13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Hizbullah yenidən qurulur: İsrail yeni və daha çevik təhdidlə üz-üzə

Hizbullahın nümayəndəsi Həsən Fədlullahın sözlərinə görə, “müqavimətin mövcudluğu bu günədək düşmənin torpaqları işğal etməsinin qarşısını alıb; əgər bu müqavimət olmasaydı, düşmən indi Suriya kimi bizim torpaqlarımızı da zəbt etmiş olardı.

18 Oktyabr 2025 22:30
Hizbullah yenidən qurulur: İsrail yeni və daha çevik təhdidlə üz-üzə

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Hizbullahın nümayəndəsi Həsən Fədlullahın sözlərinə görə, “müqavimətin mövcudluğu bu günədək düşmənin torpaqları işğal etməsinin qarşısını alıb; əgər bu müqavimət olmasaydı, düşmən indi Suriya kimi bizim torpaqlarımızı da zəbt etmiş olardı.

Bu bəyanat İsrailin Hizbullah barədəki qiymətləndirmələrinin düzgün olduğunu, yəni qrupun yeni və daha az insan, daha az maliyyə və məhdud infrastruktur tələb edən arsenal üzərində dayanmasının mümkün olduğunu bir daha önə çıxarıb.

“Müharibə dalğadır; bir gün bizim, bir gün də onların xeyrinədir”, müqavimət rəhbərlərinin və şəhidlərin tövsiyələrinə sadiq qalmağa çağırıb və əlavə edib ki, “müqavimətin iradəsi sındırılmayıb”.-deyə Fədlullah çıxışında deyib.

Bu açıqlama İsraildə Yediot Ahronot qəzetinə məxsus “Ynet” saytında dərc olunmuş hərbi hesabatla üst-üstə düşür. Hesabatda bildirilib ki, 2023-cü ildə Hizbullah İsrailə qarşı 150 mindən çox raket, minlərlə təlim keçmiş döyüşçü və iki onillik ərzində qurulmuş infrastrukturla mübarizəyə daxil olmuşdu.

Lakin qrupun optimizmi gözlənilməz reallıqla toqquşdu - İsrail ordusu texnoloji üstünlük, kəşfiyyat yenilikləri və atəş gücü sayəsində Hizbullahın demək olar ki, bütün imkanlarını məhv etdi. Buna baxmayaraq, hesabatda vurğulanır ki, gələcək döyüş turu həmişə yaxında ola bilər.

“Ynet”in xəbərinə görə, Hizbullah imkanlarını sürətlə yenidən bərpa edir və qrupun yeni quruluşu İsrail üçün üç əsas sahədə - raket və mərmilər, pilotsuz uçuş aparatları (PUA) və onlara dəstək verən infrastruktur - yeni problemlər yarada bilər.

Ənənəvi olaraq, Hizbullahın atəş gücü geniş artilleriya şəbəkəsinə əsaslanırdı - evlərin içərisində gizlədilmiş dəqiq ballistik raketlər, cənub Livan boyunca yayılan çoxlu raket buraxma platformaları. İsrail ordusu bu sistemlə effektiv şəkildə mübarizə aparmağı bacardı. Bir çox ballistik raket - əsasən İran istehsalı “Fateh-110” tipli raketlər - İsrailin dərinliyinə zərbə endirə bilmədi; bir çoxu vuruldu, start platformaları isə hələ buraxılışa hazırlaşmamış hava hücumları ilə məhv edildi.

Ağır raketlər, məsələn “Fajr-5” və “Qrad” düşdükdə dağıntı törədirdilər, lakin Hizbullahın intensiv raket yağışı davam etdirməkdə çətinlik çəkdiyi göstərildi. İsrail ordusunun məlumatına görə, Hizbullahın bir gün ərzində atdığı raket sayı nadir hallarda 230-dan çox olub - bu, yalnız 2024-cü il avqustun sonunda bir dəfə müşahidə olunmuşdu.

Bunun əsas səbəbi saxlanılan raketlərin start platformalarında olmaması idi. Qrup logistika problemləri ilə üzləşdi - sursatın daşınması, kifayət qədər buraxılış platformalarının vaxtında yerləşdirilməsi və hərbi komandirlərinin demək olar ki məhv olması.

İsrail ordusu bu boşluqlardan istifadə edərək yüzlərlə buraxılış platformasını eyni anda məhv etdi. Məsələn, 21 sentyabr əməliyyatında bir neçə saat ərzində 400 start platforması zərərsizləşdirilmişdi. Hətta Hizbullah müəyyən buraxılışları cəmləyə bildikdə belə, Dəmir Qübbə (Iron Dome) sisteminin çoxu qarşısını aldı.

Hizbullahın istifadə etdiyi ən dağıdıcı silahlardan biri “Borkan” (sırf primitiv bomba-barrel raket) idi - əsasən kiçik raket mühərriki ilə təchiz olunmuş partlayıcı. Qısamüddətli əhatə dairəsi onun qarşısını almağı çətinləşdirirdi və bəzən Dəmir Qübbə bu cür təhdidləri vaxtında məhdudlaşdıra bilmirdi.

İsrailin “Trophy” müdafiə sistemi bu cür raketləri vurmaq qabiliyyətinə malikdir, lakin bu sistem yalnız qurulduğu vasitəni qoruyur - sərhədə yaxın hər evə belə sistem quraşdırmaq mümkün deyil.

“Ynet” bildirir ki, Hizbullah “ağıllı” raketlər və “sadə” (ucuz) silahların qarışığına keçə bilər - ölçücə kiçik, lakin İsrail müdafiəsini keçə bilən daha effektiv arsenal.
Həmçinin, illərlə İran investisiyaları ilə milyardlarla dollar hesabına qurulan Hizbullah hava bölməsi uzun mənzilli “kruiz” raketləri (DR-3 kimi) və “Sahed-129” kimi inkişaf etmiş hücum PUA-ları ilə təchiz edilmişdi. Bu aparatların bir hissəsi bombalar yerləşdirə və ya digər PUA-ları vurmaq qabiliyyətinə malik idi. Lakin İsrail Hərbi Hava Qüvvələri bu donanmanın əksər hissəsini təsir göstərməzdən əvvəl məhv etdi.

Həqiqi təhdid ucuz “kamikadze” tipli dronlardan idi - Livandan İsrailə kütləvi şəkildə göndərilən uçan bombalar. “Ababil-T”, “Samad-2” uzun mənzilli, “Şahed-101” və “Şahed-107” kiçik, manevr qabiliyyətli modellər kimi ucuz və effektiv tipli dronlar əmlaka zərər vura bildi.

İsrail iyun ayındakı əməliyyatlarda Beyrutun ətrafında və digər yerlərdə dron zavodlarının beşini məhv etdiyini bildirir, amma hesabat göstərir ki, Hizbullah dron anbarlarının təxminən 70%-ni itirdikdən sonra belə, istehsalı geniş miqyasda bərpa edir.

“Ynet”ə görə, İsrail üçün daha ciddi narahatlıq praktiki nəticələrdir. “Almas” tipli raketlər gizli mövqelərdən – yer altından - buraxıla bilər ki, bu da start heyətlərinin məhv edilməsini çətinləşdirir.

Məqalədə: #İsrail #Livan #Beyrut #Hizbullah #Həsən Nəsrullah #müqavimət oxu #peycer #Qəzza münaqişəsi #İsrail Livan münasibətləri #Trampın Yaxın Şərq siyasəti #Yediot Aharonot (qəzet) #Qəzza sülh sazişi #Həsən Fədlullah

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12 Sentyabr 12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

12 Sentyabr 11:23

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.