7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Hizbullah İsrail-Türkiyə əlaqələrindəki gərginlikdən necə faydalanır?

Hələ bir qədər əvvəl “Hizbullah”ın son iki ildə regionda baş verən dəyişikliklərin ən böyük uduzan tərəfi olduğu hesab edilirdi.

20 İyul 2026 13:31
Beyrut
Hizbullah İsrail-Türkiyə əlaqələrindəki gərginlikdən necə faydalanır?

Hələ bir qədər əvvəl “Hizbullah”ın son iki ildə regionda baş verən dəyişikliklərin ən böyük uduzan tərəfi olduğu hesab edilirdi. Onun hərbi və siyasi rəhbərliyinə endirilən kütləvi İsrail zərbələri, eləcə də Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminin devrilməsi təşkilatın malik olduğu misilsiz hərbi və regional nüfuz dövrünün sona çatdığı təəssüratını yaradırdı. Lakin ABŞ və İsrailin İrana qarşı müharibəsi, eləcə də Tehran və Ankara üçün prioritetlərin dəyişməsi şəraiti yenidən dəyişdi. Bu durum təşkilata yeni manevr imkanları qazandırdı. Bu hal “Hizbullah”ın əvvəlki gücünü bərpa etməsi ilə değil, onu əhatə edən strateji mühitin kəskin şəkildə dəyişməsi ilə bağlıdır.

ABŞ və İran arasında alovlanan müharibə sadəcə məhdud hərbi toqquşma olmadı, Tehranın qarşılaşdığı təhdidlərin mahiyyətini qavramasında dönüş nöqtəsinə çevrildi. İslam Respublikası qurulandan bəri İranın təhlükəsizlik doktrinası sərhədlərini möhkəmləndirməyə və bilavasitə yaxınlığından gələn təhlükələri dəf etməyə əsaslanırdı. İŞİD-in yüksəlişindən sonra İraqdakı tez müdaxilə və regional müttəfiqlər şəbəkəsini qurmaq səyləri bu məntiqlə izah olunurdu. Lakin İsrail və ABŞ ilə birbaşa qarşıdurma İran rəhbərliyini prioritetlərini yenidən nizamlamağa məcbur etdi və İsrail onun milli təhlükəsizliyi üçün əsas təhdid mənbəyinə çevrildi.

Bu strateji dönüş “Hizbullah”a İranın strategiyası daxilində tamamilə fərqli bir mövqe qazandırdı. Təşkilat artıq sadəcə siyasi və ya hərbi müttəfiq kimi görülmür, İranın çəkindirmə sisteminin əsas sütununa çevrilir. Çünki o, İsrailə en yaxın cəbhədir və gələcək hər hansı qarşıdurmada təsir göstərmək gücünə malikdir. İranın Vaşinqtonla hər hansı razılaşmaya Livan dosyesini daxil etmək istəyi və Livandakı hərbi əməliyyatların dayandırılmasını tərəflər arasında daha geniş gərginliyin azaldılması prosesi ilə bağlaması bu çərçivədə başa düşülməlidir.

İran rəsmilərinin son aylardakı bəyanatları da bu dəyişikliyi əks etdirir. “Hizbullah” sadəcə müttəfiq bir təşkilat kimi deyil, yeni təhlükəsizlik tənliyinin bərabərhüquqlu tərəfi kimi qəbul olunur. Bu o deməkdir ki, Tehranın baxış bucağından təşkilatı zəiflətmək və ya silahdan təmizləmək cəhdləri İranın milli təhlükəsizliyinə və qorumaq istədiyi çəkindirmə balansına birbaşa təhlükə yaradır.

Buna görə də Livanın gələcəyi ilə bağlı beynəlxalq müzakirələrin mərkəzində duran “Hizbullah”ın silahsızlaşdırılması layihələri əvvəlkindən də mürəkkəb xarakter alıb. İsrail təşkilatın hərbi gücünün ləğvini öz təhlükəsizliyinin əsas şərti saydığı halda, Tehran silahlı təşkilatın varlığını gələcək eşalasiyaya qarşı strateji zəmanət kimi görür. Bu səbəbdən onu güc yolu ilə silahsızlaşdırmaq cəhdləri İran və ABŞ münasibətlərini daha da gərginləşdirə, ehtimal olunan razılaşmaları təhlükəyə ata bilər.

