-Həqq” 2020-ci ildə, “Hizbullah Briqadaları” isə hələ 2009-cu ildə bu siyahıya salınmışdı. Hər iki təşkilatın parlamentdə və hökumətdə kresloları və nazirləri var.

Məqalədə: #Benyamin Netanyahu #Donald Tramp #İraqda türkmənlər #İraqda diskriminasiya #İraqda Haşdi Şabi və digər silahlı qruplar #İraqda korrupsiya #İraqda dərin dövlət #İraqda seçki boykotu #İraqda xarici müdaxilə #İraqda növbəti seçkilər nə vaxt olacaq? #İraqda korrupsiya ilə mübarizə aparan siyasi qüvvələr #İraqda siyasi dəyişiklik mümkündürmü? #İraqda seçkiləri kim qazanacaq? #İraqda seçki islahatlarına kim mane olur? #İraqda Həşd üzvlərinin sayı nə qədərdir? #İraqda seçki ittifaqları necə formalaşır? #İraqda seçki böhranı #Əqsa Tufanı əməliyyatı #Əl-Əqsa tufan #Əl-Əqsa tufanı

Mövzu üzrə digər xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.