8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə 15 vilayətdə genişmiqyaslı əməliyyat: 80 nəfər həbs edildi

Türkiyənin Daxili İşlər Nazirliyi 15 vilayətdə keçirilən eyni vaxtlı əməliyyatlar nəticəsində 15 ayrı mütəşəkkil cinayət qrupunun zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin yaydığı məlumatda bildirilib ki, son bir həftə ərzində həyata keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində ümumilikdə 140 şübhəli saxlanılıb, onlardan 80-i həbs olunub.

20 Fevral 2026 14:29
Türkiyədə 15 vilayətdə genişmiqyaslı əməliyyat: 80 nəfər həbs edildi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Türkiyənin Daxili İşlər Nazirliyi 15 vilayətdə keçirilən eyni vaxtlı əməliyyatlar nəticəsində 15 ayrı mütəşəkkil cinayət qrupunun zərərsizləşdirildiyini açıqlayıb.

VOA xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilib ki, son bir həftə ərzində həyata keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində ümumilikdə 140 şübhəli saxlanılıb, onlardan 80-i həbs olunub.

Açıqlamaya əsasən, əməliyyatlar Respublika Baş Prokurorluqları ilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Kibercinayətkarlıq və Narkotiklərlə Mübarizə qurumlarının koordinasiyası ilə həyata keçirilib. İl Jandarma komandanlıqları tərəfindən 15 vilayətdə aparılan əməliyyatlar zamanı şübhəlilərin hesablarında ümumilikdə 1 milyard 886 milyon lirə məbləğində maliyyə hərəkəti müəyyən edilib. Saxlanılan şəxslərdən 49-u barəsində məhkəmə nəzarəti tədbiri seçilib, digərləri ilə bağlı istintaq tədbirləri davam edir.

Araşdırmalar nəticəsində şübhəlilərin müxtəlif cinayət əməlləri törətdiyi müəyyənləşdirilib. Belə ki, Samsun və Ankarada internet üzərindən qanunsuz mərc oyunlarının təşkili və qeyri-qanuni pul köçürmələri, Kahramanmaraş və Afyonkarahisarda külli miqdarda dələduzluq və oğurluq, Balıkesir və Kırklarelidə miqrant qaçaqmalçılığı, Şırnakda silah qanunvericiliyinin pozulması halları aşkarlanıb. Gaziantep və Tekirdağ vilayətlərində sələmçilik fəaliyyəti, Konya, Sakarya, Manisa, Ağrı, Aydın və Düzcedə isə narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil edildiyi müəyyən olunub.

Əməliyyatlar zamanı çoxsaylı rəqəmsal materiallar, müxtəlif məbləğlərdə nağd pul, sənədlər və narkotik vasitələr götürülüb. Bundan əlavə, Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının apardığı yoxlamalar nəticəsində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” maddəsi üzrə şübhəlilərə məxsus 4 daşınmaz əmlaka, 6 nəqliyyat vasitəsinə və 187 bank hesabına həbs qoyulub.

Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin qətiyyətlə və fasiləsiz şəkildə davam etdiriləcəyini vurğulayıb.

Türkiyə əməliyyat xəbəri 2026, 15 vilayətdə əməliyyat, mütəşəkkil cinayət qrupu, 140 saxlanma, 80 həbs, 1.8 milyard lirə hesab hərəkəti, MASAK araşdırması, narkotik şəbəkəsi, qanunsuz mərc, bank hesablarına həbs 15 il operasyon 2026, organize suç örgütü çökertildi, 140 gözaltı, 80 tutuklama, 1.8 milyar TL hesap hareketi, MASAK inceleme, narkotik ticareti, yasa dışı bahis, banka hesaplarına el koyma Turkey anti crime operation 2026, 15 provinces crackdown, organized crime gangs busted, 140 suspects detained, 80 arrested, 1.8 billion lira transactions, asset seizure Turkey, anti narcotics operation, illegal betting network операция в Турции 2026, 15 провинций рейд, организованные преступные группы, 140 задержанных, 80 арестованных, 1.8 млрд лир оборот, конфискация имущества, борьба с наркотиками عملية تركيا 2026, 15 ولاية حملة أمنية, عصابات الجريمة المنظمة, 140 موقوف, 80 معتقل, 1.8 مليار ليرة تحويلات, مصادرة ممتلكات, مكافحة المخدرات

Məqalədə: #Türkiyə Daxili İşlər Nazirliyi #kibercinayətkarlıq #mütəşəkkil cinayətkar #kibercinayət #Mütəşəkkil cinayət qrupu #mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar #kibercinayətlərə qarşı əməliyyatlar #İstanbul mütəşəkkil cinayət əməliyyatı #Kibercinayətkarlığa qarşı Konvensiya #Narkotiklərlə mübarizə #kibercinayətkarlıqla mübarizə #mütəşəkkil kapital bazarı #Türkiyədə mütəşəkkil cinayət dəstələri

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb

5 Sentyabr 13:33
Berlinin məlumatları kimlərin əlinə keçib? Hakerlər hökuməti şantaj edir
Digər Dövlətlər

Berlinin məlumatları kimlərin əlinə keçib? Hakerlər hökuməti şantaj edir

29 Avqust 11:44
Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq
Digər Dövlətlər

Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

27 Avqust 10:21
ABŞ İranlı hakerlərin tapılmasına görə 10 milyon dollar mükafat elan etdi
İran

ABŞ İranlı hakerlərin tapılmasına görə 10 milyon dollar mükafat elan etdi

19 Avqust 10:22

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.