9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

ABŞ-ın viza siyasəti beynəlxalq idman tədbirlərinə necə təsir edəcək?

10 İyun 2025 11:30
ABŞ-ın viza siyasəti beynəlxalq idman tədbirlərinə necə təsir edəcək?

BAKI, AzerVoice

Trampın yeni səyahət qadağası 2026 Dünya Kuboku və 2028 Yay Olimpiya Oyunlarına təsir edə bilər.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın 12 ölkəyə qarşı tətbiq etdiyi yeni səyahət məhdudiyyətləri, ölkədə keçiriləcək iki böyük beynəlxalq idman tədbirinə – 2026-cı il Dünya Kubokuna və 2028-ci il Los-Anceles Yay Olimpiadasına – təsiri ilə bağlı suallar doğurub.

Qadağa Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a girişini əhatə edir. Bundan əlavə, Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela kimi ölkələrdən gələnlərə də ciddi məhdudiyyətlər tətbiq olunacaq.

ABŞ administrasiyası bu ölkələrin “qeyri-adekvat təhlükəsizlik prosedurlarına” malik olduğunu əsas gətirir. Bununla belə, Dövlət Departamenti idmançılar, məşqçilər, heyət üzvləri və onların ailələri üçün istisnalar nəzərdə tutur.

Qeyd edək ki, İran, Kuba, Sudan və digər qadağaya məruz qalan ölkələr Dünya Kubokunun seçmə mərhələsində iştirak edir. Əgər bu ölkələr final mərhələsinə vəsiqə qazansa, onların komandalarına istisna tətbiq olunacağı ehtimal olunur.

Azarkeşlər üçün isə belə bir güzəştin mövcud olmaması diqqət çəkir. Qadağaya daxil olan ölkələrdən olan azarkeşlərin ABŞ-a səfəri mümkün görünmür. Lakin, bu kateqoriyaya aid olan bəzi fanatlar diaspor üzvləri və ya alternativ pasportlarla tədbirə qatılma imkanı əldə edə bilər.

FİFA prezidenti Canni İnfantino və Olimpiada Təşkilat Komitəsinin rəhbəri Keysi Vasserman ABŞ hökuməti ilə sıx əməkdaşlıq etdiklərini bildiriblər. Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri də ABŞ-ın əvvəlki təcrübələrində olduğu kimi bu dəfə də lazımi şəraiti yaradacağına ümid etdiklərini qeyd ediblər.

Qeyd edək ki, Tramp 2026 Dünya Kuboku və 2028 Olimpiadasını ikinci prezidentlik müddətində önəmli tədbirlər kimi qiymətləndirir. Lakin səyahət qadağalarının bu tədbirlərin uğuruna necə təsir edəcəyi hələ də müzakirə mövzusudur.

Məqalədə: #ABŞ #Donald Tramp #idman #Trampın siyasətləri #Trampın fərmanları #2026 Dünya Kuboku #2028 Yay Olimpiya Oyunları #Trampın 12 ölkəyə səyahət qadağası

Mövzu üzrə digər xəbərlər

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03

Son Xəbərlər

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.