10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

ABŞ-ın hədəfindəki terrorçu lider: Hümeydavinin gizli həyatı və hərbi fəaliyyəti

Şənbə günü sübh tezdən Bağdadın Kərrada məhəlləsində hərəkata məxsus evin hədəf alınmasından sonra "Kətaib Hizbullah" qruplaşmasının lideri Əbu Hüseyn əl-Hümeydavinin taleyi barədə ziddiyyətli məlumatlar yayılıb. Bəzi mənbələr onun öldüyünü desə də, digərləri sağ qaldığını iddia edir. Hadisə yerindən yayılan videoda Hümeydavi olduğu güman edilən şəxsin başından yaralandığı görünür. Bəs illərdir "İranın İraqdakı sirli adamı" kimi tanınan bu şəxs kimdir?

15 Mart 2026 11:03
ABŞ-ın hədəfindəki terrorçu lider: Hümeydavinin gizli həyatı və hərbi fəaliyyəti

BAKI,VOA, Analitik Təhlil Mərkəzi

Şənbə günü sübh tezdən Bağdadın Kərrada məhəlləsində hərəkata məxsus evin hədəf alınmasından sonra "Kətaib Hizbullah" qruplaşmasının lideri Əbu Hüseyn əl-Hümeydavinin taleyi barədə ziddiyyətli məlumatlar yayılıb. Bəzi mənbələr onun öldüyünü desə də, digərləri sağ qaldığını iddia edir. Hadisə yerindən yayılan videoda Hümeydavi olduğu güman edilən şəxsin başından yaralandığı görünür. Bəs illərdir "İranın İraqdakı sirli adamı" kimi tanınan bu şəxs kimdir?

"Həşd-Şabi" heyətinin keçmiş sədr müavini, 2021-ci ildə Bağdad hava limanı yaxınlığında ABŞ-ın hava hücumu nəticəsində öldürülən Əbu Mehdi əl-Mühəndis tərəfindən qurulan "Kətaib Hizbullah" (Hizbullah Briqadaları) İraqda böyük nüfuza malikdir. Bu qruplaşma həm "Həşd-Şabi"nin əsas sütununu təşkil edir, həm də ABŞ-ın İraqdakı maraqlarına qarşı hücumlar həyata keçirir. Buna baxmayaraq, qruplaşmanın liderləri mediada görünmür və tətbiq etdikləri sərt təhlükəsizlik qaydaları səbəbindən həmişə sirli qalıblar.

İranın sirli adamı

Əhməd Möhsün Fərəc əl-Hümeydavi (ləqəbi "Əbu Hüseyn əl-Hümeydavi") son illərdə İraqda baş verən bir çox hadisə ilə əlaqələndirilir. Atası Möhsün əl-Hümeydavinin fotoları olsa da, liderin özünün fotosu illərdir mediadan gizli saxlanılır.

Yayılan məlumatlara görə, Hümeydavi 1971-ci ildə Bağdadda doğulub. Ailəsi əslən cənubdakı Meysan vilayətindəndir və ehtimal olunur ki, onlar ötən əsrin 50-60-cı illərində paytaxta köçüblər. Bəzi hesabatlara görə, o, qruplaşma daxilində böyük nüfuzu olan bir ailəyə mənsubdur; oğlu Zeyd əl-Hümeydavinin "X" (keçmiş Twitter) platformasında qruplaşmanın bəyanatlarını yayan "Əbu Əli əl-Əskəri" hesabının sahibi olduğu, qardaşlarının isə silahlı dəstənin yüksək rütbəli rəsmiləri olduğu güman edilir.

"Həşd-Şabi"yə yaxın mənbələr bildirir ki, Hümeydavi yüksək təhlükəsizlik duyğusuna malikdir. O, mobil telefonlardan və ya elektron cihazlardan istifadə etmir, yalnız etibarlı köməkçiləri vasitəsilə ünsiyyət qurur. Onun hərəkətlərindən çox dar bir çevrədən başqa kimsənin xəbəri olmur.

Bütün bu gizliliyə baxmayaraq, o, "İranın İraqdakı sirli adamı" kimi xarakterizə olunur. Həyata keçirdiyi hərbi fəaliyyətlər onu ABŞ-ın hədəf siyahısına salıb. 2020-ci ilin fevralında ABŞ Dövlət Departamenti onu "Xüsusi Təyin olunmuş Qlobal Terrorçu" (SDGT) siyahısına daxil edib. Rəhbərlik etdiyi "Kətaib Hizbullah" isə hələ 2009-cu ildən Vaşinqton tərəfindən terror təşkilatı kimi tanınır.

"Kətaib Hizbullah"ın fəaliyyət tarixçəsi

Qruplaşma və onun lideri Hümeydavi 2019-cu ildəki etiraz hərəkatı zamanı bəzi fəalların qətlində və sui-qəsdlərdə ittiham olunur.

Geniş yayılmış qənaətə görə, qruplaşma ABŞ-ın Bağdaddakı səfirliyinə, Amerika qüvvələrinin yerləşdiyi baza və düşərgələrə qarşı bir çox hərbi əməliyyatlara görə məsuliyyət daşıyır. Bəzi şiə dairələri bu qruplaşmanı İrana ən sadiq və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimatlarına birbaşa tabe olan ən güclü İraq silahlı qrupu hesab edirlər.

2023-cü ilin noyabrında ABŞ Maliyyə Nazirliyi İraqdakı silahlı qruplaşmaların liderlərinə qarşı əlavə sanksiyalar tətbiq edib və Hümeydavinin qruplaşmanın bir nömrəli rəsmisi olduğunu təsdiqləyib. 2024-cü ilin yanvarında bu sanksiyalar genişləndirilərək Hümeydavinin qardaşı Əvqəd əl-Hümeydavi də daxil olmaqla digər üzvləri də əhatə edib. Onlar maddi-texniki dəstək, maliyyə və əməliyyat fəaliyyətlərini asanlaşdırmaqda ittiham olunurlar.

Məqalədə: #Bağdad #Hizbullah #Həşdi-Şaabi #Bağdadın regional müharibədən çəkinməsi #Həşd əş-Şaabi nədir #Həşdin buraxılması ilə bağlı ABŞ təzyiqləri #Həşd əş-Şaabi qanunu 2025 #ABŞ İran danışıqları və Həşd məsələsi #Məhəmməd Şiə əs-Sudani Həşd mövqeyi #Kətaib Seyyid əş-Şühəda #Kətaib əl-İmam Əli #Naycel Fərəc və Reform UK partiyasının platforması #Əbu Hüseyn əl-Hümeydavi #Kətaib Hizbullah #Bağdadda sirli zərbə: Kətaib Hizbullah lideri Əbu Hüseyn əl-Hümeydavi öldürülüb? #ABŞ-ın hədəfindəki terrorçu lider: Hümeydavinin sirli həyatı və hərbi fəaliyyəti #Fərəc əl-Hümeydavi

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.