12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabShow
ArabShow

Şakiranın Əbu-Dabi konserti təxirə salındı

Festivalın sosial media hesablarında yayımlanan bildirişdə "Offlimits 2026 ləğv edildi" qeydi yer alıb və bütün biletlərin məbləğinin alındığı ilkin bilet platforması vasitəsilə avtomatik şəkildə geri qaytarılacağı vurğulanıb. Qərarın səbəbi açıqlanmayıb. Paylaşımda "2027-ci ildə 'Offlimits'in növbəti buraxılışında sizi salamlamağı səbirsizliklə gözləyirik" sözləri qeyd olunub və əlavə təfərrüatların daha sonra təqdim ediləcəyi bildirilib.

19 Avqust 2026 10:34
Şakiranın Əbu-Dabi konserti təxirə salındı

"Offlimits" musiqi festivalının təşkilatçıları 2026-cı il buraxılışının baş tutmayacağını, lakin layihənin gələn il Əbu-Dabiyə qayıdacağını açıqlayıblar.

Festivalın sosial media hesablarında yayımlanan bildirişdə "Offlimits 2026 ləğv edildi" qeydi yer alıb və bütün biletlərin məbləğinin alındığı ilkin bilet platforması vasitəsilə avtomatik şəkildə geri qaytarılacağı vurğulanıb. Qərarın səbəbi açıqlanmayıb. Paylaşımda "2027-ci ildə 'Offlimits'in növbəti buraxılışında sizi salamlamağı səbirsizliklə gözləyirik" sözləri qeyd olunub və əlavə təfərrüatların daha sonra təqdim ediləcəyi bildirilib.

Səudiyyənin “Gimmix” rok qrupu ilk dəfə beynəlxalq turneyə çıxıb

Bu il festivalın 21 noyabr tarixində Yas adasındakı "Etihad Park" kompleksində keçirilməsi və kolumbiyalı ulduz Şakiranın əsas ifaçı kimi səhnəyə çıxması planlaşdırılırdı. Proqramda həmçinin "Jonas Brothers", "NE-YO", "Biffy Clyro", "KALEO", Mayls Smit, "Scouting for Girls" və "Toploader" kimi məşhur qruplar və ifaçılar, eləcə də regiondan "Bayou", Yara Mustafa və "YAZ" kimi adlar yer almışdı.

2026-cı il buraxılışının ilkin olaraq 4 aprel tarixində keçirilməsi nəzərdə tutulsa da, təşkilatçılar həmin vaxt yaranan regional gərginlikləri əsas gətirərək tarixi noyabr ayına dəyişmişdilər.

"Offlimits" ilk dəfə ötən il aprelin 26-da britaniyalı müğənni Ed Şiranın baş ifaçılığı ilə debüt etmiş və gecədə "OneRepublic", "Faithless", "Kaiser Chiefs" və "Artbat" kimi ulduzlar çıxış etmişdi. 32 min nəfərlik auditoriya üçün təşkil olunan layihə BƏƏ-nin ilk açıq formatlı musiqi festivalı və ölkənin bir gündə keçirilən ən böyük musiqi hadisəsi kimi təqdim olunmuşdu.

Məqalədə: #Offlimits #Offlimits 2026 ləğv edildi #Etihad Park #Offlimits musiqi festivalı ləğv edildi #Əbu Dabi Şakira konserti 2026 #Yas adası Etihad Park tədbirlər #Offlimits festivalı biletlərin qaytarılması #Jonas Brothers NEYO Əbu Dabi #Yara Mustafa Bayou YAZ çıxışları #UAE Offlimits festival 2026 cancelled #Shakira Yas Island concert cancelled #Offlimits festival automatic ticket refunds

Mövzu üzrə digər xəbərlər

Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
ArabShow

Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb

8 Sentyabr 16:42
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
ArabShow

Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib

7 Sentyabr 11:12
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
ArabShow

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub

5 Sentyabr 13:18
H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək
ArabShow

H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək

4 Sentyabr 12:06

Son Xəbərlər

İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.