“Hizbullah” rəhbərliyinə endirilən zərbələr və Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra böyük itkilərə məruz qalsa da, regiondakı son geosiyasi dəyişikliklərdən faydalanmağı bacarıb. ABŞ və İsrailin İrana qarşı müharibəsi Tehranın təhlükəsizlik prioritetlərini dəyişərək “Hizbullah”ı öz çəkindirmə sisteminin əsas sütununa çevirib. Eyni zamanda Türkiyənin İsrailə qarşı artan gərginliyi və Suriyada Əhməd əş-Şəraa hökumətinin İŞİD təhlükəsinə görə praqmatik mövqe tutması təşkilatın regional təcrid olunmasının qarşısını alıb. Livandakı silahsızlaşdırma təzyiqlərinə baxmayaraq, “Hizbullah”ın gələcəyi artıq Livanın daxili siyasətindən çox Yaxın Şərqdəki mürəkkəb regional balanslardan asılı hala gəlib.

Öz növbəsində ABŞ mürəkkəb tənliklə qarşı-qarşıyadır. Bir tərəfdən İsrailin “Hizbullah”ı şimal sərhədlərində ən böyük hərbi təhdid hesab edən mövqeyini dəstəkləməyə davam edir. Digər tərəfdən strateji prioritetlərinin yalnız Livan səhnəsi ilə məhdudlaşmadığını, Körfəzdə gəmiçiliyin təhlükəsizliyini, enerji bazarlarının sabitliyini və geniş regional müharibənin qarşısının alınmasını əhatə etdiyini anlayır.

Vaşinqton “Hizbullah” dosyesini İranla aparılan danışıqlarla kəsişən daha geniş çərçivədə idarə etməyə meylli görünür. ABŞ administrasiyası fərqindədir ki, Tehranla hər hansı razılaşmanın pozulması Hormuz boğazının təhlükəsizliyinə və qlobal neft ixracına birbaşa təsir göstərə bilər. Bu məsələlər isə cənubi Livanın təhlükəsizlik qaydalarından daha böyük prioritet daşıyır.

Dəyişikliklər yalnız İranla məhdudlaşmır, Türkiyənin xarici siyasətində də təhlükəsizlik prioritetlərinin aydın şəkildə nəzərdən keçirilməsi müşahid olunur. İsrail ilə artan gərginlik Türkiyənin milli təhlükəsizlik anlayışını genişləndirib. Bu anlayış artıq yalnız cənub sərhədləri ilə bitmir, Suriya və Livanı da əhatə edir. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin təhlükəsizliyini Hələb, Dəməşq və Beyrutun vəziyyəti ilə bağlayan bəyanatları bu strateji düşüncə dəyişikliyini göstərir.

“Hizbullah” üçün bu inkişaf xüsusi əhəmiyyət kəsb edir. Siyasi və ideoloji fərqlərə görə təşkilatla ehtiyatla davranan Türkiyə artıq İsrailin Suriya və Livandakı təsirinin davam etməsini öz regional maraqlarına birbaşa təhdid kimi görür. Bu hal Ankara və təşkilat arasında birbaşa ittifaq demək deyil, lakin hər iki tərəfin İsrailin Yaxın Şərqdə genişlənməsini rədd etməkdə dolayısı ilə kəsişdiyini göstərir.

Qəzzədəki müharibə, Suriya və Şərqi Aralıq dənizi ilə bağlı fikir ayrılıqları fonunda Türkiyə-İsrail gərginliyi davam etdikcə bu amilin əhəmiyyəti artır. İxtilaflar dərinləşdikcə Ankaranın “Hizbullah”ın nüfuzunu azaltmağa yönəlmiş regional tədbirlərdə iştirak ehtimalı azalır və bu da təşkilata əlavə manevr sahəsi yaradır.

Suriyada isə hadisələr gözləniləndən fərqli məcrada inkişaf etdi. Prezident Əhməd əş-Şəraa hakimiyyətə gəldikdən sonra çoxları Dəməşqin Suriya müharibəsi illərində gərginləşən münasibətlərə görə “Hizbullah” ilə birbaşa qarşıdurmaya gedəcəyini düşünürdü. Lakin yeni Suriya hökumətinin təhlükəsizlik prioritetləri onu daha praqmatik siyasət yürütməyə sövq etdi.

Suriya hakimiyyəti ən təxirəsalınmaz təhlükənin İŞİD-in yenidən aktivləşməsi və daxili təhlükəsizlik problemləri olduğunu görür. “Hizbullah” ilə yeni cəbhə açmaq isə mövcud mərhələdə dövlətin maraqlarına xidmət etmir. Yaranacaq yeni münaqişə dövlət təsisatlarını bərpa etmək və ərazilərə nəzarəti möhkəmləndirmək üçün lazımdır resursları tükəndirə bilər.

