7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Konfrans Liqası finalı: Real Betis Çelsiyə qarşı

28 May 2025 16:24
Konfrans Liqası finalı: Real Betis Çelsiyə qarşı

BAKI, AzerVoice

UEFA Konfrans Liqasının final qarşılaşmasında İspaniya təmsilçisi Real Betis və İngiltərənin nəhəng klubu Çelsi üz-üzə gələcək.

AzerVoice xəbər verir ki, həlledici oyun Polşanın Vroslav şəhərində yerləşən Vroslav stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu Bosniya və Herseqovina Futbol Federasiyasından İrfan Peljto idarə edəcək. Ona Senad Ibrisimbegovic və Davor Beljo kömək edəcək. Dördüncü hakim vəzifəsini isə türkiyəli Halil Umut Meler icra edəcək. Kerem Ersoy isə ehtiyat köməkçi hakim olacaq.

Fiorentinanı yarımfinalda əlavə vaxtda vurduğu qolla məğlub edən Real Betis tarixində ilk dəfə Avropa kuboklarının finalına yüksəlib.

Çelsi isə qrup mərhələsində keçirdiyi 6 oyunun hamısında qalib gəlib. London klubu tarixindəki 9-cu Avropa kubokunu qazanmaq niyyətindədir. Klubun muzeyində artıq 2 UEFA Çempionlar Liqası, 2 UEFA Avropa Liqası, 2 UEFA Superkuboku və 2 UEFA Kuboklar Kuboku var.

İki komanda indiyədək 4 dəfə rəsmən qarşılaşıb. 1997–1998 UEFA Kuboklar Kuboku oyunlarında Çelsi hər iki matçda qalib gəlib – səfərdə 2:1, evdə isə 3:1. 2005–2006 mövsümündə UEFA Çempionlar Liqasında Çelsi evdə 4:0 qalib gəlib, Betis isə öz meydanında 1:0 hesablı qələbə qazanıb.

İngiltərə klubları ilə ümumilikdə 8 oyun keçirən Real Betis cəmi 1 qələbə qazanıb – məhz Çelsi üzərində. Klub 1 heç-heçə və 6 məğlubiyyətlə bu statistikanı tamamlayır.

Chelsea tarixində 51 dəfə İspaniya klubları ilə qarşılaşıb. Bu matçlardan 20-sində qalib gələn London təmsilçisi 18 dəfə heç-heçə edib və 13 məğlubiyyət alıb. Rəqiblər arasında Real Madrid, Barcelona, Atletiko Madrid kimi nəhənglər də yer alır.

Məqalədə: #UEFA #Bosniya və Hersoqovina #Çempionlar Liqası #İngiltərə Premyer Liqası #Çelsi #Real Betis #İspaniya La Liqası #UEFA Avropa Liqası #UEFA Konfrans Liqası

Mövzu üzrə digər xəbərlər

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Martinelli "Qalatasaray"ı rədd etdi
Digər Xəbərlər

Martinelli "Qalatasaray"ı rədd etdi

15 Avqust 13:16
"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb
ArabSport

"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

31 İyul 19:58
"Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq
ArabSport

"Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

30 İyul 10:43

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.