Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanında gömrük əməkdaşları bağlamanın içərisində gizlədilmiş 18 549 ədəd amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısını alıblar.
Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq
ABŞ və Kolumbiya narkotik qaçaqmalçılığı ilə mübarizədə hərbi və təhlükəsizlik əməkdaşlığını gücləndirir. ABŞ Cənub Komandanlığının rəhbəri Fransis Donovan Kolumbiyaya səfər edərək ölkənin yeni hərbi rəhbərliyi ilə birgə əməliyyatları və təhlükəsizlik tərəfdaşlığını müzakirə edib. Kolumbiya Prezidenti Abelardo de Lasperiya da narkotik qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplara qarşı sərt kampaniya vəd edib.
Türkiyədə 7 min jandarmanın iştirakı ilə əməliyyat keçirilib
Türkiyənin 24 vilayətində narkotik maddələrin qanunsuz dövriyyəsi və çətənə (kannabis) yetişdirilməsi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 138 şübhəli saxlanılıb, külli miqdarda narkotik vasitə və milyonlarla çətənə kökü aşkarlanaraq məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar Jandarma Baş Komandanlığının Narkotik Cinayətlərlə Mübarizə İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə həyata keçirilib.
Türkiyədə 15 vilayətdə genişmiqyaslı əməliyyat: 80 nəfər həbs edildi
Türkiyənin Daxili İşlər Nazirliyi 15 vilayətdə keçirilən eyni vaxtlı əməliyyatlar nəticəsində 15 ayrı mütəşəkkil cinayət qrupunun zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin yaydığı məlumatda bildirilib ki, son bir həftə ərzində həyata keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində ümumilikdə 140 şübhəli saxlanılıb, onlardan 80-i həbs olunub.
Hizbullah zəiflədikcə Səudiyyə–Livan yaxınlaşması güclənir
Səudiyyə Ərəbistanı Livan hakimiyyətinin son aylarda krallığa narkotik qaçaqmalçılığının qarşısını almaqda “səmərəli fəaliyyətini” nəzərə alaraq, yaxın vaxtlarda Beyrutla ticarət əlaqələrini gücləndirməyi planlaşdırır. Bu barədə cümə axşamı yüksək vəzifəli səudiyyəli rəsminin açıqlamasına Livan tərəfi məmnunluqla reaksiya verib.