İstər rəqibləri, istərsə də müttəfiqləri öz maraqlarını və təhlükəsizlik təhdidlərini yenidən təyin etdiyi üçün “Hizbullah” regional təhlükəsizlik xəritəsinin yenidən çəkilməsindən faydalanan tərəfə çevrildi. Suriyada fəaliyyət şərtləri Əsəd rejiminin yıxılmasından əvvəlki kimi olmasa da, təşkilat Suriya dərinliyini tamamilə itirmək təhlükəsi ilə üz-üzə deyil. Dəməşqin nümayiş etdirdiyi elastiklik şərq cəbhəsindən gözlənilən təzyiqləri azaldır.

Əl-Riyad yeni hərbi koalisiya yaradır: Türkiyə İranla savaşa qoşular? Bunu da oxuyun Əl-Riyad yeni hərbi koalisiya yaradır: Türkiyə İranla savaşa qoşular?

Bütün bu dəyişikliklərə baxmayaraq, “Hizbullah” hələ də ciddi daxili çağırışlarla qarşılaşır. Livanda silahın yalnız dövlətin əlində cəmləşməsi tələbləri artır. Prezident Cozef Aun rəsmi qurumların səlahiyyətlərini gücləndirmək və hərbi qərarlardakı ikitirəliyə son qoymaq baxışını irəli sürür. Eyni zamanda İsrail təşkilatın imkanlarını bərpa etməsinin qarşısını almaq üçün Livan ərazisində vaxtaşırı hərbi əməliyyatlarını davam etdirir.

Lakin əvvəlki mərhələ ilə müqayisədə əsas fərq odur ki, “Hizbullah” ilə rəftar artıq yalnız Livan və ya İsrailin daxili məsələsi deyil, mürəkkəb regional balansların tərkib hissəsidir. Təşkilata qarşı hər hansı eskalasiya Vaşinqtonun Tehranla münasibətlərinə, Ankaranın təhlükəsizlik hesablamalarına, Suriyadakı vəziyyətə və Fars körfəzindəki gəmiçiliyin təhlükəsizliyinə birbaşa bağlıdır.

İsrail də gözlədiyindən daha mürəkkəb reallıqla qarşılaşıb. Təşkilata yönəlmiş hərbi kampaniya onu zəiflətsə də, rolunu tamamilə bitirə bilmədi. Regional dəyişikliklər onu yeni formada regional təhlükəsizlik tənliyinə inteqrasiya etdi.

İran üçün yükə çevrilmək əvəzinə müdafiə strategiyasının əsas elementlərindən birinə çevrildi. Suriya rejiminin devrilməsindən sonra təcrid olunmaq əvəzinə, Dəməşq və Ankaranın dəyişən prioritetlərindən bəhrələndi.

Buna görə də “Hizbullah”ın gələcəyi yalnız hərbi gücünü bərpa etmək qabiliyyəti ilə değil, mövcud regional mühitin nə qədər davam edəcəyi ilə müəyyən olunacaq. İran və İsrail arasında açıq qarşıdurma davam edərsə və Türkiyə-İsrail gərginliyi yüksək qalarsa, daxili və xarici təzyiqlərə baxmayaraq təşkilat strateji əhəmiyyətini qoruyacaq.

Yaxın Şərq dövlətlərin prioritetlərinin sürətlə dəyişdiyi yeni mərhələyə daxil olur. Bu dəyişikliklər fonunda “Hizbullah” son müharibələrdən qalib çıxdığı üçün değil, tərəflərin öz maraqlarını yenidən müəyyənləşdirməsi sayəsində regional təhlükəsizlik xəritəsinin yenidən çəkilməsindən yararlana bildi. Təşkilat illər əvvəlki mövqeyini bərpa etməkdən uzaq olsa da, mövcud şərait ona yeni regional tənlikdə mövqe tutmaq imkanı verir və onun gələcəyini yalnız Livan səhnəsi ilə değil, Yaxın Şərqin ümumi balansları ilə bağlayır.

Məqalədə: #İŞİD #İŞİD terror təşkilatı #Hizbullah #İŞİD-Xorasan #Bəşər Əsəd #Hizbullah tərəfdarlarının etirazı #İslam Respublikası #Cozef Aun #Bəşər Əsəd və yəhudilər #ABŞ və İsrailin İrana qarşı müharibəsi çərçivəsində regional təsirlər #ABŞ-İsrailin İrana qarşı müharibəsi #İsrail-Türkiyə əlaqələri

Mövzu üzrə digər xəbərlər

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

19:31
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

18:21
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

17:00

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.