5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Bu gün Tofiq Bəhramovun 100-illik yubileyidir

29 Yanvar 2025 10:57
Bu gün Tofiq Bəhramovun 100-illik yubileyidir

Bakı,AzerVoice

Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb.

AzerVoice xəbər verir ki, bu gün onun 100-illik yubileyidir.

Tofiq Bəhramov kimdir?

Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.

Futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib.

1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan azərbaycanlı hakim, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb.

Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Tofiq Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib.

O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.

Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub. 1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib.

Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.

Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim edib.

Azərbaycanlı idman ustası, həmçinin 1970-ci il dünya çempionatında da hakim kimi futbol meydançasına çıxıb. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.

Əfsanəvi azərbaycanlı futbol hakiminin haqqında sənədli film də çəkilib, ingilis yazıçısı Artur Hopkraft özünün ən məşhur “Futbol adamı” kitabını Azərbaycan arbitrinə həsr edib.

Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.

Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olan Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Məqalədə: #Tofiq Bəhramov

Mövzu üzrə digər xəbərlər

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

4 Sentyabr 14:11
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı
ArabSport

840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

1 Sentyabr 19:35

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.