Bakı,AzerVoice
Ötən il heç bir klubla müqavilə imzalamayan ispaniyalı qapıçı David De Gea karyerasını davam etdirmək qərarına gəlib.
AzerVoice xəbər verir ki, təcrübəli qapıçı İtaliyanın Fiorentina klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qapıçı 12 illik Manchester United kariyerasından sonra müqaviləsi başa çatdığı üçün klubdan ayrılmışdı.
Qeyd edək ki, De Geanın karyerasında 2013-cü ildə qazandığı Premyer Liqa çempionluğundan əlavə, Avropa Liqa kuboku da var.