10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

Yaxın Şərqdə ABŞ ilə İran arasında artan gərginlik hərbi qarşıdurmadan kənara çıxaraq enerji marşrutları və strateji boğazlar üzərində geosiyasi rəqabəti yeni mərhələyə daşıyıb. Analitiklər hesab edirlər ki, Vaşinqton İranın Hörmüz boğazı üzərindəki təsir imkanlarını zəiflətmək üçün alternativ ixrac marşrutları formalaşdırmağa çalışır.

20 İyul 2026 09:00
ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Yaxın Şərqdə ABŞ ilə İran arasında artan gərginlik hərbi qarşıdurmadan kənara çıxaraq enerji marşrutları və strateji boğazlar üzərində geosiyasi rəqabəti yeni mərhələyə daşıyıb. Analitiklər hesab edirlər ki, Vaşinqton İranın Hörmüz boğazı üzərindəki təsir imkanlarını zəiflətmək üçün alternativ ixrac marşrutları formalaşdırmağa çalışır.

Son dövrlərdə ABŞ-ın İrana qarşı həyata keçirdiyi zərbələrin yalnız hərbi obyektlərlə məhdudlaşmadığı, limanlar, gəmiqayırma müəssisələri, körpülər və logistika infrastrukturunun da hədəf alındığı bildirilir. Müşahidəçilərin fikrincə, Vaşinqtonun məqsədi Tehranın raket və pilotsuz uçuş aparatları potensialı ilə yanaşı, onun hərbi-logistika imkanlarını da zəiflətməkdir.

Buna cavab olaraq İranın əsas təzyiq vasitəsi kimi enerji nəqli marşrutlarından istifadə etdiyi qeyd olunur. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq olduğunu bildirsə də, kommersiya gəmilərinin hərəkəti bazardakı narahatlığın davam etdiyini göstərir. Məlumatlara görə, iri neft və mayeləşdirilmiş təbii qaz tankerinin keçidləri azalıb, bəzi gəmilər Oman körfəzində gözləmə mövqeyi tutub, digərləri isə marşrutlarını dəyişərək geri qayıdıblar.

Ekspertlər bildirirlər ki, Tehran təzyiqi yalnız Hörmüz boğazı ilə məhdudlaşdırmır. İddialara əsasən, İran Yəməndəki husi hərəkatına ABŞ hücumlarının enerji infrastrukturuna yönələcəyi təqdirdə Bab əl-Məndəb boğazında təzyiqi artırmağa hazır olmaq göstərişi verib. Belə ssenari Fars körfəzindən çıxan enerji yüklərinin Qırmızı dəniz vasitəsilə dünya bazarlarına çatdırılmasını da risk altına sala bilər.

İranın coğrafi üstünlüyü

Analitiklərin fikrincə, İranın əsas strateji üstünlüyü coğrafi mövqeyidir. Dünya bazarlarına çıxarılan Fars körfəzi neftinin böyük hissəsi Hörmüz boğazından keçir və İran boğazın şimal sahillərinə nəzarət edir. Həmin ərazilərdə raket sistemləri, radarlar, sürətli hərbi qayıqlar, dəniz minaları və yeraltı hərbi obyektlərin yerləşdiyi bildirilir.

Ekspertlər hesab edirlər ki, bu imkanlar İrana ABŞ üzərində birbaşa hərbi üstünlük qazandırmasa da, enerji bazarlarında qeyri-müəyyənlik yaradaraq münaqişənin iqtisadi nəticələrini qlobal səviyyəyə daşımağa imkan verir. Onların sözlərinə görə, bölgədə hərbi eskalasiya neft qiymətlərinin artmasına, tanker sığortasının bahalaşmasına və beynəlxalq tədarük zəncirlərinin pozulmasına səbəb ola bilər.

ABŞ alternativ enerji dəhlizi formalaşdırmağa çalışır

Müşahidəçilər bildirirlər ki, Vaşinqtonun diqqət mərkəzində olan əsas layihələrdən biri İraq neftinin Suriyanın Aralıq dənizi sahilində yerləşən Banyas limanına nəqlini təmin edəcək boru kəmərinin yenidən istifadəyə verilməsidir.

Kərkük–Banyas neft kəməri əvvəllər uzun illər fəaliyyət göstərsə də, 2003-cü ildən sonra bölgədəki müharibələr səbəbindən istismardan çıxarılıb. Hazırda bu marşrutun bərpası ilə bağlı müzakirələrin yenidən sürətləndiyi bildirilir.

Analitiklərin fikrincə, layihənin həyata keçirilməsi İraq neftinin Hörmüz boğazından keçmədən birbaşa Aralıq dənizi bazarlarına çıxarılmasına imkan yarada bilər. Bu isə həm enerji ixracının təhlükəsizliyini artırar, həm də İranın bölgədəki təsir imkanlarını qismən məhdudlaşdıra bilər.

Layihənin siyasi əhəmiyyəti

Ekspertlər vurğulayırlar ki, layihə yalnız enerji təhlükəsizliyi deyil, həm də regional siyasi balans baxımından mühüm əhəmiyyət daşıyır. Onların sözlərinə görə, 2003-cü ildən sonra İran İraqda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ciddi təsir imkanları əldə edib. ABŞ isə uzun müddətdir Bağdadın iqtisadi asılılığını azaltmağa və alternativ əməkdaşlıq mexanizmləri formalaşdırmağa çalışır.

Müşahidəçilər hesab edirlər ki, İraq neftinin Aralıq dənizi vasitəsilə ixracı Bağdadın yalnız Hörmüz marşrutundan asılılığını azalda, Suriya üçün isə tranzit gəlirləri və yeni enerji investisiyaları yarada bilər.

Analitiklərin qənaətinə görə, Vaşinqtonun əsas məqsədi İranın Hörmüz boğazını tamamilə nəzarətdən çıxarmaq deyil, bu marşrut bağlansa belə, qlobal enerji bazarının əvvəlki qədər zərər görməyəcəyi alternativ sistem formalaşdırmaqdır. Onların fikrincə, belə bir strategiya İranın coğrafi üstünlüyünü aradan qaldırmasa da, zamanla onun geosiyasi təsir imkanlarını zəiflədə bilər.

Məqalədə: #Suriya #CENTCOM #İraq nefti #hərbi qarşıdurma #Yaxın Şərqdə ABŞ ilə İran arasında artan gərginlik #strateji boğazlar üzərində geosiyasi rəqabət #İranın Hörmüz boğazı üzərindəki təsir imkanları #ABŞ-ın İrana qarşı həyata keçirdiyi zərbələr

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.