13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Təbtabai suiqəsti: Tramp və Netanyahu arasında nə baş verir?

Beyrutun cənubunda “Hizbullah” komandiri Heysəm əl-Təbtabainin qətlə yetirilməsi bölgədə 2024-cü ilin payız müharibəsi ssenarisinin təkrarlanması qorxularını artırıb. O vaxtkı genişmiqyaslı qarşıdurma İsrailin ardıcıl yüksək səviyyəli hədəflərə yönələn suiqəstləri ilə başlamışdı. Lakin hazırkı regional və beynəlxalq şərait, xüsusilə də Qəzzada ötən ay elan edilən atəşkəs və ABŞ layihəsinin BMT-də qəbul edilməsi fonunda həmin ssenarinin tam şəkildə geri dönməsi ehtimalı daha zəif görünür.

26 Noyabr 2025 20:00
Təbtabai suiqəsti: Tramp və Netanyahu arasında nə baş verir?

BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

Beyrutun cənubunda “Hizbullah” komandiri Heysəm əl-Təbtabainin qətlə yetirilməsi bölgədə 2024-cü ilin payız müharibəsi ssenarisinin təkrarlanması qorxularını artırıb. O vaxtkı genişmiqyaslı qarşıdurma İsrailin ardıcıl yüksək səviyyəli hədəflərə yönələn suiqəstləri ilə başlamışdı. Lakin hazırkı regional və beynəlxalq şərait, xüsusilə də Qəzzada ötən ay elan edilən atəşkəs və ABŞ layihəsinin BMT-də qəbul edilməsi fonunda həmin ssenarinin tam şəkildə geri dönməsi ehtimalı daha zəif görünür.

Buna baxmayaraq, son günlər Qəzzada İsrail hücumlarının yenidən artması Vaşinqtonun atəşkəsə dəstəyinin ritmində müəyyən azalma hissi yaradıb. Amma ABŞ-ın bu razılaşmadan geri çəkilməsindən danışmaq hələlik mümkün deyil, çünki Donald Tramp administrasiyası Yaxın Şərq strategiyasını məhz bu anlaşma üzərində yenidən qurur.

İsrail Baş naziri Binyamin Netanyahu qarşıdakı seçkilər fonunda yenidən “təhlükəsizlik adamı” obrazını önə çıxarmağa çalışır və hər fürsətdə hərbi gərginliyi artırmağa meyllidir. Lakin ABŞ-ın Qəzza üzrə müəyyən etdiyi qırmızı xətlər indi daha aydındır və Netanyahunun təkbaşına genişmiqyaslı eskalasiya qərarı verməsi mümkün deyil.

Əsas sual budur: ABŞ-ın Qəzzaya qoyduğu məhdudiyyətlər İsrailin Livanda atacağı addımlar üçün də keçərlidirmi? Tel-Əviv İran və onun regiondakı müttəfiqlərini qabartmaqla öz narrativini gücləndirir, “Hizbullah”ın yenidən silah topladığını iddia edir. Bununla İsrail həm “Hizbullah”ı, həm də Dəməşqdəki yeni hökuməti hədəf alır, Suriya vasitəsilə silah daşınmasını önləyə bilmədiyini qabardır.

Təbtabainin öldürülməsi, atəşkəsdən sonra “Hizbullah”a qarşı ən yüksək səviyyəli israilli zərbədir. Bu, Netanyahunun Livanı öz hərbi strategiyası üçün “arxa meydan” kimi sınamaq cəhdi ola bilər. Lakin Livanda yeni siyasi nizam – Cüzəf Avnun prezident seçilməsi və Nəvaf Salamın hökumətinin qurulması – ABŞ-ın dəstəklədiyi kursun bir hissəsidir. Buna qarşı geniş eskalasiya Vaşinqtonun planlarını da poza bilər.

Bu səbəbdən ABŞ-ın İsrailə Livanda açıq hərbi əməliyyat üçün yaşıl işıq verməsi ehtimalı zəif görünür. Belə bir addım həm “Hizbullah”ı, həm də ABŞ tərəfindən dəstəklənən yeni siyasi rəhbərliyi zəiflədər və regional balansı pozar.

İranın Qərblə danışıqlarda gərgin dövrə daxil olması, ölkədaxili vəziyyətin ağırlaşması və Avropa troikası ilə nüvə gərginliyinin artması Tehranın genişmiqyaslı eskalasiyaya maraqlı olmadığını göstərir. Bu xətt avtomatik olaraq “Hizbullah” üçün də keçərlidir: təşkilat cavab verə bilər, amma genişmiqyaslı müharibəyə bəhanə vermək istəmir.

Beyrutdakı suiqəst Yaxın Şərqdə yeni siyasi-hərbi balansın formalaşdığı məqamda baş verib. ABŞ-ın İsrailə qoyduğu qırmızı xətlər Livanda geniş eskalasiyanın qarşısını alır, lakin bütün ssenarilər açıq qalır. İndiki mərhələdə əsas amil Vaşinqton–Təl-Əviv münasibətlərində formalaşan yeni dinamika və Tramp administrasiyasının region üçün cızdığı çərçivələr olacaq.

Məqalədə: #Livan İsrail gərginliyi #Hizbullah komandiri öldürüldü #Heysəm Təbtabai suiqəsti #İsrail hücumu Beyrut #Tramp Netanyahu münasibətləri #Qəzza atəşkəsi pozulması #Təbtabai suiqəsti: Tramp və Netanyahu arasında nə baş verir? #İsrailin Beyrutdakı suiqəsti regional balansı necə dəyişir? #Tramp administrasiyasının Yaxın Şərq strategiyası hansı istiqamətdə dəyişir? #Livanda genişmiqyaslı müharibə ehtimalı nə dərəcədə realdır? #Qəzza atəşkəsinin pozulması ABŞ-İsrail münasibətlərinə necə təsir edir? #İran və Hizbullahın strateji səbir siyasəti nə deməkdir? #Beyrutda Hizbullah komandiri öldürüldü: Regionda eskalasiya təhlükəsi artır #Hizbullahın cavabı nə olacaq? Beyrutdakı suiqəstin regional təsirləri #Beyrutdakı suiqəstdən sonra Livanda müharibə riski açıqlanıb #Убийство командира Хезболлы в Бейруте: что происходит между Трампом и Нетаньяху? #Эскалация на Ближнем Востоке: сможет ли Израиль открыть фронт в Ливане? #Бейрутский удар Израиля: как реагируют США #Иран и Хезболла

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12 Sentyabr 12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

12 Sentyabr 11:23

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.