8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Münqaişə husilərin varlıq mexanizmidir

HƏMAS-ın silahsızlaşdırılması və “Hizbullah”ın qalan arsenalının dövlətin nəzarətinə verilməsi istiqamətində intensiv işlərin getdiyi, Qəzza və Livanın cənubunda İsrail müharibəsinin sonuna ümidlərin yarandığı bir vaxtda, Yəməndəki husilər yenidən İran istehsalı silahlarla təhdidlərə başlayıblar. Bu dəfə hədəf nə İsrail, nə də ABŞ, birbaşa qonşu Səudiyyə Ərəbistanıdır.

1 Noyabr 2025 07:02
Münqaişə husilərin varlıq mexanizmidir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

HƏMAS-ın silahsızlaşdırılması və “Hizbullah”ın qalan arsenalının dövlətin nəzarətinə verilməsi istiqamətində intensiv işlərin getdiyi, Qəzza və Livanın cənubunda İsrail müharibəsinin sonuna ümidlərin yarandığı bir vaxtda, Yəməndəki husilər yenidən İran istehsalı silahlarla təhdidlərə başlayıblar. Bu dəfə hədəf nə İsrail, nə də ABŞ, birbaşa qonşu Səudiyyə Ərəbistanıdır.

Ötən bazar ertəsi axşamı husi rəhbərliyindən yeni hədələr səsləndirildi. Qeyri-legitim hökumətin icraçı başçısı Məhəmməd Muftah bəyan etdi ki, “banka qarşı bank, hava limanına qarşı hava limanı, limana qarşı liman” prinsipi hələ də qüvvədədir və hücumların bərpası istisna edilmir.

Müşahidəçilərin bir qismi bu bəyanatların ciddi qəbul edilməsinə ehtiyac olmadığını bildirir. Husilər üzrə ekspert Adnan Cəbrani deyir ki, belə açıqlamalar əslində “təşkilatın daxildə yaşadığı böhranı ört-basdır etmək cəhdidir”, çünki son aylarda - xüsusilə mart-sentyabr dövründə - onlar ağır zərbələr alıblar və cəmiyyətdə nüfuzları azalır.

Lakin məsələ təkcə bəyanatların ciddiliyi deyil. Husi ideologiyası göstərib ki, bu silahlı qrup müharibə olmadan yaşamaq iqtidarında deyil.

Husilərin “sülh üçün yol xəritəsi”

Bir çox ərəb və Qərb paytaxtlarında siyasi dairələrin fikrincə, husilərin davranışı Səudiyyə Ərəbistanına qarşı güc balansını düzgün qiymətləndirmədiklərini göstərir. Husi sözçüsü Məhəmməd Abdussalam açıqlayıb ki, o, BMT-nin xüsusi elçisi ilə “sülh prosesi” barədə müzakirə aparıb və Oman vasitəçiliyi ilə “Səudiyyə ilə razılaşdırılmış yol xəritəsinin” icrasını tələb edib.

Hətta Abdussalam beynəlxalq ictimaiyyəti “güzəştlərin yerinə yetirilməsində ləngiməməyə” çağırıb.

Gerçək isə fərqlidir: Səudiyyə yalnız vasitəçi kimi çıxış edib, tərəf kimi yox.

Husilər iddia etdikləri kimi hər hansı sənədləşmiş razılaşmanı göstərmirlər.

Bu ritorika daha çox, Səudiyyə ilə yeni gərginlik yaradıb hərbi eskalasiyaya bəhanə axtarmağa bənzəyir.

Halbuki “yeni Səudiyyə” həm hərbi, həm iqtisadi güc baxımından regionun aparıcı mərkəzidir və husilərin köhnə təhdid ritorikasını ciddi qəbul etməsi inandırıcı görünmür.

Husilərin daxili böhranı

Husilərlə bağlı çoxlu araşdırmalar aparılsa da, problem tam başa düşülmür. Çoxları Yəməndə husilərlə xalqın münaqişəsini, həmçinin bu hərəkatın regiondakı avantürist davranışlarını ayırmır.

