11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Hizbullah zəiflədikcə Səudiyyə–Livan yaxınlaşması güclənir

Səudiyyə Ərəbistanı Livan hakimiyyətinin son aylarda krallığa narkotik qaçaqmalçılığının qarşısını almaqda “səmərəli fəaliyyətini” nəzərə alaraq, yaxın vaxtlarda Beyrutla ticarət əlaqələrini gücləndirməyi planlaşdırır. Bu barədə cümə axşamı yüksək vəzifəli səudiyyəli rəsminin açıqlamasına Livan tərəfi məmnunluqla reaksiya verib.

14 Noyabr 2025 12:45
Hizbullah zəiflədikcə Səudiyyə–Livan yaxınlaşması güclənir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

Səudiyyə Ərəbistanı Livan hakimiyyətinin son aylarda krallığa narkotik qaçaqmalçılığının qarşısını almaqda “səmərəli fəaliyyətini” nəzərə alaraq, yaxın vaxtlarda Beyrutla ticarət əlaqələrini gücləndirməyi planlaşdırır. Bu barədə cümə axşamı yüksək vəzifəli səudiyyəli rəsminin açıqlamasına Livan tərəfi məmnunluqla reaksiya verib.

Son illər Tehranın dəstəklədiyi Hizbullahın Livanın siyasi və təhlükəsizlik həyatına təsiri səbəbindən Riyad–Beyrut münasibətləri gərgin olub. Lakin krallıq, İsraillə ötən ilki müharibə nəticəsində Hizbullahın ciddi şəkildə zəifləməsindən sonra indi yeni imkanın yarandığını düşünür.

Riyadın illərdir tətbiq etdiyi Livan məhsullarına qadağanın yüngülləşdirilməsi, münasibətlərdə istiləşmənin ilk real göstəricisi sayılır. Bununla belə, Səudiyyə Ərəbistanı mərkəzi Livan hökumətinin Hizbullahı silahsızlaşdırmasını istəyir - təşkilat isə bu tələbi hələ də rədd edir.

“Yaxın vaxtlarda iki ölkə arasında ticarət əlaqələrini gücləndirmək üçün addımlar atacağıq. Livan hökuməti və təhlükəsizlik qüvvələri son aylar narkotik qaçaqmalçılığının məhdudlaşdırılmasında səmərəli olduqlarını sübut ediblər”.-deyə, adının açıqlanmasını istəməyən səudiyyəli yüksək vəzifəli rəsmi bildirib

Onun sözlərinə görə, yaxın zamanda Səudiyyə nümayəndə heyətinin Livana səfəri planlaşdırılır:
“Livan məhsullarının krallıq bazarına çıxışını ləngidən maneələrin aradan qaldırılması məsələlərini müzakirə etmək üçün səfər baş tutacaq”, - deyə o qeyd edib. Rəsmi, hansı addımların atılacağı və konkret olaraq hansı sektorların təsirlənəcəyi barədə detala varmadan danışıb.

“Livanın sabitliyi və rifahı üçün daim qayğı göstərən Səudiyyə Ərəbistanına və onun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Onların bu gün açıqladıqları, iki ölkə arasında ticarət əlaqələrini gücləndirməyə və Livan ixracatının qarşısındakı maneələri qaldırmağa hazır olmaları barədə xoş niyyətli təşəbbüslərini yüksək qiymətləndiririk”.- Livanın baş naziri Nəvaf Salam “X” platformasında yazıb.

Xatırladaq ki, 2021-ci ildə Səudiyyə Ərəbistanı Livandan bütün idxalı dayandırmışdı. Rəsmi Riyad bu qərarı, əsasən Livan və Suriyada istehsal olunan “kaptagon” adlı narkotik maddənin qaçaqmalçılığı ilə izah edirdi.

Bu qadağa, onsuz da 2019-cu ildəki maliyyə böhranından sonra çökmüş Livan iqtisadiyyatına əlavə təzyiq göstərmişdi. Xüsusilə kənd təsərrüfatı məhsullarının Körfəz ölkələrinin bazarlarına ixracı faktiki olaraq dayanmışdı.

Qərb və ərəb dövlətləri, devrilmiş Suriya prezidenti Bəşər Əsədin hökumətini və Hizbullahı kaptagon istehsalı və qeyri-qanuni dövriyyəsinə başçılıq etməkdə ittiham edirdilər. Əsəd hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra, əvvəllər Dəməşq rejiminin nəzarətində olan ərazilərdə və Hizbullahın güclü mövqelərə malik olduğu sərhəd bölgələrində böyük həcmli istehsal müəssisələri aşkarlanıb.

Hizbullah isə bu iddiaları rədd edir. Əsəd rejimi isə 2024-cü ilin dekabrında müxalif silahlı qrupların hücumu nəticəsində çökmüşdü.

Səudiyyəli yüksək rəsmi bildirib ki, Livan prezidenti Cozef Aun və baş nazir Nəvaf Salam krallıq rəhbərliyindən “ixrac marşrutlarının yenidən açılması məsələsinə yenidən baxmağı” xahiş ediblər:
“Krallıq prezident Aun və baş nazir Salamın təşəbbüslərini yüksək qiymətləndirir”, – deyə o əlavə edib.

Sentyabr ayında Livan hökuməti Hizbullahın silahsızlaşdırılmasına dair tarixi planı təsdiqləyib. Sənədə əsasən, proses Litani çayının cənubundan başlayaraq mərhələli şəkildə həyata keçirilməlidir. Lakin planın icrası ləng gedir. Bunun səbəbləri arasında logistika çətinlikləri və tələsik atılacaq addımların, məzhəbçi zorakılıq tarixçəsi olan ölkədə yeni vətəndaş toqquşmalarına yol aça biləcəyi qorxusu göstərilir.

ABŞ administrasiyası Livan hökumətinə bu planı daha sürətlə həyata keçirməsi üçün təzyiq edir. İsrail isə Hizbullahı yenidən silahlanmağa cəhd göstərməkdə ittiham edir. İsrail ordusu Livanın cənubunda özünün “Hizbullah hədəfləri” adlandırdığı mövqelərə demək olar ki, hər gün hava zərbələri endirir. Bu durum, çoxsaylı livanlıların özlərini çıxışsız hiss etməsinə və növbəti hücum qorxusu ilə yaşamasına səbəb olur.

Səudiyyəli rəsmilərin fikrincə, Livanın yeni rəhbərliyinin ölkə ərazisindən ərəb dövlətlərinin təhlükəsizliyinə təhdid üçün platforma kimi istifadə olunmasının qarşısını almaq üçün gördüyü tədbirlər, ikitərəfli münasibətlərin irəliləməsinə birbaşa təsir edəcək:
“Livan rəhbərliyinin, ölkənin ərəb dövlətlərinin təhlükəsizliyini təhdid edən məntəqə kimi istifadəsinə son qoymaq istiqamətində atdığı addımlar, ikitərəfli əlaqələrin inkişafına gətirib çıxaracaq”, – deyə səudiyyəli yüksək vəzifəli rəsmi bildirib.

Məqalədə: #Hizbullah #Hizbullahın təsiri #Səudiyyə–Livan ticarəti #Livan ixracı #Kaptagon qaçaqmalçılığı #Riyadın qərarı #Livan iqtisadiyyatı #Narkotiklərlə mübarizə #Səudiyyə nümayəndə heyəti #Ticarət əlaqələrinin bərpası #Körfəz ölkələri ilə əlaqələr #Livan–Səudiyyə diplomatiyası #Livan hökumətinin qərarları #Ərəb ölkələrinin təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.