Husilər əslində Yəmənin daxili probleminin nəticəsidir:illərlə dövlət idarəçiliyindəki boşluqlar,korrupsiya,siyasi parçalanma,İranın planlaşdırılmış şəkildə bu parçalanmanı istismar etməsi.

Nəticədə 2014-cü ildə paytaxt Səna silah gücü ilə onların əlinə keçdi.

O zaman Böyük Britaniyanın dövlət naziri Alan Dunkan demişdi:“Husilər həzm edə bilməyəcəkləri tikəni udublar.”

İlkin mərhələdə Qərb, onların öz daxil ziddiyyətləri ilə tükənəcəyini düşündü, lakin bu baş vermədi. İranın hərbi və ideoloji dəstəyi ilə güclənən husilər son illərdə özlərini regional aktora çevirməyə çalışırlar.
Onların Səudiyyəyə raket və dron hücumları, Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə təhdidləri, ABŞ və müttəfiqləri ilə qarşıdurmaları bölgəni qlobal təhlükə nöqtəsinə çevirib.

Bütün bunlara baxmayaraq, Qərb uzun müddət Yəməndəki müharibəni daxili münaqişə kimi görüb və sərt mövqe tutmayıb. Bu da husilərin daha da cəsarətlənməsinə səbəb olub.

“Husilər kimdir və nə istəyirlər?”

Bununla bağlı ən məşhur araşdırmalardan birinin müəllifi, Sənada 5 il yaşamış tədqiqatçı Merike Brandt yazır:

“Husi ideologiyası “haşimilərin dini-siyasi üstünlüyünü bərpa etmək” istəyinə əsaslanır.Bu, Yəməndə geniş əhali tərəfindən rədd edilir - hətta zeydilər tərəfindən belə.Husi hakimiyyəti “daxili düşmən” üzərində birləşdirici gücünü itirib və yaşamaq üçün yeni düşmənə ehtiyac duyur.Düşmən olmayanda hərəkatın parçalanması qaçılmazdır.”

Ən sərt şərhlərdən birini britaniyalı jurnalist səsləndirib:

“Husilər ideoloji döyüşçüdür. Onlar dağıntıdan, ölümdən çəkinmir. Dövlət, inkişaf, iqtisadiyyat onların gündəmində yoxdur.”

Ona görə də, ekspertlərin bir çoxu nəticəyə gəlir ki,husilər müharibə aparmadan yaşaya bilməz.

Silah və qarşıdurma onların varlıq mexanizmi olduğu üçün sülh onların sonu deməkdir.

Husilər həm Yəmən daxilində, həm də regionda təhlükə olaraq qalır. Onların ideologiyası “sülh - süqut”, “müharibə - varlıq” fəlsəfəsinə əsaslanır. Regionda gərginlik azalan kimi, bu təşkilat yenidən düşmən yaratmağa başlayır. Bu da onların müharibəsiz mövcud ola bilməyəcəyini göstərir.

Məqalədə: #Husilər #AzerVoice #Təhlil #İran və Husilər #Husilərin ideologiyası #Husilər və İran əlaqələri #Husilər və regional geosiyasət #Husilərin hərbi strategiyası #Husilər Yəməndə hansı siyasəti yürüdürlər? #Husilər Yəmənin sabitliyini necə pozurlar? #Husilər Yəməndə insan haqlarını necə pozurlar? #İran Husilərə necə dəstək verir? #Husilər və beynəlxalq ticarət yollarına təsiri nədir? #Husilər məktəbləri və təhsili niyə hədəf alırlar? #Yəmən xalqı Husilərin zülmündən necə xilas ola bilər? #ABŞ-ın İran və Husilərə qarşı tədbirləri #İranın Yəməndə husilərə dəstəyi #Husilərin raket hücumları #Husilərə qarşı ABŞ hərbi əməliyyatı 2025 #İranın dəstəklədiyi husilər #Yəməndə husilərə qarşı əməliyyat #Husilərin hücum cəhdi #VOA Analitik Təhlil Mərkəzi

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
Dubayda dermatologiya və lazer üzrə beynəlxalq sərginin 25-ci buraxılışı başlayıb
Dubayda dermatologiya və lazer üzrə beynəlxalq sərginin 25-ci buraxılışı başlayıb
15:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.